Moldova xarici işlər və Avropaya inteqrasiya naziri Niku Popesku fevralın 8-də Azərbaycana səfər edəcək.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Moldovanın Azərbaycandakı səfirliyi yayıb.
Mənbə qeyd edir ki, iki gün davam edəcək səfər çərçivəsində qonaq Azərbaycanın bir sıra rəsmilərilə iki ölkə arasında münasibətlər, aktual regional məsələlərlə bağlı müzakirələr aparacaq.
Bizim.Media