İlham Əliyev Ağdamda AÇILIŞDA - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Ağdam Sənaye Parkında “Construction” MMC-nin metal elektrik dirəklərinin istehsalı müəssisəsinin açılışında iştirak edib.

Bizim.Media xəbər verir ki, “Construction” MMC-nin təsisçisi Nurlan Abbasov dövlətimizin başçısına müəssisənin fəaliyyəti barədə məlumat verib.

Bildirilib ki, Sənaye Parkının 1 hektarlıq ərazisində yerləşən müəssisədə istehsal Çin texnologiyası əsasında qurulub. Zavodun metal elektrik dirəkləri üzrə illik istehsal gücü 7 min 200 ton təşkil edir. Məhsullar həm daxili bazarın tələbatını ödəyəcək, həm də ixrac ediləcək. İnvestisiya həcmi 2,96 milyon manat olan müəssisədə 32 daimi iş yeri yaradılıb. Qurulmasına İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən 1,2 milyon manat zəmanətli kredit ayrılıb. Bununla yanaşı, müəssisə sənaye parkının rezidentlərinə verilən bütün vergi və gömrük güzəştlərindən yararlanıb. Həmçinin texnika, texnoloji avadanlıq və qurğuların idxalı zamanı təxminən 443 min manat dəyərində ƏDV və gömrük rüsumlarına güzəşt əldə olunub.
 

Qeyd edək ki, dövlətimizin başçısının 2021-ci ildə imzaladığı Fərmana əsasən, 190 hektar ərazidə yaradılan Ağdam Sənaye Parkının məqsədi işğaldan azad olunmuş ərazilərin dirçəldilməsi, Qarabağın sənaye potensialının inkişafı, sahibkarlığın dəstəklənməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasıdır. Sənaye Parkının prioritet istiqamətləri tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının qablaşdırılmasının, meyvə-tərəvəz konservlərinin, ət, süd, yem, gübrə istehsalının və emalının, xidmət sahələrinin, soyuducu kameraların təşkilidir.


Sahibkarlıq fəaliyyətinin inkişafı üçün burada dövlət tərəfindən əlverişli investisiya mühiti yaradılıb. Parkda ümumi investisiyalarının həcmi 312 milyon manatdan çox olan 32 sahibkarlıq subyektinə rezidentlik, 5 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Artıq investorlar tərəfindən Sənaye Parkına 142 milyon manat sərmayə yatırılıb, 970-ə yaxın daimi iş yeri yaradılıb. İşlə təmin edilənlərin çoxu Ağdam və ətraf rayonların sakinləridir. Sənaye Parkının rezidentləri tərəfindən istehsal olunmuş 945 milyon manat dəyərində məhsul satışı həyata keçirilib ki, bunun da 39,5 milyon manatlıq hissəsi ixrac edilib.





















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu şəxslərin hüquqları ARTIRILDI

Bu şəxslərin hüquqları ARTIRILDI

Cici Hadidlə Bredli Kuper evlənir

Cici Hadidlə Bredli Kuper evlənir

Rusiyada qanuni oğru Xaçatryana 17,5 il həbs cəzası verildi

Rusiyada qanuni oğru Xaçatryana 17,5 il həbs cəzası verildi

Elşad Abdullayevə hökm oxundu - 15 il

Elşad Abdullayevə hökm oxundu - 15 il

Qanun DƏYİŞİR – Bunlar ixtira hesab olunmayacaq

Qanun DƏYİŞİR – Bunlar ixtira hesab olunmayacaq

Bəşər Əsədin qızının BƏƏ-də universitetdə təhsil aldığı ÜZƏ ÇIXDI

Bəşər Əsədin qızının BƏƏ-də universitetdə təhsil aldığı ÜZƏ ÇIXDI

Şimal bölgəsinin məktəblərində sınaq imtahanı QALMAQALI – Uşaqlar saatlarla nəyi GÖZLƏDİ?

Şimal bölgəsinin məktəblərində sınaq imtahanı QALMAQALI – Uşaqlar saatlarla nəyi GÖZLƏDİ?

Ağdamda “Hilton Garden Inn Agdam” hoteli istifadəyə verildi – FOTO

Ağdamda “Hilton Garden Inn Agdam” hoteli istifadəyə verildi – FOTO

Ərinin qətlini sifariş edən qadına ağır cəza istənildi

Ərinin qətlini sifariş edən qadına ağır cəza istənildi

Dəm qazından ölən bacı-qardaş Qusarda dəfn olundu

Dəm qazından ölən bacı-qardaş Qusarda dəfn olundu

Pezeşkianın qızı Bakıda Azərbaycan dilində şeir oxudu - VİDEO

Pezeşkianın qızı Bakıda Azərbaycan dilində şeir oxudu - VİDEO

Maduro Trampa səsləndi: “Hər prezident öz ölkəsinin məsələlərini həll etməlidir”

Maduro Trampa səsləndi: “Hər prezident öz ölkəsinin məsələlərini həll etməlidir”

Qazaxıstanda qədim oğuzlara aid türk yazısı aşkar edildi – FOTO

Qazaxıstanda qədim oğuzlara aid türk yazısı aşkar edildi – FOTO

Bakıda şəhid bulağından oğurluq edildi – ANBAAN VİDEO

Bakıda şəhid bulağından oğurluq edildi – ANBAAN VİDEO

“Milan” bu futbolçu ilə YOLLARINI AYIRDI

“Milan” bu futbolçu ilə YOLLARINI AYIRDI

“Nar” və “Netty” ilin ən yaxşı rəqəmsal təşəbbüslərini mükafatlandırdılar – FOTO

“Nar” və “Netty” ilin ən yaxşı rəqəmsal təşəbbüslərini mükafatlandırdılar – FOTO

At belində bir ÖMÜR – 98 yaşlı Nuruş kişinin HƏYAT HEKAYƏSİ – VİDEO

At belində bir ÖMÜR – 98 yaşlı Nuruş kişinin HƏYAT HEKAYƏSİ – VİDEO

Qusar futboluna DƏSTƏK – Klubun sponsoru MÜƏYYƏNLƏŞDİ – FOTO/VİDEO

Qusar futboluna DƏSTƏK – Klubun sponsoru MÜƏYYƏNLƏŞDİ – FOTO/VİDEO

İordaniya Kralı İlham Əliyevi TƏBRİK ETDİ

İordaniya Kralı İlham Əliyevi TƏBRİK ETDİ

İsrailin müdafiə naziri: “Suriyadan və Qəzzadan geri çəkilməyəcəyik”

İsrailin müdafiə naziri: “Suriyadan və Qəzzadan geri çəkilməyəcəyik”

ÖZƏL: Şəbnəmin qızı Röyanın yanında bu İŞDƏ ÇALIŞIR – VİDEO/FOTO

ÖZƏL: Şəbnəmin qızı Röyanın yanında bu İŞDƏ ÇALIŞIR – VİDEO/FOTO

Azərbaycanda həbsdə olan Vaqif Xaçaturyan xəstəxanaya yerləşdirildi

Azərbaycanda həbsdə olan Vaqif Xaçaturyan xəstəxanaya yerləşdirildi

SON DƏQİQƏ! Milyonluq qaçaqmalçılıq zənciri İFŞA EDİLDİ – Vəzifəli şəxslər HƏBS OLUNDU – ADLAR

SON DƏQİQƏ! Milyonluq qaçaqmalçılıq zənciri İFŞA EDİLDİ – Vəzifəli şəxslər HƏBS OLUNDU – ADLAR

Ağdam Sənaye Parkında yeni müəssisənin təməli qoyuldu – FOTO

Ağdam Sənaye Parkında yeni müəssisənin təməli qoyuldu – FOTO

End of content

No more pages to load

RADİO