Monteneqro Respublikası Baş nazirinin müavini, xarici işlər naziri Ervin İbrahimoviç Azərbaycana səfər edəcək.
Bizim.Media "Report.az"a istinadən xəbər verir ki, nazirin səfərinin bu həftə baş tutması gözlənilir.
Səfər çərçivəsində Monteneqro XİN başçısının Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və bir sıra rəsmilərlə görüşü nəzərdə tutulur.
Bizim.Media