“Ermənistanla təmaslar son bir neçə ay ərzində baş tutub. Bütün bunlar 2025-ci ildə müşahidə olunan müsbət dinamikanın inkişafının göstəricisidir. Bu, gələcəkdə daha da genişlənmə ehtimalının əsasını qoyur”.
Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına həsr olunan mətbuat konfransında söyləyib.
“Konkret misallara gəldikdə, məsələ ilə bağlı ekspertlər və beynəlxalq mərkəzlər artıq iki dəfə Ermənistana və Azərbaycana səfər ediblər. Bu səfərlər nəticəsində iş birliyi və qarşılıqlı anlaşma istiqamətində müəyyən irəliləyişlər müşahidə olunub. İnanmaq olar ki, bu proseslər 2026-cı ildə də davam edəcək”, - deyə Azərbaycanın xarici işlər naziri vurğulayıb.
Bizim.Media