Xarici təhdidlərə ORTAQ CAVAB – Azərbaycan-Türkiyə hərbi əməkdaşlığında YENİ MƏRHƏLƏ

Xəbər verdiyimiz kimi, Milli Məclisin dünən keçirilən plenar iclasında "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyi arasında qarşılıqlı hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair Anlaşma Memorandumu"nun təsdiq edilməsi haqqında qanun layihəsi bir oxunuşda qəbul edilib.
 

MÖVZU İLƏ BAĞLI: 

Türkiyə ilə imzalanan tarixi memorandum TƏSDİQLƏNDİ – DETALLAR


Memorandumda öz əksini tapan məsələlər

8 maddəlik Memorandumun məqsədi qarşılıqlı olaraq tərəflərin təhlükəsizliyinin və ərazi bütövlüyünün təmin olunması, suverenliyinin və müstəqilliyinin qorunması üçün tərəflər arasında müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsidir.

Sənədə əsasən, tərəf dövlətlər birinin silahlı təcavüzə məruz qaldığı halda BMT Nizamnaməsinin 51-ci maddəsi ilə tanınan fərdi və birgə özünümüdafiə hüquqlarının həyata keçirilməsi üçün bir-birlərinə qarşılıqlı yardımın göstərilməsi öhdəliyini götürürlər.

Tərəflərin bir-birlərinə hərbi yardım göstərməsi onlardan birinin sorğusu əsasında və buna dair milli qanunvericiliklərində müəyyən edilmiş qaydaya uyğun olaraq həyata keçirilir.
 

Tərəflər, öz milli qanunvericiliklərinə uyğun olaraq, hərbi sahədə məlumat mübadiləsi və hərbi kəşfiyyat əməkdaşlığını gücləndirməyi də qərara alıblar. Buna əsasən, hərbi təhlükəsizlik sahəsində əldə olunan məlumatları öz aralarında paylaşa və bu məlumatlardan birgə əməliyyatlar zamanı istifadə edə bilərlər.


Qeyd edək ki, “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyi arasında qarşılıqlı hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair Anlaşma Memorandumu” bu ilin iyulun 22-də iki ölkənin müdafiə nazirləri arasında imzalanıb.

Türkiyə ilə Azərbaycan arasında müdafiə sahəsində imzalanan tarixi saziş nə vəd edir?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, Türkiyə və Azərbaycan müdafiə nazirləri arasında təhlükəsizliyin daha da möhkəmləndirilməsinə dair memorandumun imzalanması iki ölkə arasında təhlükəsizlik məsələlərinin yeni mərhələyə yüksəldilməsinə xidmət edəcək:
 

“Türkiyə Azərbaycanın təhlükəsizliyinin ən müasir mərhələdə tamamilə yeni istiqamətlərini təyin edəcək. Bu həm hərbi sənayenin ən yeni, müasir nümunələrinin qarşılıqlı şəkildə mübadiləsi, həm təchizat məsələlərinin təmini, birgə təlimlərin keçirilməsi, həm də şəxsi heyətin birgə komplektləşdirilməsi kimi geniş sferaları əhatə edəcək.


Memorandumda 1921-ci ilin Qars Müqaviləsi və 2021-ci ildə imzalanan Şuşa Bəyannaməsinə istinadlar edilməsi 1921-ci ildə tərəflər arasında yarımçıq qalmış işlərin 2020-ci ildən sonra yaranmış yeni reallıqda 2021-ci ildə imzalanan Şuşa Bəyannaməsilə tamamlanması deməkdir”.


Layihələrin təhlükəsizliyi üçün çəkindirici vasitə

Deputat qeyd edir ki, Türkiyə və Azərbaycanın müəllifi olduğu böyük layihələrin təhlükəsizliyinin qorunması da hər iki ölkənin hərbi gücünün çəkindirici vasitəyə çevrilməsindən asılıdır:

“Hazırda hər iki ölkənin liderliyi ilə regionda mühüm iqtisadi layihələr həyata keçirilir, alternativ marşurutlar yaradılır. Amma bu hadisələrin kontekstində ayrı-ayrı güc mərkəzləri tərəfindən bəzən təhdidedici və narahatedici fikirlər də səslənir.
 

Dolayısı ilə Türkiyə və Azərbaycanın müəllifi olduğu böyük layihələrin təhlükəsizliyinin qorunması da hər iki ölkənin hərbi gücünün çəkindirici vasitəyə çevrilməsindən asılıdır. Yəni bu güc tətbiq olunmadan belə öz-özlüyündə təhlükəsizliyin təminatı üçün çəkindirici vasitə olmalıdır.


Çünki hər kəs hansı ölkənin hərbi gücünün nəyə qadir olduğunu bu və ya digər şəkildə öyrənə bilir və qərarlarını da ona əsasən verir. Yəni memorandum bu kontekstdə də olduqca əhəmiyyətlidir”.

Rüfət Sultan, Bizim.Media       

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kim sakitcə gözləyir və kim dərhal partlayır: Bürclərin reytinqi

Kim sakitcə gözləyir və kim dərhal partlayır: Bürclərin reytinqi

Dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan qurumların əməkhaqqı sistemi TƏKMİLLƏŞDİRİLDİ

Dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan qurumların əməkhaqqı sistemi TƏKMİLLƏŞDİRİLDİ

Beynəlxalq axtarışda olan şəxs Ukraynadan ölkəmizə ekstradisiya edilir

Beynəlxalq axtarışda olan şəxs Ukraynadan ölkəmizə ekstradisiya edilir

Çempionlar Liqasında həftənin oyunçusu BƏLLİ OLDU

Çempionlar Liqasında həftənin oyunçusu BƏLLİ OLDU

Nazirlərin maaşı ARTIRILDI - SİYAHI

Nazirlərin maaşı ARTIRILDI - SİYAHI

Bakının bəzi yollarında SIXLIQ VAR

Bakının bəzi yollarında SIXLIQ VAR

Prezidentdən "ASAN xidmət"dəki digər dövlət orqanları işçiləri ilə bağlı FƏRMAN

Prezidentdən "ASAN xidmət"dəki digər dövlət orqanları işçiləri ilə bağlı FƏRMAN

Dövlət qulluqçularının maaşlarının baza hissəsi ARTIRILDI

Dövlət qulluqçularının maaşlarının baza hissəsi ARTIRILDI

Xırdalanda ağır QƏZA: Motosiklet yük maşınına çırpılıb, ölən var

Xırdalanda ağır QƏZA: Motosiklet yük maşınına çırpılıb, ölən var

Reabilitasiya müəssisələri Sosial Xidmətlər Agentliyinin tabeliyinə veriləcək

Reabilitasiya müəssisələri Sosial Xidmətlər Agentliyinin tabeliyinə veriləcək

Quba-Xaçmaz yolunda QƏZA: Xəsarət alanlar var - FOTO

Quba-Xaçmaz yolunda QƏZA: Xəsarət alanlar var - FOTO

TƏBİB-in səlahiyyətləri ARTIRILDI

TƏBİB-in səlahiyyətləri ARTIRILDI

1-ci liqada 19-cu tura YEKUN VURULDU

1-ci liqada 19-cu tura YEKUN VURULDU

İTSDA-nın icbari tibbi sığorta sahəsindəki səlahiyyətləri ləğv olundu - Yeni agentlik yaradıldı

İTSDA-nın icbari tibbi sığorta sahəsindəki səlahiyyətləri ləğv olundu - Yeni agentlik yaradıldı

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinlərinin sayı ARTIRILDI

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinlərinin sayı ARTIRILDI

MDB çərçivəsində dövlətlərarası axtarış müqaviləsinə dəyişiklik protokolu təsdiqlənib - FƏRMAN

MDB çərçivəsində dövlətlərarası axtarış müqaviləsinə dəyişiklik protokolu təsdiqlənib - FƏRMAN

"Komedixana"nın aktyoru borca düşdü, mağazası bağlandı

"Komedixana"nın aktyoru borca düşdü, mağazası bağlandı

Azərbaycanda xəstəxana direktoru işdən ÇIXARILDI

Azərbaycanda xəstəxana direktoru işdən ÇIXARILDI

Bu marşrutda gedişhaqqı 60 qəpik oldu

Bu marşrutda gedişhaqqı 60 qəpik oldu

300-ə yaxın vətəndaşın kart məlumatlarını ələ keçirənlər belə İFŞA OLUNDU – VİDEO

300-ə yaxın vətəndaşın kart məlumatlarını ələ keçirənlər belə İFŞA OLUNDU – VİDEO

Paşinyan Annadan geyiminə görə AYRILIB? - ŞOK FOTO

Paşinyan Annadan geyiminə görə AYRILIB? - ŞOK FOTO

Əli Əsədov Gürcüstan səfirliyində başsağlığı verdi

Əli Əsədov Gürcüstan səfirliyində başsağlığı verdi

Xaricdən məhsul sifariş edənlərin NƏZƏRİNƏ – Martın 20-dən 30-dək...

Xaricdən məhsul sifariş edənlərin NƏZƏRİNƏ – Martın 20-dən 30-dək...

Azərbaycanlı müğənni adını "DƏYİŞDİRDİ"

Azərbaycanlı müğənni adını "DƏYİŞDİRDİ"

End of content

No more pages to load

RADİO