Əlvida İran, Tramp gəlir

Son aylarda qlobal siyasi sistemdə müşahidə olunan dinamika göstərir ki, dünyanın diqqət mərkəzi tədricən Ukrayna, Suriya və Venesuela kimi münaqişə zonalarından İrana doğru yönəlir. Beynəlxalq münasibətlər sistemində yaranmış yeni gərginlik vektoru məhz bu ölkə üzərində cəmləşir.

Bizim.Media modern.az-a istinadən xəbər verir ki, geosiyasi baxımdan İran Yaxın Şərq, Qafqaz, Mərkəzi Asiya və Körfəz xəttinin kəsişməsində yerləşən əsas düyün nöqtəsidir.

Enerji resursları, tranzit yolları və hərbi-strateji mövqeyi onu qlobal güclər üçün kritik aktora çevirir.

ABŞ, Çin, Rusiya və Avropa İttifaqı kimi böyük oyunçuların siyasətində İran məsələsi artıq mərkəzi mövqe tutur.
 

Donald Trampın “İranı vurmaq lazımdır” kimi ritorik çıxışları indi ABŞ-ın strateji təhlükəsizlik konsepsiyasının yenilənməsidir. Vaşinqton Tehranın nüvə proqramını, regiondakı proksi şəbəkələrini və İsrailə təhdid yaradan imkanlarını milli təhlükəsizlik problemi kimi görür.


Məhz bu səbəbdən ABŞ və müttəfiqləri İran diplomatik nümayəndəliklərinin fəaliyyətini məhdudlaşdırır. Bəzi ölkələrdə aksiyaçılar İran bayraqları səfirliklərdən endirilir. Bu, klassik diplomatiyada siyasi təcridetmə mexanizmi kimi tanınır.

İranın daxilində isə vəziyyət daha da mürəkkəbləşir. Məsud Pezeşkianın prezident seçilməsi sistem daxilində ciddi çatların yarandığını göstərir.

Pezeşkian reformist qanadı təmsil edir və açıq şəkildə Ayətullah Xamneyin rəhbərlik etdiyi sərt xəttə alternativ mövqe ortaya qoyur. Onun “mən türkəm” bəyanatı yalnız etnik kimlik mesajı deyil, eyni zamanda İranın çoxmillətli strukturuna yeni siyasi məzmun vermək cəhdidir. Bu açıqlama Cənubi Azərbaycan, Təbriz və Ərdəbil kimi bölgələrdə ciddi siyasi rezonans yaradıb.

İran daxilində bu gün iki əsas güc mərkəzi mövcuddur. Bir tərəfdə SEPAH-a söykənən teokratik elita, digər tərəfdə isə cəmiyyətin modernləşməsini istəyən reformist blok var. Pezeşkian ikinci bloku təmsil edir və bu, Xamneyin otoritar sisteminə qarşı institusional risk yaradır. Bu vəziyyət klassik rejim transformasiyası ssenarisi kimi qiymətləndirilir.
 

Regionda gərginliyin artması fonunda Rusiya məsələyə ehtiyatlı yanaşır. Moskva üçün İran Ukrayna müharibəsində strateji tərəfdaşdır. İranın dron və raket texnologiyası Rusiya üçün həyati əhəmiyyət daşıyır. Buna görə Kreml Tehranın destabilizasiyasında maraqlı deyil. Rusiya üçün İranın çökməsi Cənubi Qafqaz və Mərkəzi Asiyada güc balansının Qərb xeyrinə dəyişməsi deməkdir.


Çin isə İranı enerji təhlükəsizliyinin əsas sütunlarından biri kimi görür. Pekin üçün İran neft və qaz mənbəyi olmaqla yanaşı, həm də “Bir Kəmər-Bir Yol” layihəsinin əsas qovşaqlarından biridir. Çin ABŞ-ın İrana hərbi müdaxiləsini qlobal ticarət axınlarına zərbə kimi qiymətləndirir. Bu səbəbdən Çin diplomatik yolla gərginliyin azaldılmasını dəstəkləyir.

Ukrayna müharibəsinin artıq strateji dalana girməsi Qərbin diqqətini başqa istiqamətlərə yönəldib.

Venesuela da, Maduro da arxa plana keçib. Suriya artıq geosiyasi status-kvo kimi qəbul olunur. İran isə həm nüvə riski, həm regional müharibə, həm də daxili inqilab ehtimalı baxımından ən təhlükəli nöqtəyə çevrilib.

Hazırda İranda baş verənlər yalnız bir ölkənin daxili məsələsi kimi qiymətləndirlimir. Bu, qlobal güc balansının yenidən qurulması prosesidir. ABŞ üçün İranın zəiflədilməsi İsrailin təhlükəsizliyini təmin etmək və Yaxın Şərqdə hegemonluğunu möhkəmləndirməkdir. Rusiya üçün İranın saxlanılması Qərbin qarşısını almaqdır. Çin üçün isə İran iqtisadi arteriyadır.
 

Pezeşkianın Xamneyə qarşı açıq və ya gizli mübarizəsi İran daxilində elit parçalanmasını sürətləndirir. Bu isə sistem üçün ən təhlükəli mərhələdir. Tarix göstərir ki, avtoritar rejimlər məhz elita bölünəndə çökür.


Nəticə olaraq demək olar ki, İran hazırda qlobal siyasətin mərkəzində yerləşən əsas stress nöqtəsidir. Burada tək İranın taleyi həll olmur. Yaxın Şərqin gələcəyi, İsrailin təhlükəsizliyi, enerji bazarları və dünya güc balansı müəyyənləşir. Gərginlik ya nəzarətli transformasiya ilə nəticələnəcək, ya da regional müharibə ilə partlayacaq. Hər iki halda İran artıq dünya siyasətinin əsas cəbhəsidir. Daha bundan əvvəlki İran olmayacaq. Əlvida İran İslam Respublikası da demək olar. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Həbsdə olan baş redaktordan yeni XƏBƏR VAR

Həbsdə olan baş redaktordan yeni XƏBƏR VAR

DYP-dən sürücülərə ÇAĞIRIŞ

DYP-dən sürücülərə ÇAĞIRIŞ

Qızıl ucuzlaşdı

Qızıl ucuzlaşdı

Sabirabadda 18 yaşlı oğlanın meyiti tapıldı

Sabirabadda 18 yaşlı oğlanın meyiti tapıldı

34 yaşlı qadın dəm qazından ZƏHƏRLƏNDİ

34 yaşlı qadın dəm qazından ZƏHƏRLƏNDİ

Yaşı 50-dən yuxarı olanların NƏZƏRİNƏ

Yaşı 50-dən yuxarı olanların NƏZƏRİNƏ

Aktrisanın olduğu restoranda İNSİDENT – 4 nəfər SAXLANILDI

Aktrisanın olduğu restoranda İNSİDENT – 4 nəfər SAXLANILDI

Novruz BAZARLIĞI – Qusar bazarında QİYMƏTLƏR -VİDEOREPORTAJ

Novruz BAZARLIĞI – Qusar bazarında QİYMƏTLƏR -VİDEOREPORTAJ

Səhiyyə Nazirliyindən ÇAĞIRIŞ: “İnsanların sıx toplaşdığı məkanlarda...”

Səhiyyə Nazirliyindən ÇAĞIRIŞ: “İnsanların sıx toplaşdığı məkanlarda...”

“Turan Tovuz” bu legioneri klubdan GÖNDƏRƏCƏK

“Turan Tovuz” bu legioneri klubdan GÖNDƏRƏCƏK

Xəzər dənizində İranın 5 gəmisi vuruldu – ANBAAN VİDEO

Xəzər dənizində İranın 5 gəmisi vuruldu – ANBAAN VİDEO

Ömür uzunluğunun daha bir SİRRİ AÇILDI

Ömür uzunluğunun daha bir SİRRİ AÇILDI

Azərbaycan nefti KƏSKİN BAHALAŞDI

Azərbaycan nefti KƏSKİN BAHALAŞDI

UEFA Konfrans Liqasında 1/8 final mərhələsinin cavab oyunları keçiriləcək

UEFA Konfrans Liqasında 1/8 final mərhələsinin cavab oyunları keçiriləcək

Bu gün qısa iş GÜNÜDÜR

Bu gün qısa iş GÜNÜDÜR

Bacısı Aygün Bəylərin vəsiyyətini AÇIQLADI

Bacısı Aygün Bəylərin vəsiyyətini AÇIQLADI

"Bitcoin"in SON qiyməti

"Bitcoin"in SON qiyməti

Bakının bu ərazisində ilk dəfə yeni svetoforlar quraşdırıldı

Bakının bu ərazisində ilk dəfə yeni svetoforlar quraşdırıldı

Lionel Messi karyerasında 900-cu qolunu vurdu – VİDEO

Lionel Messi karyerasında 900-cu qolunu vurdu – VİDEO

Türkiyədə Azərbaycan vətəndaşı döyülərək eyvandan atıldı

Türkiyədə Azərbaycan vətəndaşı döyülərək eyvandan atıldı

Rəsmi Bakı: “İrandan Naxçıvana hücumun hərtərəfli araşdırılmasını gözləyirik”

Rəsmi Bakı: “İrandan Naxçıvana hücumun hərtərəfli araşdırılmasını gözləyirik”

Cibləri pul ilə dolacaq 3 bürc

Cibləri pul ilə dolacaq 3 bürc

Marko Rubio və Pit Heqset HƏDƏFDƏ: Naməlum dronlar onları izləyir

Marko Rubio və Pit Heqset HƏDƏFDƏ: Naməlum dronlar onları izləyir

Bu məsələlərdə əsla süni intellektə ETİBAR ETMƏYİN!!!

Bu məsələlərdə əsla süni intellektə ETİBAR ETMƏYİN!!!

End of content

No more pages to load

RADİO