“Moskva və Bakı bütün məsələlərdə sıx və konstruktiv dialoq aparır”.
Bizim.Media xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov mətbuata açıqlamasında deyib.
Jurnalistin Rusiyaya məxsus Mi-24 helikopterinin vurulması və istintaqın gedişi barədə sualına isə Peskov belə cavab verib:
“9 Noyabrda Rusiya Müdafiə Nazirliyi Mi-24 təyyarəsinin Ermənistanın döyüş bölgəsindən kənarda vurulduğunu bildirdi. İki heyət üzvü öldü, biri orta dərəcəli bədən xəsarətləri ilə evakuasiya edildi”.
O bildirib ki, Azərbaycan Baş Prokurorluğu Rusiya-Mi-24 helikopterinin Ermənistan-Azərbaycan sərhədində qəzaya uğraması ilə əlaqədar "xidmətə səhlənkar münasibət" maddəsi ilə cinayət işi açıb.
"Bu suala cavab olaraq sizə deyə biləcəyim yalnız budur",- deyə o əlavə edib.
Bizim.Media