Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Bakıda Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinlə görüşü olub.
Bizim.Media xəbər verir ki, bu barədə Prezidentin köməkçisi rəsmi "X" hesabında məlumat paylaşıb.
Bildirilib ki, görüş zamanı ikitərəfli, regional və beynəlxalq məsələlər üzrə fikir mübadiləsi aparılıb.

Bizim.Media