İsrailin xarici işlər naziri Gideon Saar yanvarın 26-da Azərbaycana səfər edəcək.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan-İsrail Alyansı “AİA Global” məlumat yayıb.
Səfər proqramında bir sıra görüşlər, o cümlədən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla danışıqlar planlaşdırılıb.
Məlumata görə, Bakıdan sonra Gideon Saar Qazaxıstana gedəcək.
Bizim.Media