Dövlətin gücü və xalqın BİRLİYİ - Prezidentin Yeni il müraciətindən TARİXİ MESAJLAR

Xəbər verdiyimiz kimi, dekabrın 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciət edib. Azərbaycan Prezidenti müraciətində ölkəmiz, o cümlədən regional və beynəlxalq əhəmiyyətli məsələlərlə bağlı tarixi mesajlar verib.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev Azərbaycan xalqına müraciət edib - YENİLƏNİB/VİDEO


Azərbaycan liderinin səsləndirdiyi fikirlər həm mövcud siyasi-iqtisadi mənzərəni nümayiş etdirib, həm də ölkəmizin daxili və xarici siyasətindəki prioritetlərini müəyyən edib.

Güclü ordu, güclü dövlət

Dövlətimizin başçısı bəyan edib ki, 44 günlük müharibədən sonra ordu quruculuğu istiqamətində böyük uğurlara imza atılıb:

“Silahlı Qüvvələrimizin döyüş qabiliyyəti böyük dərəcədə artırıb, Xüsusi Təyinatlı Qüvvələrin say tərkibi bir neçə dəfə artırılıb. Yeni yaradılmış Komando Qüvvələrinin say tərkibi artıq minlərlə əsgər və zabitdən ibarətdir”.

Təbii ki, bu tədbirlərin həyata keçirilməsi Azərbaycanın yeni müharibəyə hazırlığından xəbər vermir. Bugünkü dünyada hər bir ölkə ilk növbədə öz təhlükəsizliyi haqqında ciddi düşünməlidir.

Çünki dünyanın ədalət tərəzisi pozulub, beynəlxalq hüquq normaları işləmir. “Kim güclüdür, o da haqlıdır” prinsipi bir çox ölkələr tərəfindən əsas prinsip kimi qəbul edilir. Azərbaycan da bu reallıqlar fonunda təhlükəsizliyini təmin etmək məqsədilə öz hərbi potensialını artırır.

Azərbaycanın iqtisadi gücü – valyuta ehtiyatlarında rekord

İxtiyari ölkənin güclü olması üçün iqtisadi inkişaf dinamikası davamlı olmalıdır.

Azərbaycan Prezidenti son müraciətində bəyan edib ki, Azərbaycanın valyuta ehtiyatları xarici borcunu 16 dəfə üstələyir. Bu da ölkə daxilində təkcə iqtisadi sabitliyi qoruyub inkişaf etdirmir, həm də  dünyanın aparıcı reytinq agentliklərində Azərbaycanın kredit reytinqini yüksəldir.

Ölkə başçısı qeyd edib ki, bizim valyuta ehtiyatlarımız tarixi rekord həddə çatıb - 80 milyard dollardan artıqdır:

“Bizim xarici borcumuz daha da aşağı düşüb, bu gün ümumdaxili məhsulumuzun cəmi 6,3 faizini təşkil edir. Bir halda ki, bəzi inkişaf etmiş ölkələrdə bu rəqəm 100 faizdir, ondan da çoxdur”.

Məhz bu səbəbdən istənilən beynəlxalq maliyyə institutu Azərbaycana həvəslə kredit ayırır, eyni zamanda beynəlxalq investorlar üçün Azərbaycan cəlbedici ölkə hesab olunur.

Uğurla davam edən “Böyük Qayıdış”

Bununla belə Azərbaycan artıq iqtisadi yüklənməyə imkan vermir, daha çox daxili investisiyalara diqqət ayırır. Bu investisiyalar isə əsasən işğaldan azad olunmuş ərazilərə yönəldilib. Çünki Qarabağ və Şərqi Zəngəzurdakı meqa layihələr, yenidənqurma işləri Azərbaycan dövlətinin öz imkanları hesabına aparılır.

Ölkə başçısı son müraciətində qeyd edib ki, “Böyük Qayıdış” Proqramı uğurla icra edilərək işğaldan azad edilmiş ərazilərdə bu gün böyük quruculuq işləri aparılır və artıq 70 minə yaxın insan orada yaşayır, çalışır, təhsil alır. Son 5 ildə 32 kənd, qəsəbə və şəhər tam müasir tələblər səviyyəsində yenidən qurulub.

Beynəlxalq aktora çevrilən Azərbaycan

Azərbaycan lideri xalqımıza müraciətində ölkəmizin beynəlxalq aləmdə artan nüfuzundan da bəhs edib. Dövlət başçısı qeyd edib ki, bu gün Azərbaycana dünyada böyük hörmətlə yanaşırlar.

Bu gün dünyanın aparıcı beynəlxalq aktorları Azərbaycanla əməkdaşlıq etmək üçün müxtəlif təkliflər irəli sürürlər. Şimal-Cənub və Qərb-Şərq  dəhlizlərinin daha da inkişaf etirilməsi üçün həm Çindən, həm də Avropa dövlətlərindən ölkəmizə əməkdaşlıq təklifləri gəlir.

Bundan əlavə, Azərbaycan Avropanın enerji təhlükəsizliyinində xüsusi paya malikdir. Avropanın 15-dən artıq ölkəsi artıq Azərbaycanın iqtisadi tərəfdaşıdır. Bu ölkələr hər il  Azərbaycandan böyük ölçüdə neft və qaz alırlar. Beləcə ticarət balansında vəziyyət sürətlə ölkəmizin xeyrinə dəyişir.

Azərbaycanın artan beynəlxalq göstəricilərindən biri də ötən il  ölkəmizin D-8 beynəlxalq təşkilatına üzv olmasıdır. Nəzərə alaq ki, 30 il əvvəl yaranan bu təşkilat ilk dəfə öz sıralarını genişləndirir. Özü də Azərbaycanın hesabına...

Təbii ki, ölkəmizin artan nüfuzu təkcə iqtisadi gücü ilə bağlı deyil. Bu həm də Azərbaycanın qətiyyəti hesabına əldə olunub. Azərbaycan Prezidenti müraciətində vurğulayıb ki, biz hər zaman bərabərhüquqlu tərəfdaşlığın tərəfdarı olmuşuq:
 

“Biz heç vaxt imkan verməmişik ki, kimsə bizim işimizə qarışsın, kimsə bizə nəyisə diktə etsin, kimsə bizə yuxarıdan aşağı baxsın. Biz müqavimət göstərmişik, biz ciddi iradəmizi ortaya qoymuşuq, heç kimin qarşısında baş əyməmişik, heç kimə imkan verməmişik və verməyəcəyik ki, bizim işimizə qarışsın”.

 

Məhz bu qətiyyət hesabına son illərdə Azərbaycana beynəlxalq təzyiqlər azalıb.

Tarixi Zəfərin yaratdığı reallıqlar

Ötən il regionda sabitliyin və davamlı sülhün təmin olunması üçün tarixi addımlar atılıb. 8 avqust 2025-ci ildə Ağ Evdə sülh sazişi layihəsinin paraflanması bu istiqamətdə ən mühüm irəliləyiş oldu. Bu barədə danışan Prezident İlham Əliyev son müraciətində qeyd edib ki, Ağ Evdə, Amerika Prezidentinin iştirakı ilə sülh sazişi layihəsinin paraflanması ilə 30 il ərzində əsas vəzifəmiz olan ərazi bütövlüyümüzün bərpası və bütün dünya tərəfindən bunun qəbul edilməsi məsələsi öz həllini tapdı.

Üstəlik, ATƏT-in Minsk qrupunun ləğvi ilə Qarabağ münaqişəsi beynəlxalq gündəmdən tamamilə silindi.

Müharibənin faktiki olaraq başa çatması ilə həm də Cənubi Qafqaza sülh gəlib. Bu sülhün davamlı olması üçün Azərbaycan müxtəlif təşəbbüslərlə çıxış edir.

Təsadüfi deyil ki, Zəfər çalmış ölkə kimi Azərbaycan məğlub edilmiş Ermənistana sülh əlini uzadır. Belə ki, ötən il Azərbaycan üzərindən Ermənistana ilk tranzit yüklər çatdırıldı. Eyni zamanda son 35 ildə Azərbaycanla Ermənistan arasında ilk ticari münasibətlər quruldu. - Ermənistan Azərbaycandan Aİ-95 markalı benzinin ilk partiyasını aldı.

“Vahid Türk Ailəsi” istiqamətində tarixi addımlar

2025-ci ildə Türk dövlətlərinin daha da yaxınlaşması üçün Azərbaycan uğurlu moderator çıxış edib. Türk dövlətlərinin liderləri ötən il Azərbaycana toplanıb, vacib müzakirələr və məsləhətləşmələr aparıblar.

Bu məsələyə toxunan ölkə başçısı son müraciətində qeyd edib ki, Qəbələdə Türk Dövlətləri Təşkilatının Zirvə Görüşü bizim ailəmiz olan Türk dünyasının birləşməsi istiqamətində önəmli addım olub. 

Təbii ki, Türk dövlətləri ilə hərtərəfli əlaqələrin genişlənməsi istiqamətində daha bir addım Azərbaycanın bu il Orta Asiya ölkələrinin Məşvərət Şurasının tamhüquqlu üzvü seçilməsidir. Bu qərar Azərbaycana Türk dövlətləri ilə tarixi əlaqələri tam şəkildə bərpa etmək üçün yeni imkanlar yaradacaq.

Bu addım həm də Azərbaycanın Qərblə paralel Şərqə də uğurla inteqrasiya etdiyinin sübutudur.

“Hər bir azərbaycanlının arxasında güclü Azərbaycan dövləti dayanıb”

Dünyanın hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının taleyi Azərbaycan dövləti üçün qiymətlidir, önəmlidir.

Xalqa müraciətində bu məsələyə də diqqət çəkən Azərbaycan Prezidenti bəyan edib ki, bizi - azərbaycanlıları ortaq tarix, dilimiz, köklərimiz, mədəniyyətimiz birləşdirir:
 

“Azərbaycanlılar hansı ölkədə yaşamalarından asılı olmayaraq, bilirlər və bilməlidirlər ki, onların Ana Vətəni müstəqil Azərbaycan dövlətidir. Hər bir azərbaycanlı bilməlidir ki, onların arxasında güclü Azərbaycan dövləti dayanıb”.


Prezident İlham Əliyevin 31 dekabr müraciəti göstərdi ki, Azərbaycan bu gün güclü orduya, dayanıqlı iqtisadiyyata və aydın strateji baxışa malik dövlətdir. Hərbi təhlükəsizlik, iqtisadi müstəqillik, azad edilmiş ərazilərin bərpası, beynəlxalq nüfuzun artması və regionda sülh təşəbbüsləri bir-birini tamamlayan vahid dövlət siyasətinin tərkib hissəsidir. Dövlət başçısının müraciəti həm əldə olunmuş tarixi nailiyyətlərin ümumiləşdirilməsi, həm də Azərbaycanın gələcək inkişaf yolunun, prioritetlərinin və dəyişməz qətiyyətinin aydın mesajı idi.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Ay yazıqlar, əriniz üzünüzə baxmır deyə bu gündəsiniz"

"Ay yazıqlar, əriniz üzünüzə baxmır deyə bu gündəsiniz"

Leyla Əliyevanın təşəbbüsü ilə bir sıra uşaq müəssisələrində Yeni il tədbiri KEÇİRİLDİ – FOTO

Leyla Əliyevanın təşəbbüsü ilə bir sıra uşaq müəssisələrində Yeni il tədbiri KEÇİRİLDİ – FOTO

Bu bürclər 2026-cı ildə əsl sevgini TAPACAQLAR

Bu bürclər 2026-cı ildə əsl sevgini TAPACAQLAR

Parklanma ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

Parklanma ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

“Tarqovı” və digər mərkəzi küçələrdə video çəkmək QADAĞAN EDİLƏCƏK?

“Tarqovı” və digər mərkəzi küçələrdə video çəkmək QADAĞAN EDİLƏCƏK?

Bu dörd qidanın davamlı qəbulu zəhərlənməyə SƏBƏB OLA BİLƏR

Bu dörd qidanın davamlı qəbulu zəhərlənməyə SƏBƏB OLA BİLƏR

Azərbaycan bu sahədə MDB üzrə ən yaxşı göstəriciyə sahib ölkələrdən BİRİDİR – FOTO

Azərbaycan bu sahədə MDB üzrə ən yaxşı göstəriciyə sahib ölkələrdən BİRİDİR – FOTO

Bu tavalar Avropada qadağan edildi: xəstəlik yayır

Bu tavalar Avropada qadağan edildi: xəstəlik yayır

Mərkəzi Asiyadan ölkəmizə kütləvi TURİST AXINI

Mərkəzi Asiyadan ölkəmizə kütləvi TURİST AXINI

Həbsxanalarla bağlı YENİLİK

Həbsxanalarla bağlı YENİLİK

Yanvar ayının ŞANSLI BÜRCLƏRİ – Onları xoş sürprizlər GÖZLƏYİR

Yanvar ayının ŞANSLI BÜRCLƏRİ – Onları xoş sürprizlər GÖZLƏYİR

Dişləri qorumaq üçün QIZIL QAYDA

Dişləri qorumaq üçün QIZIL QAYDA

İsveçrədəki partlayışda 40 nəfər HƏYATINI İTİRDİ – 100-dən çox YARALI VAR – VİDEO

İsveçrədəki partlayışda 40 nəfər HƏYATINI İTİRDİ – 100-dən çox YARALI VAR – VİDEO

Bir zamanlar ulduz idilər, indi qocalar evində yaşayırlar... – FOTO

Bir zamanlar ulduz idilər, indi qocalar evində yaşayırlar... – FOTO

Külək güclənəcək, sulu qar yağacaq – SABAHIN HAVASI

Külək güclənəcək, sulu qar yağacaq – SABAHIN HAVASI

Dövlətin gücü və xalqın BİRLİYİ - Prezidentin Yeni il müraciətindən TARİXİ MESAJLAR

Dövlətin gücü və xalqın BİRLİYİ - Prezidentin Yeni il müraciətindən TARİXİ MESAJLAR

Polis əməkdaşları azyaşlını belə xilas etdi – ANBAAN VİDEO

Polis əməkdaşları azyaşlını belə xilas etdi – ANBAAN VİDEO

İrandan gələn "qarpız"ların içində narkotik AŞKARLANDI – FOTO/VİDEO

İrandan gələn "qarpız"ların içində narkotik AŞKARLANDI – FOTO/VİDEO

Prezidentdən xalqa müraciəti ilə bağlı PAYLAŞIM – VİDEO

Prezidentdən xalqa müraciəti ilə bağlı PAYLAŞIM – VİDEO

Media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il UZADILDI

Media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il UZADILDI

İlham Əliyev Sudanın Suveren Keçid Şurasının Sədrini TƏBRİK ETDİ

İlham Əliyev Sudanın Suveren Keçid Şurasının Sədrini TƏBRİK ETDİ

Bricit Bardonun ailəsi Makronun dəfndə iştirakına İCAZƏ VERMƏDİ

Bricit Bardonun ailəsi Makronun dəfndə iştirakına İCAZƏ VERMƏDİ

2026-cı ildə manatın məzənnəsi üçün kritik PROQNOZ

2026-cı ildə manatın məzənnəsi üçün kritik PROQNOZ

Prezidentdən kubalı həmkarına MƏKTUB

Prezidentdən kubalı həmkarına MƏKTUB

End of content

No more pages to load

RADİO