Beynəlxalq hüququn ÇÖKÜŞÜ – Prezidentin tarixi mesajı öz təsdiqini NECƏ TAPDI?

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib. O, müsahibəsində ölkə və beynəlxalq əhəmiyyətli çoxsaylı məsələlərlə bağlı mühüm mesajlar verib.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev: “Bugünkü dünya belədir - kim güclüdür, o da haqlıdır" - VİDEO


Çıxışında dövlət başçısı qeyd edib ki, beynəlxalq hüququn norma və prinsipləri faktiki olaraq işləmir:

“Bugünkü dünyada beynəlxalq hüquq deyilən məsələ yoxdur. Bunu hər kəs gərək unutsun. Güc var, əməkdaşlıq var, müttəfiqlik var, qarşılıqlı dəstək var”.

Prezident həmçinin müsahibəsində güc faktorunun önəmini də xüsusi vurğulayıb:

“Dünyadakı proseslər o istiqamətdə gedir ki, hər bir ölkə ilk növbədə öz hərbi potensialını gücləndirməlidir, təhlükəsizliyini gücləndirməlidir. Hətta Yeni il bayramı ilə əlaqədar Azərbaycan xalqına təbrikimdə də demişdim, bugünkü dünya belədir: kim güclüdür, o da haqlıdır. Mənim sözlərim indi demək olar ki, həftəlik formatda bu və ya digər bölgələrdə təsdiqlənir”.

Məlumdur ki, Azərbaycan 30 ilə yaxın müddət ərzində beynəlxalq hüququn işləməməsindən əziyyət çəkib. BMT Təhlükəsizlik Şurasının qətnamələri, ATƏT-in Minsk qrupunun fəaliyyəti Qarabağ münaqişəsinin həllində uğursuzluğa düçar oldu. Ona görə də Azərbaycan güc yolu ilə ədaləti bərpa etdi.

Bu gün dünyada yaşanan proseslər də  güc faktorunun beynəlxalq münasibətlərdə əsas məqam olduğunu təsdiqləyir. Güclü dövlətlər beynəlxalq hüquqa məhəl qoymadan, öz maraqlarını güc yolu ilə təmin etməyə çalışırlar.

Qeyd olunan reallıqlar fonunda dövlətlərin təhlükəsizliyini gücləndirməsi isə zərurətdir.

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, beynəlxalq hüquq hazırda heç bir işə yaramır:

“Azərbaycan Prezidenti yerli mətbuata verdiyi müsahibədə bir çox məsələlərə diqqət yetirdi. Eyni zamanda, Prezident dünyada baş verən hadisələr və onların beynəlxalq hüquqla nizamlanması məsələlərinə də toxundu. Prezident qeyd etdi ki, beynəlxalq hüquq yoxdur, heç kəs bunu unutmasın.

Fikrimcə, bu sadəcə bu günün qənaəti deyil. Dövlət başçımızın ifadə etdiyi bu fikir 30 ilə yaxın müddət ərzində Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi üçün siyasi-diplomatik mücadilə verən və prosesdə beynəlxalq hüququn olmadığını görən bir liderin qənaətidir. Doğrudan da, beynəlxalq hüquq hazırda heç bir işə yaramır, heç bir məsələni həll etmir, sadəcə gücün arxasınca sürünür”.

Azərbaycan güclü olmağın ən yaxşı nümunəsini yaradır.

Deputatın fikrincə, yaranmış vəziyyət bir daha Azərbaycan Prezidentinin ifadə etdiyi kimi bizdən güclü olmağımızı zəruri edir:

“Dövlət başçısı sözügedən məsələyə toxunarkən qeyd etdi ki, öz hüquqlarımızı qorumaq üçün güclü olmaq lazımdır. Güclü olmağın da ən yaxşı nümunəsini Azərbaycan yaradır. İqtisadi inkişaf, diplomatik uğurlarımız, Qarabağın yenidən inşa edilməsi, beynəlxalq əməkdaşlıq formatında tərəfdaşlarımızın sayının artması, ordu quruculuğunda inqilabi addımların atılması - bütün bunlar Azərbaycanı güclü edən faktorlardır ki, bu da ölkəmizin gücünü təyin edir”.      

Rüfət Sultan, Bizim.Media  

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bəzi rayonlarda güclü külək əsəcək – XƏBƏRDARLIQ

Bəzi rayonlarda güclü külək əsəcək – XƏBƏRDARLIQ

“Qarabağ”dan ayrılan legioner yeni klubundan danışdı

“Qarabağ”dan ayrılan legioner yeni klubundan danışdı

“Fuad Poladovu görəndə əsirdim”

“Fuad Poladovu görəndə əsirdim”

Məktəblər üçün 24 yeni dərslik hazırlanacaq

Məktəblər üçün 24 yeni dərslik hazırlanacaq

Rəqsanənin Gəncə Dövlət Filarmoniyasındakı konserti LƏĞV OLUNDU – Eksklüziv

Rəqsanənin Gəncə Dövlət Filarmoniyasındakı konserti LƏĞV OLUNDU – Eksklüziv

Əməkdar artistlərin illər əvvəlki fotosu maraq yaratdı

Əməkdar artistlərin illər əvvəlki fotosu maraq yaratdı

Xocavəndin Xanoba kəndində 25 ailəyə evlərinin açarları təqdim olundu – FOTO

Xocavəndin Xanoba kəndində 25 ailəyə evlərinin açarları təqdim olundu – FOTO

Azərbaycanda daha bir dövlət qurumu ləğv edildi – FOTO

Azərbaycanda daha bir dövlət qurumu ləğv edildi – FOTO

"Klon" serialı ilə bağlı qalmaqal

"Klon" serialı ilə bağlı qalmaqal

Bakıda səhər tezdən su borusu PARTLADI, hərəkət çətinləşdi - FOTO

Bakıda səhər tezdən su borusu PARTLADI, hərəkət çətinləşdi - FOTO

Basketbol millimiz yarımfinalda

Basketbol millimiz yarımfinalda

SEPAH BƏƏ-yə XƏBƏRDARLIQ ETDİ

SEPAH BƏƏ-yə XƏBƏRDARLIQ ETDİ

Sabah hava necə olacaq? – PROQNOZ

Sabah hava necə olacaq? – PROQNOZ

Əllərindən hər iş gələn BÜRCLƏR

Əllərindən hər iş gələn BÜRCLƏR

Taksi sürücüsünün avtomobilini qaçırdı - Postda TUTULDU

Taksi sürücüsünün avtomobilini qaçırdı - Postda TUTULDU

4 tanınmış telefon markası tarix olur

4 tanınmış telefon markası tarix olur

“Barselona” Netonu transfer etmək istəyir

“Barselona” Netonu transfer etmək istəyir

Vəfatından sonra bu tarixi foto yenidən gündəm oldu...

Vəfatından sonra bu tarixi foto yenidən gündəm oldu...

Jelka Tsviyanoviçin Azərbaycana səfəri başa çatdı

Jelka Tsviyanoviçin Azərbaycana səfəri başa çatdı

Hikmət Hacıyev Çin nümayəndəsi ilə görüşdü – FOTO

Hikmət Hacıyev Çin nümayəndəsi ilə görüşdü – FOTO

Millimizin üzvü oynadı, komandası qalib gəldi

Millimizin üzvü oynadı, komandası qalib gəldi

Hikmət Hacıyev Aİ-nin xüsusi nümayəndəsi ilə nələri müzakirə etdi? – FOTO

Hikmət Hacıyev Aİ-nin xüsusi nümayəndəsi ilə nələri müzakirə etdi? – FOTO

Qızılla bağlı YENİ STANDARTLAR – Saxta məmulatlar bazardan necə ÇIXARILACAQ?

Qızılla bağlı YENİ STANDARTLAR – Saxta məmulatlar bazardan necə ÇIXARILACAQ?

Nəriman Axundzadə yeni klubunun stadionunu gəzdi - FOTO

Nəriman Axundzadə yeni klubunun stadionunu gəzdi - FOTO

End of content

No more pages to load

RADİO