“Hal-hazırda Cənubi Qafqazda kommunikasiyaların açılması müzakirə olunur. Düşünürəm ki, bu, hər kəsin xeyrinədir. Münaqişə artıq başa çatıb”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov Kembric Universitetində təşkil olunan Mərkəzi Asiya forumunda bildirib.
“Hal-hazırda sülh müqaviləsinin imzalanmasına və sərhədlərin delimitasiyasına ehtiyac var. Erməni xalqının taleyi sülh müqaviləsinin imzalanmasından asılıdır”, - deyə səfir qeyd edib.
Elin Süleymanov fikirlərinin davamında Türkiyə və Ermənistan arasında normallaşma prosesinə də diqqət çəkərək, İstanbul-İrəvan aviareyslərinə start verildiyini bildirib.
Bizim.Media