Hikmət Hacıyev Qazaxıstan səfiri ilə GÖRÜŞDÜ - FOTO

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Qazaxıstan səfiri Alim Bayellə görüşüb.

Bizim.Media xəbər verir ki, bu barədə Qazaxıstan səfirliyi məlumat yayıb.

Məlumata görə, tərəflər ötən il ərzində ikitərəfli əməkdaşlığın yekunlarını nəzərdən keçirib və yaxın perspektiv üçün planları müzakirə ediblər.
 

Alim Bayel qarşılıqlı səfərlərin yüksək dinamikasını əməkdaşlığın intensivliyinin mühüm göstəricisi kimi qeyd edib. Son üç il ərzində Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycana altı dəfə səfər edib, Prezident İlham Əliyev isə Qazaxıstanda beş dəfə səfərdə olub.


Qeyd olunub ki, 8 avqust 2025-ci il tarixində Azərbaycan və Ermənistan arasında uzun illər davam edən münaqişəyə son qoyulub. Sülh yolu ilə nizamlanmaya dair tarixi Bəyannamə imzalanıb.

Qazaxıstan da sülh prosesinə öz töhfəsini verərək 2024-cü ildə Azərbaycan–Ermənistan danışıqları üçün platforma təqdim edib:

“Rəmzi və praktiki əhəmiyyət daşıyan fakt ondan ibarətdir ki, 30 il ərzində ilk dəfə Azərbaycan ərazisindən Ermənistana buraxılan yük məhz Qazaxıstan buğdası olub.
 

Tərəflər kommunikasiyaların bundan sonra da açılmasının vacibliyini qeyd ediblər. 2025-ci ilin əhəmiyyətli hadisələrindən biri Azərbaycanın Mərkəzi Asiya liderlərinin zirvə görüşləri formatına tamhüquqlu şəkildə qoşulması olub. Qazaxıstan bu prosesə hərtərəfli dəstək göstərib.


Qazaxıstanın lideri Kasım-Jomart Tokayev Azərbaycan mətbuatına verdiyi şərhdə Azərbaycanın C5 + ABŞ formatında iştirakını görməkdən məmnun olacağını bildirib”.

Tərəflər birgə investisiya fondunun imkanlarından istifadə etməklə iqtisadi və sənaye kooperasiyasının gücləndirilməsinin zəruriliyini, nəqliyyat-logistika və enerji əməkdaşlığının bundan sonra da inkişaf etməsinin vacibliyini vurğulayıblar.

Həmçinin beynəlxalq və regional gündəliyə dair məsələlər müzakirə edilib.

Qazaxıstanın və Azərbaycanın Avrasiya məkanında yeni geosiyasi və geoiqtisadi arxitekturanın formalaşdırılmasında birlikdə fəal iştirak etməsi qeyd olunub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İran Qətərin ən böyük qaz kompleksini yenidən vurdu – VİDEO

İran Qətərin ən böyük qaz kompleksini yenidən vurdu – VİDEO

BİZİM TƏQVİM:Martın 19-da baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:Martın 19-da baş vermiş tarixi hadisələr

Aldığı zədə karyerasını bitirə bilər

Aldığı zədə karyerasını bitirə bilər

Sumqayıtda 39 yaşlı qadın dəm qazından ölüb

Sumqayıtda 39 yaşlı qadın dəm qazından ölüb

Çin şirkəti ilə bərpa olunan enerji layihələri MÜZAKİRƏ EDİLDİ - FOTO

Çin şirkəti ilə bərpa olunan enerji layihələri MÜZAKİRƏ EDİLDİ - FOTO

PSJ-nin baş məşqçisi Premyer Liqa YOLUNDA

PSJ-nin baş məşqçisi Premyer Liqa YOLUNDA

Xərçənglə mübarizədə albalının rolu

Xərçənglə mübarizədə albalının rolu

Qətər İranın iki attaşesini “persona non grata” ELAN ETDİ

Qətər İranın iki attaşesini “persona non grata” ELAN ETDİ

Avropa Liqasında 1/4 finala ilk onlar yüksəldilər

Avropa Liqasında 1/4 finala ilk onlar yüksəldilər

“X”-in işində problem YARANDI

“X”-in işində problem YARANDI

Aktrisanın dostları ilə əyləndiyi restoranda rəfiqəsinin ərinə xəsarət yetirdilər - VİDEO

Aktrisanın dostları ilə əyləndiyi restoranda rəfiqəsinin ərinə xəsarət yetirdilər - VİDEO

"11 il ərzində bir dəfə də olsa, mənə inanmadılar" - Kenan Yıldız

"11 il ərzində bir dəfə də olsa, mənə inanmadılar" - Kenan Yıldız

Süni intellektin işindən edəcəyi şəxslərin 86 faizi qadınlardır

Süni intellektin işindən edəcəyi şəxslərin 86 faizi qadınlardır

Yevlaxda inəklər gənc qadına hücum etdi - ÖZƏL

Yevlaxda inəklər gənc qadına hücum etdi - ÖZƏL

Ceyhun Bayramov Ər-Riyadda Hakan Fidanla görüşüb

Ceyhun Bayramov Ər-Riyadda Hakan Fidanla görüşüb

İran Qətərdə neft emalı zavodunu vurdu - VİDEO

İran Qətərdə neft emalı zavodunu vurdu - VİDEO

Alena Əliyeva inklüziv incəsənət sərgisində - FOTO

Alena Əliyeva inklüziv incəsənət sərgisində - FOTO

Birinci Liqa: “Şəfa”dan növbəti QƏLƏBƏ

Birinci Liqa: “Şəfa”dan növbəti QƏLƏBƏ

Dostundan Vüsaləyə: “Qoymadın bir adam qalsın” - VİDEO

Dostundan Vüsaləyə: “Qoymadın bir adam qalsın” - VİDEO

Yeni Günəşlidə su xətti yenidən partladı, sakinlər şikayətçidirlər - VİDEO

Yeni Günəşlidə su xətti yenidən partladı, sakinlər şikayətçidirlər - VİDEO

Qubada ər arvadını öldürdü - Daha sonra isə…

Qubada ər arvadını öldürdü - Daha sonra isə…

BƏƏ İranda yerləşən Pars yatağına edilən hücumu PİSLƏDİ

BƏƏ İranda yerləşən Pars yatağına edilən hücumu PİSLƏDİ

"Eşref Rüya"da daha bir sima - FOTO

"Eşref Rüya"da daha bir sima - FOTO

“Beşiktaş” Polşa klubunun hücumçusu ilə MARAQLANIR

“Beşiktaş” Polşa klubunun hücumçusu ilə MARAQLANIR

End of content

No more pages to load

RADİO