İlham Əliyev pravoslavların Milad bayramını TƏBRİK ETDİ

Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasına təbrik məktubu ünvanlayıb.

Bizim.Media xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli həmvətənlər!

Sizi və Azərbaycanın bütün xristian icmasını müqəddəs Milad bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm.
 

Azərbaycanda yüz illərdir ki, ayrı-ayrı xalqlar və etiqadlar arasında qarşılıqlı hörmət və etimada, mehriban dostluq və qardaşlığa əsaslanan milli-mənəvi həmrəylik mühiti hökm sürür.


Cəmiyyətimizdə yüksək birgəyaşayış mədəniyyətinin, mənəvi-əxlaqi normaların, multikultural dəyərlərin və dözümlülük prinsiplərinin təbliği və təşviqi həyata keçirdiyimiz dövlət siyasətinin prioritet xəttini təşkil edir.

Zəngin tolerantlıq ənənələri ilə tanınan Azərbaycanda bu gün hər kəs mədəni özünüifadə imkanlarına malikdir. Dilindən, dinindən, milli mənsubiyyətindən asılı olmayaraq, ölkəmizin bütün vətəndaşlarına, o cümlədən xristian icmasına etnik-mədəni özünəməxsusluğunu qoruyub saxlamaq və daha da inkişaf etdirmək üçün hərtərəfli demokratik-hüquqi şərait yaradılmışdır.

Təqdirəlayiq haldır ki, xristian həmvətənlərimiz ictimai-siyasi, sosial-mədəni həyatımızın bütün sahələrində yaxından iştirak edir, ümumi evimiz Azərbaycanın tərəqqisi və çiçəklənməsi naminə səylərini əsirgəmirlər.

Milad bayramı yeniliyi, paklığı, mərhəmət və xeyirxahlıq kimi ülvi hissləri özündə təcəssüm etdirir.

Bu əziz gündə bir daha hamınıza bayram təbriklərimi çatdırıram, ailələrinizə səadət, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram.

Bayramınız mübarək olsun!".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

2026-cı ilin moda trendləri açıqlandı: Keçmiş illərin dəbi qayıdır

2026-cı ilin moda trendləri açıqlandı: Keçmiş illərin dəbi qayıdır

Zəngəzur dəhlizinin bu qədər real olması uğurlu diplomatiyanın təzahürüdür

Zəngəzur dəhlizinin bu qədər real olması uğurlu diplomatiyanın təzahürüdür

Sənədsiz ev sahiblərinin NƏZƏRİNƏ

Sənədsiz ev sahiblərinin NƏZƏRİNƏ

Nazirlikdən maaş və pensiyalarla bağlı açıqlama

Nazirlikdən maaş və pensiyalarla bağlı açıqlama

Venesuela ABŞ ilə razılığa gəldi - 50 milyon barel neft verəcək

Venesuela ABŞ ilə razılığa gəldi - 50 milyon barel neft verəcək

Azərbaycanda 76 ilə nömrə nişanı kimlərə veriləcək? - RƏSMİ QƏRAR…

Azərbaycanda 76 ilə nömrə nişanı kimlərə veriləcək? - RƏSMİ QƏRAR…

BİZİM TƏQVİM: Yanvarın 7-də baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: Yanvarın 7-də baş vermiş tarixi hadisələr

Superkubok matçı azarkeşlərsiz KEÇİRİLƏCƏK

Superkubok matçı azarkeşlərsiz KEÇİRİLƏCƏK

Gürcüstanda azərbaycanlıların toyunda dava düşdü, ölən və yaralılar var

Gürcüstanda azərbaycanlıların toyunda dava düşdü, ölən və yaralılar var

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi - FOTO

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi - FOTO

"Bornmut"un hücumçusu uzunmüddətlik sıradan çıxdı

"Bornmut"un hücumçusu uzunmüddətlik sıradan çıxdı

Ultra emal olunmuş qidalarla bağırsaq xərçəngi arasında əlaqə tapılıb - Tədqiqat

Ultra emal olunmuş qidalarla bağırsaq xərçəngi arasında əlaqə tapılıb - Tədqiqat

Aysundan ad günü PAYLAŞIMI: “Yeni yaşıma yeni evimdə girdim” - VİDEO

Aysundan ad günü PAYLAŞIMI: “Yeni yaşıma yeni evimdə girdim” - VİDEO

Azərbaycanlı futbolçu Albaniya klubuna keçdi

Azərbaycanlı futbolçu Albaniya klubuna keçdi

Zelenski, Makron və Starmer arasında Niyyət Bəyannaməsini imzalandı - VİDEO

Zelenski, Makron və Starmer arasında Niyyət Bəyannaməsini imzalandı - VİDEO

Müəllimlərə ŞAD XƏBƏR: Maaşları bu qədər artırılacaq

Müəllimlərə ŞAD XƏBƏR: Maaşları bu qədər artırılacaq

“İstəklilər koalisiyası” Ukraynaya təhlükəsizlik zəmanətlərinə dair bəyannamə QƏBUL ETDİ

“İstəklilər koalisiyası” Ukraynaya təhlükəsizlik zəmanətlərinə dair bəyannamə QƏBUL ETDİ

Aeroport yolunda sürət həddi ENDİRİLDİ - FOTO

Aeroport yolunda sürət həddi ENDİRİLDİ - FOTO

Belarus millisinin yeni baş məşqçisi AÇIQLANDI

Belarus millisinin yeni baş məşqçisi AÇIQLANDI

Alena Əliyeva Milad bayramı ilə bağlı paylaşım etdi - FOTO

Alena Əliyeva Milad bayramı ilə bağlı paylaşım etdi - FOTO

Pravoslavlar Milad bayramını qeyd edirlər - VİDEO

Pravoslavlar Milad bayramını qeyd edirlər - VİDEO

Bacısı Aygün Bəylərin sonuncu arzusunu AÇIQLADI - VİDEO

Bacısı Aygün Bəylərin sonuncu arzusunu AÇIQLADI - VİDEO

Azərbaycanlı aparıcıların bitirdiyi universitetlər və ixtisasları - SİYAHI

Azərbaycanlı aparıcıların bitirdiyi universitetlər və ixtisasları - SİYAHI

Trampın Venesuela ilə bağlı heç bir planı yoxdur - KİV

Trampın Venesuela ilə bağlı heç bir planı yoxdur - KİV

End of content

No more pages to load

RADİO