Anar Camal oğlu İsgəndərov "Şöhrət" ordeni ilə təltif edilib.
Bizim.Media xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.
Orden Anar İsgəndərova Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə verilib.
Qeyd edək ki, millət vəkili Anar İsgəndərov Milli Məclisin Elm və təhsil komitəsinin sədridir. Sabah onun 70 yaşı tamam olacaq.
Bizim.Media