“ABŞ və Azərbaycan arasında münasibətlərdə mühüm inkişaf baş verib”.
Bizim.Media xəbər verir ki, bunu ABŞ-ın Bakıdakı Səfirliyinin müvəqqəti işlər vəkili Emi Karlon "X" sosial media hesabında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Azərbaycan dilində yayımladığı video-təbrikində bildirib.
"Bu ilin iyun ayından Azərbaycana gəldiyindən bəri ölkələrimiz arasında münasibətlərdə mühüm inkişaf baş verib. Xüsusilə avqustun 8-də Vaşinqtonda Prezident Trampın ev sahibliyi ilə keçirilən Zirvə görüşü böyük əhəmiyyət daşıyır. ABŞ Azərbaycanla tərəfdaşlığı gücləndirməyə sadiqdir", - o qeyd edib.
Daha ətraflı videoda:
Bizim.Media