TÜRKSOY-un Baş katibi Sultan Raev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Bizim.Media xəbər verir ki, məktubda deyilir:
“Möhtərəm cənab Prezident.
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY-un Baş Katibliyi adından Zati-alinizi doğum günü münasibətilə ən səmimi arzularımla təbrik edirəm.
Bu əlamətdar günün Sizin üçün sağlamlıq, xoşbəxtlik və əmin-amanlıq dolu yeni bir ilin başlanğıcı olmasını arzu edirəm.
Həyatınızı Azərbaycan xalqına və Türk Dünyasının ortaq gələcəyinə həsr etdiyiniz bu şərəfli yolda ölkənizin rifahı, sabitliyi və inkişafı naminə nümayiş etdirdiyiniz qətiyyətli və uzaqgörən liderlik təkcə Azərbaycan üçün deyil, bütün Türk dünyası üçün mühüm qürur mənbəyidir.
Azərbaycan Respublikasının Türk mədəniyyətinin qorunması, inkişaf etdirilməsi və beynəlxalq miqyasda tanıdılması istiqamətindəki ardıcıl mövqeyi, eləcə də TÜRKSOY-a göstərdiyi dəyərli dəstək xalqlarımız tərəfindən daim böyük hörmət və təqdirlə qarşılanır.
Zati-alinizin Türk dünyasında birlik və həmrəyliyin möhkəmləndirilməsinə yönəlmiş strateji baxışı ortaq tarix, dil və mədəniyyət bağlarımızı daha da gücləndirir, dövlətlərimiz arasında qardaşlıq münasibətlərini möhkəm əsaslar üzərində gələcəyə aparır. Azərbaycanın beynəlxalq arenada artan nüfuzu, eləcə də regional və qlobal sülhə verdiyi töhfələr diqqətlə izlənilir və yüksək qiymətləndirilir.
Bu əlamətdar gün münasibətilə Zati-alinizə bir daha möhkəm cansağlığı, firavanlıq və davamlı uğurlar arzulayır, Azərbaycan Respublikasının və əziz Azərbaycan xalqının sülh, sabitlik və rifah şəraitində inkişafının davam etməsini Uca Allahdan diləyirəm.
Zati-aliləri, dərin hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.
*** 19:21
Moldova Respublikasının Prezidenti Maya Sandudan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.
Bizim.Media xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident.
Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram. Sizə möhkəm cansağlığı, davamlı güc-qüvvət və Azərbaycan dövlətinin rəhbəri kimi ali dövləti vəzifənizdə uğurlar arzulayıram.
Moldova Azərbaycanla dostluq münasibətlərini yüksək qiymətləndirir və tərəfdaşlığımızı müəyyən edən etimad və əməkdaşlıq ruhunu dəyərləndirir. Əminəm ki, birlikdə konstruktiv dialoqumuzu dərinləşdirməyə və ölkələrimiz arasındakı əlaqələri daha da möhkəmləndirməyə davam edəcəyik.
Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
Bizim.Media