İlham Əliyev Əbu-Dabidə BƏƏ Prezidenti ilə görüşdü – FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın dəvəti ilə bu ölkədə səfərdədir.

Bizim.Media xəbər verir ki, dekabrın 17-də Əbu-Dabidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşü olub.

Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Əbu-Dabidə keçirilən “Gələcəyin oyunları 2025” adlı illik qlobal idman turnirinin açılış mərasimində iştirak etdiyinə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

Prezident İlham Əliyev də öz növbəsində dəvətə görə təşəkkür edib və bu tədbirin Birləşmiş Ərəb Əmirliklərində yüksək səviyyədə təşkil olunması münasibətilə təbriklərini çatdırıb.

Söhbət zamanı strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-BƏƏ ikitərəfli əlaqələrinin bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi, enerji, həmçinin bərpaolunan enerji, mədəni, humanitar və digər istiqamətlərdə uğurla inkişaf etdiyi vurğulanıb.

Dövlətimizin başçısının BƏƏ-yə, BƏƏ Prezidentinin isə Azərbaycana səfərləri məmnunluqla xatırlanaraq, bütün bunların və müxtəlif səviyyələrdə həyata keçirilən digər qarşılıqlı səfərlərin münasibətlərimizin inkişafında roluna toxunulub.

Görüşdə Azərbaycan və BƏƏ prezidentləri əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıblar.

Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan “Gələcəyin oyunları 2025” adlı illik qlobal idman turnirinin açılış mərasimində iştirak ediblər.

Qeyd edək ki, “Gələcəyin Oyunları” hər il təşkil olunması nəzərdə tutulan qlobal idman turniridir. Turnir iki mərhələdə həyata keçirilir. İlk mərhələdə idmançılar fiziki idman növləri üzrə yarışırlar. İkinci mərhələdə isə idmançıların rəqəmsal oyunlar üzrə bacarıqları sınaqdan keçirilir. “Növbəti nəsil insanlar. Gələcəyini oyna” devizi altında təşkil olunan turnirdə müxtəlif ölkələrdən idmançılar ümumilikdə 11 idman növü üzrə yarışacaqlar. Ötən il BƏƏ 9 iddiaçı namizəd arasında qalib gələrək, 2025-ci ildə keçiriləcək “Gələcəyin Oyunları” turnirinə ev sahibliyi etmək hüququ qazanıb.

Daha sonra Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə nahar verilib.























Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Məktəblərdə ilkin tibbi yardım dərslərin tədrisi HANSI VƏZİYYƏTDƏDİR?

Məktəblərdə ilkin tibbi yardım dərslərin tədrisi HANSI VƏZİYYƏTDƏDİR?

MEDİA-nın Müşahidə Şurasının iclası keçirildi: Xüsusi medallar təqdim olundu – FOTO

MEDİA-nın Müşahidə Şurasının iclası keçirildi: Xüsusi medallar təqdim olundu – FOTO

Soçi şəhərində Ukrayna tərəfində döyüşmək istəyən ata və qızı belə saxlanıldı – ANBAAN VİDEO

Soçi şəhərində Ukrayna tərəfində döyüşmək istəyən ata və qızı belə saxlanıldı – ANBAAN VİDEO

DİN-dən ƏMƏLİYYAT: Mütəşəkkil dəstə üzvləri tutuldu – FOTO/VİDEO

DİN-dən ƏMƏLİYYAT: Mütəşəkkil dəstə üzvləri tutuldu – FOTO/VİDEO

Zaxarova Lukaşenkonun sözlərini TƏKRARLADI: "Rusiya yatan ayıdır"

Zaxarova Lukaşenkonun sözlərini TƏKRARLADI: "Rusiya yatan ayıdır"

Röya Ayxan: “Kaş ki, Hüseyni tək qoymazdım” - VİDEO

Röya Ayxan: “Kaş ki, Hüseyni tək qoymazdım” - VİDEO

Gürcüstan sərhədçiləri Ermənistandan gələn 4 xarici vətəndaşı saxladı - VİDEO

Gürcüstan sərhədçiləri Ermənistandan gələn 4 xarici vətəndaşı saxladı - VİDEO

Xarici təhdidlərə ORTAQ CAVAB – Azərbaycan-Türkiyə hərbi əməkdaşlığında YENİ MƏRHƏLƏ

Xarici təhdidlərə ORTAQ CAVAB – Azərbaycan-Türkiyə hərbi əməkdaşlığında YENİ MƏRHƏLƏ

Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi - FOTO

Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi - FOTO

Tramp yalnız bir münaqişəyə töhfə verib - “Deutsche Welle”

Tramp yalnız bir münaqişəyə töhfə verib - “Deutsche Welle”

Prezident Əbu-Dabidə belə qarşılandı – VİDEO

Prezident Əbu-Dabidə belə qarşılandı – VİDEO

Azərbaycandan Hindistana ixrac olunan neftin HƏCMİ AÇIQLANDI

Azərbaycandan Hindistana ixrac olunan neftin HƏCMİ AÇIQLANDI

Putinin iştirak edəcəyi tədbirdə nələr qadağandır? - SİYAHI

Putinin iştirak edəcəyi tədbirdə nələr qadağandır? - SİYAHI

İrakli Kobaxidze Azərbaycanı “Gürcüstanın xüsusi dostu” ADLANDIRDI

İrakli Kobaxidze Azərbaycanı “Gürcüstanın xüsusi dostu” ADLANDIRDI

Gözəllik uğrunda TƏHLÜKƏ– Lazer epilyasiya aparatlarına necə nəzarət olunur?

Gözəllik uğrunda TƏHLÜKƏ– Lazer epilyasiya aparatlarına necə nəzarət olunur?

Nadir Hüseynov vəfat etdi

Nadir Hüseynov vəfat etdi

“Sabah” Çempionlar Liqasında mübarizəni DAYANDIRDI

“Sabah” Çempionlar Liqasında mübarizəni DAYANDIRDI

Ermənistanda II Qareginin istefası tələbi ilə imza toplanır – QARŞIDURMA BÖYÜYÜR

Ermənistanda II Qareginin istefası tələbi ilə imza toplanır – QARŞIDURMA BÖYÜYÜR

Mərkəzi Bank 3 vəzifəli şəxsi cərimələdi – SƏBƏB

Mərkəzi Bank 3 vəzifəli şəxsi cərimələdi – SƏBƏB

“Saatlardır Biləsuvar gömrük postunda qalmışıq, səbəbini bilmirik” – VİDEO

“Saatlardır Biləsuvar gömrük postunda qalmışıq, səbəbini bilmirik” – VİDEO

Hande Erçel Londonda 8 milyonluq ev aldı

Hande Erçel Londonda 8 milyonluq ev aldı

Qırmızı Ürəklər Fondu “Bayram Səbəti” xeyriyyə aksiyasına start verir

Qırmızı Ürəklər Fondu “Bayram Səbəti” xeyriyyə aksiyasına start verir

Rusiya təhdidi fonunda yenidən Avropa ümidi – Gürcüstanın strateji DİLEMMASI

Rusiya təhdidi fonunda yenidən Avropa ümidi – Gürcüstanın strateji DİLEMMASI

Yaşa görə aylıq sosial müavinət alanların SAYI

Yaşa görə aylıq sosial müavinət alanların SAYI

End of content

No more pages to load

RADİO