Prezident Xankəndinin Kərkicahan qəsəbəsində - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində olub.

Bizim.Media xəbər verir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov dövlət başçısına qəsəbədə görülmüş işlər barədə məlumat verib.

Təmir işlərinə bu ilin may ayında başlanılmış qəsəbədə hazırda 33 yaşayış binası və 1037 fərdi ev mövcuddur. Onlardan 247-si yararsız, 790-ı isə qismən yararlıdır. Bu ilin sonunadək 40, 2026-cı ildə isə 280 evin təmiri nəzərdə tutulur. Artıq 30 evdə təmir işləri başa çatdırılıb. İlkin mərhələdə 30 ailə olmaqla, ümumilikdə 115 sakin müvəqqəti məskunlaşdıqları şəhər və rayonlardan qəsəbəyə - öz dədə-baba yurdlarına qayıdıb.
 

Qəsəbədə bir sıra sosial infrastruktur layihələri də icra olunub. Fərdi evlərin yerləşdiyi ərazidə su, elektrik və qaz xətləri yoxlanılıb, 2 kilometr yeraltı optik kabel, 510 metr elektrik xətti çəkilib, işıq dirəkləri quraşdırılıb, küçə işıqlandırılması təmin olunub, daxili yollar asfaltlanıb. Eyni zamanda, 60 çarpayılıq 1 nömrəli körpələr evi-uşaq bağçası və 624 şagird yerlik tam orta məktəbdə əsaslı təmir işləri aparılıb

.
Qeyd edək ki, Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də bu qəsəbədə olub.

Dəniz səviyyəsindən 1130 metr hündürlükdə yerləşən və ümumi sahəsi 234 hektar olan Kərkicahan Xankəndi şəhər ərazi vahidində qəsəbədir. 1960-cı illərdə keçmiş vilayətin millətçi erməni rəhbər orqanları qəsəbənin adını yaşayış məntəqələrinin rəsmi siyahısından çıxarıb Xankəndi şəhərinə birləşdirmişdilər. 1991-ci ilin sonunda işğal olunan Kərkicahan 1992-ci ildə ermənilər tərəfindən yandırılmışdı. İşğaldan əvvəl qəsəbədə 355 ailə olmaqla 1796 nəfər azərbaycanlı yaşayırdı. Hazırda qeydiyyatda 674 ailə olmaqla, ümumilikdə 2531 sakin var.

Qəsəbə 2023-cü ildə Azərbaycan Ordusunun həyata keçirdiyi antiterror əməliyyatı nəticəsində işğaldan azad edilib.

Sonra dövlətimizin başçısı Xankəndi şəhəri Kərkicahan qəsəbə sakini Yadigar Əsədovanın evində olub.



















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Xankəndi-1” elektrik yarımstansiyası istismara verildi

“Xankəndi-1” elektrik yarımstansiyası istismara verildi

Ermənistan vətəndaşları məhkəmədə son çıxışlarını edirlər

Ermənistan vətəndaşları məhkəmədə son çıxışlarını edirlər

Rusiya taxılı Azərbaycan vasitəsilə Ermənistana göndərildi

Rusiya taxılı Azərbaycan vasitəsilə Ermənistana göndərildi

Millimizin üzvü Mayamidə belə dincəlir - FOTO

Millimizin üzvü Mayamidə belə dincəlir - FOTO

Messinin bacısı yol qəzasında ağır xəsarət aldı – TOYU TƏXİRƏ SALINDI - FOTO

Messinin bacısı yol qəzasında ağır xəsarət aldı – TOYU TƏXİRƏ SALINDI - FOTO

Prezident Qarabağ Universitetinin Biznes və iqtisadiyyat fakültəsinin binasının AÇILIŞINDA - FOTO

Prezident Qarabağ Universitetinin Biznes və iqtisadiyyat fakültəsinin binasının AÇILIŞINDA - FOTO

Şahbaz Şərifdən İlham Əliyevə MƏKTUB

Şahbaz Şərifdən İlham Əliyevə MƏKTUB

Prezident Qarabağ Universitetinin yeni binasının təməlqoyma MƏRASİMİNDƏ

Prezident Qarabağ Universitetinin yeni binasının təməlqoyma MƏRASİMİNDƏ

Liseyin sabiq direktoru həbsdə vəfat etdi

Liseyin sabiq direktoru həbsdə vəfat etdi

İlham Əliyev Kərkicahana köçən sakinlərlə görüşdü

İlham Əliyev Kərkicahana köçən sakinlərlə görüşdü

Yeni aldığı avtomobillə qəzaya düşdü - Son anda xilas oldu - FOTO

Yeni aldığı avtomobillə qəzaya düşdü - Son anda xilas oldu - FOTO

Kərkicahanda tam orta məktəbin binası istifadəyə verildi - FOTO

Kərkicahanda tam orta məktəbin binası istifadəyə verildi - FOTO

Əlixan Rəcəbov tütünü reklam etdi, şirkət cərimələndi – FOTO

Əlixan Rəcəbov tütünü reklam etdi, şirkət cərimələndi – FOTO

Şəhərsalma və Memarlıq İli – Urbanizasiya sahəsində strateji DÖNÜŞ NÖQTƏSİ

Şəhərsalma və Memarlıq İli – Urbanizasiya sahəsində strateji DÖNÜŞ NÖQTƏSİ

Medvedev İlham Əliyevi TƏBRİK ETDİ

Medvedev İlham Əliyevi TƏBRİK ETDİ

Balaəli yeni aldığı villasını GÖSTƏRDİ – VİDEO

Balaəli yeni aldığı villasını GÖSTƏRDİ – VİDEO

Lerikdə məktəb YANDI – Şagirdlər təxliyə edildi

Lerikdə məktəb YANDI – Şagirdlər təxliyə edildi

İlham Əliyev onların qonağı oldu – FOTO

İlham Əliyev onların qonağı oldu – FOTO

Asya Əhmədovanın “Sən Vətənsən” adlı poeması oxuculara təqdim olundu - FOTO

Asya Əhmədovanın “Sən Vətənsən” adlı poeması oxuculara təqdim olundu - FOTO

Bu şəxslər ödənişsiz tibbi və psixoloji yardım ALA BİLƏCƏKLƏR

Bu şəxslər ödənişsiz tibbi və psixoloji yardım ALA BİLƏCƏKLƏR

Səma qəhrəmanının həyat hekayəsi - Pilot Aleksandr Kalyaninovun Ukraynada təhsil aldığı akademiyadan REPORTAJ - VİDEO

Səma qəhrəmanının həyat hekayəsi - Pilot Aleksandr Kalyaninovun Ukraynada təhsil aldığı akademiyadan REPORTAJ - VİDEO

Rusiya ordusu Ukraynada iki yaşayış məntəqəsini işğal etdi

Rusiya ordusu Ukraynada iki yaşayış məntəqəsini işğal etdi

Sabah bəzi yerlərdə çiskinli yağış yağacaq – PROQNOZ

Sabah bəzi yerlərdə çiskinli yağış yağacaq – PROQNOZ

Prezident Xankəndinin Kərkicahan qəsəbəsində - FOTO

Prezident Xankəndinin Kərkicahan qəsəbəsində - FOTO

End of content

No more pages to load

RADİO