Sahibə Qafarova Monteneqro XİN rəhbəri ilə görüşdü – FOTO

Milli Məclisin sədri Sahibə Qafarova dekabrın 20-də Monteneqro Baş nazirinin müavini, xarici işlər naziri Ervin İbrahimoviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bizim.Media xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Görüşdə Azərbaycan ilə Monteneqro arasında mövcud dostluq və tərəfdaşlıq münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

Milli Məclisin sədri bu səfərin iki ölkə arasında qurulmuş səmimi münasibətlərin və fəal siyasi dialoqun daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
 

Ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin dövlətlərarası münasibətlərin inkişafında mühüm rol oynadığı vurğulanaraq, ikitərəfli gündəliyin nəzərdən keçirilməsi baxımından əhəmiyyəti qeyd edilib. Bu çərçivədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2013-cü ildə Monteneqroya rəsmi səfəri, eləcə də Monteneqro Prezidenti Yakov Milatoviçin 2024-cü ilin noyabrında COP29 çərçivəsində ölkəmizə səfəri və Prezident İlham Əliyevlə keçirdiyi görüşün iki ölkə arasındakı dostluq münasibətlərinin inkişafına mühüm töhfə verdiyi diqqətə çatdırılıb.


Görüşdə ikitərəfli gündəliyin müxtəlif aspektləri ilə yanaşı, ölkələr arasında iqtisadiyyat, turizm, investisiya və digər sahələrdə əməkdaşlıq məsələləri nəzərdən keçirilib. Aktiv və konstruktiv siyasi dialoqun əməkdaşlığın digər sahələri üçün də yeni imkanlar yaratdığı vurğulanıb. Eyni zamanda xalqları bir-birinə yaxınlaşdıran mühüm istiqamətlər kimi humanitar və mədəni əməkdaşlığın da vacibliyi qeyd olunub.

Parlamentlərarası əməkdaşlığın ikitərəfli münasibətlərin mühüm tərkib hissəsi olduğu vurğulanaraq, parlament diplomatiyasının roluna xüsusi diqqət yetirilib.

Parlamentin spikeri 2024-cü ilin aprelində Monteneqroya rəsmi səfərini və bu ölkədə keçirdiyi yüksək səviyyəli görüşləri məmnunluqla xatırladaraq, Monteneqro parlamentinin sədrlərinin müxtəlif dövrlərdə Azərbaycana səfərlərindən bəhs edib.

Parlamentin spikeri, qanunverici orqanlar arasında təmasların, qarşılıqlı səfərlərin və parlamentlərdə fəaliyyət göstərən dostluq qruplarının fəaliyyətinin əhəmiyyətini vurğulayıb, belə təmasların parlamentlərarası dialoqun inkişafında mühüm rol oynadığını bildirib.

Bununla yanaşı, parlamentlərin profil komitələri arasında qanunvericilik sahəsində təcrübə mübadiləsinin, eləcə də beynəlxalq parlament təşkilatları çərçivəsində qarşılıqlı dəstəyin gücləndirilməsinin vacibliyi diqqətə çatdırılıb.
 

Monteneqro Baş nazirinin müavini, xarici işlər naziri Ervin İbrahimoviç ölkəsinin Azərbaycanla münasibətlərin inkişafına böyük əhəmiyyət verdiyini bildirib, iki ölkə arasında sıx siyasi dialoqu yüksək qiymətləndirib. O, ötən il Milli Məclis sədrinin Monteneqroya səfərinə görə təşəkkürünü bildirərək, bu səfərin ikitərəfli münasibətlərin inkişafına verdiyi töhfəni qeyd edib.


2019-cu ildə Azərbaycanın Monteneqroya ən iri investisiya yatıran ölkə olduğunu bildirən qonaq, dövlətlərarası əlaqələrin inkişafında turizm sahəsinin özünəməxsus yer tutduğunu deyib.

Ervin İbrahimoviç, bu sahədə əməkdaşlığın dərinləşdirilməsi üçün geniş imkanların mövcud olduğunu vurğulayıb.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Quba-Xaçmaz yolunda QƏZA: Xəsarət alanlar var - FOTO

Quba-Xaçmaz yolunda QƏZA: Xəsarət alanlar var - FOTO

TƏBİB-in səlahiyyətləri ARTIRILDI

TƏBİB-in səlahiyyətləri ARTIRILDI

1-ci liqada 19-cu tura YEKUN VURULDU

1-ci liqada 19-cu tura YEKUN VURULDU

İTSDA-nın icbari tibbi sığorta sahəsindəki səlahiyyətləri ləğv olundu - Yeni agentlik yaradıldı

İTSDA-nın icbari tibbi sığorta sahəsindəki səlahiyyətləri ləğv olundu - Yeni agentlik yaradıldı

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinlərinin sayı ARTIRILDI

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinlərinin sayı ARTIRILDI

MDB çərçivəsində dövlətlərarası axtarış müqaviləsinə dəyişiklik protokolu təsdiqlənib - FƏRMAN

MDB çərçivəsində dövlətlərarası axtarış müqaviləsinə dəyişiklik protokolu təsdiqlənib - FƏRMAN

"Komedixana"nın aktyoru borca düşdü, mağazası bağlandı

"Komedixana"nın aktyoru borca düşdü, mağazası bağlandı

Azərbaycanda xəstəxana direktoru işdən ÇIXARILDI

Azərbaycanda xəstəxana direktoru işdən ÇIXARILDI

Bu marşrutda gedişhaqqı 60 qəpik oldu

Bu marşrutda gedişhaqqı 60 qəpik oldu

300-ə yaxın vətəndaşın kart məlumatlarını ələ keçirənlər belə İFŞA OLUNDU – VİDEO

300-ə yaxın vətəndaşın kart məlumatlarını ələ keçirənlər belə İFŞA OLUNDU – VİDEO

Paşinyan Annadan geyiminə görə AYRILIB? - ŞOK FOTO

Paşinyan Annadan geyiminə görə AYRILIB? - ŞOK FOTO

Əli Əsədov Gürcüstan səfirliyində başsağlığı verdi

Əli Əsədov Gürcüstan səfirliyində başsağlığı verdi

Xaricdən məhsul sifariş edənlərin NƏZƏRİNƏ – Martın 20-dən 30-dək...

Xaricdən məhsul sifariş edənlərin NƏZƏRİNƏ – Martın 20-dən 30-dək...

Azərbaycanlı müğənni adını "DƏYİŞDİRDİ"

Azərbaycanlı müğənni adını "DƏYİŞDİRDİ"

Prezident insan orqanlarının alverinə qarşı Konvensiyanı TƏSDİQLƏDİ

Prezident insan orqanlarının alverinə qarşı Konvensiyanı TƏSDİQLƏDİ

Bu hallarda məhkəmə qərarı olmadan elektron daşıyıcılar sübut kimi GÖTÜRÜLƏ BİLƏCƏK

Bu hallarda məhkəmə qərarı olmadan elektron daşıyıcılar sübut kimi GÖTÜRÜLƏ BİLƏCƏK

Emin Ağalarov qızı ilə birgə avtomobil sürdü – VİDEO

Emin Ağalarov qızı ilə birgə avtomobil sürdü – VİDEO

Bu markalı neft 154 dollara SATILIR

Bu markalı neft 154 dollara SATILIR

ABŞ Hörmüzdəki İran gəmilərini belə məhv etdi – ANBAAN VİDEO

ABŞ Hörmüzdəki İran gəmilərini belə məhv etdi – ANBAAN VİDEO

Şokalad alarkən diqqətli olun

Şokalad alarkən diqqətli olun

İran Azərbaycana təşəkkür etdi

İran Azərbaycana təşəkkür etdi

İlham Əliyevdən Azərbaycan xalqına Ramazan TƏBRİKİ

İlham Əliyevdən Azərbaycan xalqına Ramazan TƏBRİKİ

Hikmət Hacıyev Şimali Baltik Səkkizliyi ölkələrinin siyasi direktorları ilə GÖRÜŞDÜ - FOTO

Hikmət Hacıyev Şimali Baltik Səkkizliyi ölkələrinin siyasi direktorları ilə GÖRÜŞDÜ - FOTO

Bakı metrosunda retro AB-HAVA – VİDEOREPORTAJ

Bakı metrosunda retro AB-HAVA – VİDEOREPORTAJ

End of content

No more pages to load

RADİO