Bu gün Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.
XİN-dən Bizim.Media-ya verilən məlumata görə, nazirlər 10 noyabr tarixli birgə bəyanatdan irəli gələn məsələlərin icrası, eləcə də ikitərəfli əməkdaşlıq gündəliyi üzrə fikir mübadiləsi aparıblar.
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional məsələləri müzakirə ediblər.
Bizim.Media