Prezident xanımı və qızı ilə birgə Heydər Əliyevin məzarını ziyarət etdi - FOTO/VİDEO

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatından 22 il ötür.

Bizim.Media xəbər verir ki, dekabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət ediblər.

Prezident İlham Əliyev Ulu Öndərin məzarı önünə əklil qoyub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Dövlət başçısı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini ehtiramla andılar, məzarı üzərinə gül dəstələri qoyublar.

Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üstünə gül dəstələri düzülüb.

x x x

Azərbaycanın dövlətçilik tarixində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xidmətləri bütöv bir epoxanı özündə ehtiva edir. Onun dahiyanə siyasi uzaqgörənliyi, dövlət quruculuğu sahəsində atdığı addımlar, müstəqil Azərbaycanın inkişaf strategiyasının əsasını təşkil edən qərarları xalqımızın yaddaşında silinməz iz buraxıb. Ulu Öndərin hakimiyyəti illərində ölkəmizin sabitliyə qovuşması, iqtisadiyyatın dirçəldilməsi, ordu quruculuğunun möhkəmləndirilməsi Azərbaycanın gələcək yüksəlişini təmin edən əsas dayaqlara çevrildi.

Xalqımız ağır və taleyüklü dönəmlərdə Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyasını dərin minnətdarlıqla xatırlayır.
 

Məhz onun rəhbərliyi illərində Azərbaycan qarşılaşdığı təhlükələrdən xilas oldu, milli özünüdərk gücləndi, müstəqilliyimizin əbədiliyi üçün möhkəm təməllər qoyuldu. Hər il dekabrın 12-də və mayın 10-da minlərlə insanın Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət etməsi xalqın dahi övladının xatirəsinə əbədi ehtiramının və sədaqətinin bariz ifadəsidir.


Ulu Öndər Heydər Əliyevin ən böyük arzularından biri Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, Qarabağın azad edilməsi idi. Onun bu arzusu illər sonra öz layiqli davamçısı tərəfindən həyata keçirildi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyi və əzmkarlığı nəticəsində Ordumuz tarixi Zəfər qazandı, ölkəmizin ərazi bütövlüyü, suverenliyi bərpa olundu, üçrəngli bayrağımız işğaldan azad edilmiş şəhər və kəndlərimizdə ucaldıldı.

Bu gün Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri Azərbaycanın gücünü, həmçinin gələcəyə olan inamını əks etdirir. Azad olunan torpaqlarda yeni həyatın başlanması Ümummilli Lider Heydər Əliyevin dövlətçilik ideyalarının davamlılığının və uğurla həyata keçirilməsinin göstəricisidir.

Ulu Öndərin müəyyənləşdirdiyi inkişaf yolu bu gün də ölkəmizin siyasi və iqtisadi tərəqqisinin əsasını təşkil edir.

Prezident İlham Əliyevin apardığı siyasət Azərbaycanın beynəlxalq arenada nüfuzunu artırıb, ölkəmizi bölgədə mühüm tərəfdaş və güclü dövlətə çevirib. Dövlətimizin milli maraqlarının qətiyyətlə müdafiə olunması, təhlükəsizlik və inkişaf strategiyasının ardıcıl şəkildə davam etdirilməsi dahi Heydər Əliyev idealarının yaşayaraq inkişaf etdiyini göstərir.

Qəti şəkildə demək olar ki, Azərbaycan xalqı Ümummilli Lider Heydər Əliyevin ideyalarına daim sadiq olacaq, onun müəyyənləşdirdiyi inkişaf yolu ölkəmizi daha böyük uğurlara doğru aparmaqda davam edəcək.






























Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kim sakitcə gözləyir və kim dərhal partlayır: Bürclərin reytinqi

Kim sakitcə gözləyir və kim dərhal partlayır: Bürclərin reytinqi

Dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan qurumların əməkhaqqı sistemi TƏKMİLLƏŞDİRİLDİ

Dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan qurumların əməkhaqqı sistemi TƏKMİLLƏŞDİRİLDİ

Beynəlxalq axtarışda olan şəxs Ukraynadan ölkəmizə ekstradisiya edilir

Beynəlxalq axtarışda olan şəxs Ukraynadan ölkəmizə ekstradisiya edilir

Çempionlar Liqasında həftənin oyunçusu BƏLLİ OLDU

Çempionlar Liqasında həftənin oyunçusu BƏLLİ OLDU

Nazirlərin maaşı ARTIRILDI - SİYAHI

Nazirlərin maaşı ARTIRILDI - SİYAHI

Bakının bəzi yollarında SIXLIQ VAR

Bakının bəzi yollarında SIXLIQ VAR

Prezidentdən "ASAN xidmət"dəki digər dövlət orqanları işçiləri ilə bağlı FƏRMAN

Prezidentdən "ASAN xidmət"dəki digər dövlət orqanları işçiləri ilə bağlı FƏRMAN

Dövlət qulluqçularının maaşlarının baza hissəsi ARTIRILDI

Dövlət qulluqçularının maaşlarının baza hissəsi ARTIRILDI

Xırdalanda ağır QƏZA: Motosiklet yük maşınına çırpılıb, ölən var

Xırdalanda ağır QƏZA: Motosiklet yük maşınına çırpılıb, ölən var

Reabilitasiya müəssisələri Sosial Xidmətlər Agentliyinin tabeliyinə veriləcək

Reabilitasiya müəssisələri Sosial Xidmətlər Agentliyinin tabeliyinə veriləcək

Quba-Xaçmaz yolunda QƏZA: Xəsarət alanlar var - FOTO

Quba-Xaçmaz yolunda QƏZA: Xəsarət alanlar var - FOTO

TƏBİB-in səlahiyyətləri ARTIRILDI

TƏBİB-in səlahiyyətləri ARTIRILDI

1-ci liqada 19-cu tura YEKUN VURULDU

1-ci liqada 19-cu tura YEKUN VURULDU

İTSDA-nın icbari tibbi sığorta sahəsindəki səlahiyyətləri ləğv olundu - Yeni agentlik yaradıldı

İTSDA-nın icbari tibbi sığorta sahəsindəki səlahiyyətləri ləğv olundu - Yeni agentlik yaradıldı

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinlərinin sayı ARTIRILDI

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinlərinin sayı ARTIRILDI

MDB çərçivəsində dövlətlərarası axtarış müqaviləsinə dəyişiklik protokolu təsdiqlənib - FƏRMAN

MDB çərçivəsində dövlətlərarası axtarış müqaviləsinə dəyişiklik protokolu təsdiqlənib - FƏRMAN

"Komedixana"nın aktyoru borca düşdü, mağazası bağlandı

"Komedixana"nın aktyoru borca düşdü, mağazası bağlandı

Azərbaycanda xəstəxana direktoru işdən ÇIXARILDI

Azərbaycanda xəstəxana direktoru işdən ÇIXARILDI

Bu marşrutda gedişhaqqı 60 qəpik oldu

Bu marşrutda gedişhaqqı 60 qəpik oldu

300-ə yaxın vətəndaşın kart məlumatlarını ələ keçirənlər belə İFŞA OLUNDU – VİDEO

300-ə yaxın vətəndaşın kart məlumatlarını ələ keçirənlər belə İFŞA OLUNDU – VİDEO

Paşinyan Annadan geyiminə görə AYRILIB? - ŞOK FOTO

Paşinyan Annadan geyiminə görə AYRILIB? - ŞOK FOTO

Əli Əsədov Gürcüstan səfirliyində başsağlığı verdi

Əli Əsədov Gürcüstan səfirliyində başsağlığı verdi

Xaricdən məhsul sifariş edənlərin NƏZƏRİNƏ – Martın 20-dən 30-dək...

Xaricdən məhsul sifariş edənlərin NƏZƏRİNƏ – Martın 20-dən 30-dək...

Azərbaycanlı müğənni adını "DƏYİŞDİRDİ"

Azərbaycanlı müğənni adını "DƏYİŞDİRDİ"

End of content

No more pages to load

RADİO