Leyla Əliyeva Türkmənistanda beynəlxalq konfransda iştirak etdi - FOTO

Dekabrın 10-da Türkmənistanın Türkmənbaşı şəhərindəki “Avaza” Milli Turizm Zonasında “Müasir cəmiyyətdə qadınların rolu: Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq əməkdaşlığın inkişafı” mövzusunda beynəlxalq konfrans keçirilib.

Bizim.Media xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva konfransda iştirak edib.
 

MÖVZU İLƏ BAĞLI:

Leyla Əliyeva Türkmənistanda xeyriyyə fondunun filialının açılış MƏRASİMİNDƏ - FOTO


Qonaqlar əvvəlcə Türkmənistanın zəngin mədəni irsini və bugünkü uğurlarını nümayiş etdirən sərgi ilə tanış olublar.

Ekspozisiyada ölkənin müxtəlif sahələrdə uğurlarını əyani təqdim edən, qadınların dövlət quruculuğu, iqtisadiyyat, elm, təhsil və səhiyyədə fəal iştirakını göstərən stendlər də yer alıb.

Konfrans qadınların rolunun gücləndirilməsi və davamlı inkişafın qlobal gündəminin təbliği sahəsində mühüm təşəbbüslərin müzakirəsi üçün beynəlxalq təşkilatların nümayəndələrini və ekspertləri bir araya gətirib.

Tədbirin açılışında çıxış edən Qurbanqulu Berdiməhəmmədov adına Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə xeyriyyə Fondunun tibb sahəsi üzrə vitse-prezidenti Oğulcahan Atabayeva konfransın fəal və konstruktiv dialoq şəraitində keçəcəyinə əminliyini ifadə edib.

O, təşkil olunan konfransın humanizmə sadiqlik ideyasına əsaslanan təşəbbüslərin təşviqi baxımından səmərəli platforma olacağını bildirib.

“Övladlarımıza həyat dəyərlərini öyrədən, sülh və hörmət mədəniyyətini aşılayan qadınlardır. Onların dəstəyi humanist cəmiyyət üçün əsasdır. Hərtərəfli yardımın təmin edilməsi üçün qadın və uşaqlara dəstək mərkəzlərinin beynəlxalq şəbəkəsinin yaradılması zəruridir. Uşaqlara tibbi və psixoloji yardım, qadınlara sosial və hüquqi dəstək, operativ humanitar yardım, mobil tibbi qrupların formalaşdırılması mühüm məsələlərdəndir”, - deyə Oğulcahan Atabayeva vurğulayıb.

O, həmçinin qadınların sosial, siyasi və iqtisadi proseslərdə fəal iştirakının əhəmiyyətindən danışıb.

BMT-nin Cenevrə ofisinin baş direktoru Tatyana Valovaya bu il üç mühüm tarixin – Birləşmiş Millətlər Təşkilatının 80, Pekin Bəyannaməsinin 30 və Türkmənistanın daimi neytrallıq statusunun beynəlxalq səviyyədə tanınmasının 30 illik yubileylərinin qeyd edildiyini bildirib.


“Türkmənistanın neytrallıq statusu ölkənin dialoq, vasitəçilik və əməkdaşlığın inkişafına istiqamətlənmiş xarici siyasətinin əsasını təşkil edir. Türkmənistanda qadınlar bu proseslərdə mühüm rol oynayırlar. Onlar ölkəni BMT-də və digər beynəlxalq təşkilatlarda təmsil edir, danışıqlara qatılır və çoxtərəfli dialoqun genişlənməsinə töhfə verirlər. Qadınlar, eyni zamanda, parlamentdə təhsil, elm, mədəniyyət, gənclər siyasəti, sosial müdafiə və səhiyyə məsələlərində fəal iştirak edirlər”, - deyə baş direktor diqqətə çatdırıb.

Özbəkistan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Saida Mirziyoyeva ölkələrində qadın hüquqlarının müdafiə edildiyini diqqətə çatdıraraq deyib ki, qızlar və qadınlar üçün pulsuz magistr proqramları, dünyanın aparıcı universitetlərində təhsil almaq üçün təqaüdlər təsis olunub. Hazırda xaricdə dövlət vəsaiti ilə təhsil alan tələbələrin 35 faizi qadınlardır. Biz, həmçinin qadın sahibkarlar üçün keyfiyyətli maliyyələşdirmə, mentorluq və dünya təcrübəsinə çıxış imkanı verən unikal sürətləndirici proqram yaratmışıq”, - deyə o bildirib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva çıxışında qeyd edib ki, qadınların liderliyi, biliyi və təcrübəsi cəmiyyətin davamlı inkişafı üçün həlledici əhəmiyyətə malikdir.

Leyla Əliyeva Heydər Əliyev Fondunun fəaliyyəti, o cümlədən beynəlxalq layihələri barədə məlumat verib.

“Fond bir sıra ölkələrdə, eləcə də Çin, Gürcüstan, Misir, Rusiya, Rumıniya, Vyetnam və Niderlandda məktəblərin tikintisi və yenidən qurulması layihələri həyata keçirib. Pakistanda qızlar məktəbi və məktəb infrastrukturunun yenidən qurulması, eləcə də Keniya və Ruandada informasiya texnologiyaları avadanlığının təchizatı üzrə proqramlar icra edilib”. O, həmçinin Burkina-Faso, Mali, Niger və Hondurasdakı layihələrlə qızların təhsilinə və inkişafına dəstək göstərildiyini vurğulayıb. Qadınların müasir cəmiyyətdə xüsusi yer tutmalarından məmnunluğunu ifadə edən Fondun vitse-prezidenti onların ailə dəyərlərini və mədəni ənənələrin qoruyucusu olduqlarını deyib.
 

Leyla Əliyeva Heydər Əliyev Fondunun fəaliyyətinin elm, təhsil, səhiyyə, mədəniyyət və ekologiya kimi vacib sahələri əhatə etdiyini, ötən dövr ərzində bu istiqamətlərdə yerli və beynəlxalq layihələrin həyata keçirildiyini söyləyib.


O, çıxışı zamanı ortaq dəyər olan Xəzər dənizinin səviyyəsinin əhəmiyyətli dərəcədə azalması probleminə də toxunaraq deyib:

“Xəzərin səviyyəsinin azalması nərə balığı, qızıl balıq və suitilər kimi dəniz canlılarının həyatına ciddi təsir göstərir. Xəzər sularının çirklənməsi onların vəziyyətini ağırlaşdırmaqda davam edir. Bu, birlikdə mübarizə aparmalı olduğumuz qlobal problemdir və mən dənizimizi xilas edə biləcəyimizə inanıram”.
 

Digər çıxışçılar qadınların cəmiyyətdəki rolundan danışaraq, onların mədəni dəyərlərin, adət-ənənələrin və əxlaq qaydalarının əsas daşıyıcısı və qoruyucusu olduqlarını bildiriblər. Davamlı inkişafa nail olmaq üçün qadın potensialının siyasi və iqtisadi həyata maksimum cəlb edilməsinin vacibliyini vurğulayan çıxışçılar belə konfransların çoxtərəfli dialoq üçün mühüm platforma olduğunu diqqətə çatdırıblar.


Qadınların potensialının tam reallaşmasına mane olan problemlərin aradan qaldırılması üçün dövlət qurumları, vətəndaş cəmiyyəti və beynəlxalq təşkilatlar arasında tərəfdaşlığın möhkəmləndirilməsi zəruriliyi qeyd olunub.

Konfrans işini panel iclaslarla davam etdirib.












































Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

BİZİM TƏQVİM:18 dekabrda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:18 dekabrda baş vermiş tarixi hadisələr

Premyer Liqa nəhəngləri Bundesliqanın gənc oyunçusuna GÖZ DİKDİ

Premyer Liqa nəhəngləri Bundesliqanın gənc oyunçusuna GÖZ DİKDİ

DİN şagirdlərə satılan o məhsulu araşdırır - AÇIQLAMA

DİN şagirdlərə satılan o məhsulu araşdırır - AÇIQLAMA

İşğaldan azad olunmuş bölgələrə köçürülən sakinlərin məşğulluq məsələləri MÜZAKİRƏ EDİLDİ - FOTO

İşğaldan azad olunmuş bölgələrə köçürülən sakinlərin məşğulluq məsələləri MÜZAKİRƏ EDİLDİ - FOTO

"İnter Mayami" Suaresin müqaviləsini UZATDI

"İnter Mayami" Suaresin müqaviləsini UZATDI

Şəkər dişlərə hansı təsiri göstərir?

Şəkər dişlərə hansı təsiri göstərir?

PSJ Qitələrarası Kuboku QAZANDI

PSJ Qitələrarası Kuboku QAZANDI

Bahar şəxsi həyatından DANIŞDI: “Qəlbim doludur, amma onu yanımda istəmirəm” - VİDEO

Bahar şəxsi həyatından DANIŞDI: “Qəlbim doludur, amma onu yanımda istəmirəm” - VİDEO

Brüsseldə Aİ-Qərbi Balkan Sammiti KEÇİRİLİR

Brüsseldə Aİ-Qərbi Balkan Sammiti KEÇİRİLİR

Mirmahmud Mirəlioğlunun 18 yaşlı nəvəsi ürəktutmasından VƏFAT EDİB

Mirmahmud Mirəlioğlunun 18 yaşlı nəvəsi ürəktutmasından VƏFAT EDİB

"Real"ın futbolçusu son anda heyətdən ÇIXARILDI

"Real"ın futbolçusu son anda heyətdən ÇIXARILDI

ADNSU-nun əməkdaşlarına bayrama görə yüksək məbləğdə mükafat verildi

ADNSU-nun əməkdaşlarına bayrama görə yüksək məbləğdə mükafat verildi

Taker Karlson: “ABŞ bu gecə Venesuelaya müharibə elan edə bilər” - VİDEO

Taker Karlson: “ABŞ bu gecə Venesuelaya müharibə elan edə bilər” - VİDEO

Aysun özünə yeni ev aldı - VİDEO

Aysun özünə yeni ev aldı - VİDEO

İsrail XİN Norveçdəki səfirliyin bağlanması imkanını nəzərdən keçirir

İsrail XİN Norveçdəki səfirliyin bağlanması imkanını nəzərdən keçirir

Bayram axşamı içki içənlərə PİS XƏBƏR

Bayram axşamı içki içənlərə PİS XƏBƏR

Messi Hindistandan milyon dollarlıq hədiyyə ilə qayıtdı - FOTO

Messi Hindistandan milyon dollarlıq hədiyyə ilə qayıtdı - FOTO

Sabah Culfada İŞIQ OLMAYACAQ

Sabah Culfada İŞIQ OLMAYACAQ

Ukrayna müflis olur - KİV

Ukrayna müflis olur - KİV

Ağstafada üç uşağını döydüyü iddia edilən ata SAXLANILDI

Ağstafada üç uşağını döydüyü iddia edilən ata SAXLANILDI

“Ruhi xəstəxanada 2 ay yatdım” - VİDEO

“Ruhi xəstəxanada 2 ay yatdım” - VİDEO

Kobaxidze: “Aİ Moldova və Ermənistandan Gürcüstandan tələb etdiklərini tələb etmir”

Kobaxidze: “Aİ Moldova və Ermənistandan Gürcüstandan tələb etdiklərini tələb etmir”

SON DƏQİQƏ: Ağdamda traktorçu minaya düşdü

SON DƏQİQƏ: Ağdamda traktorçu minaya düşdü

Meydanda ən çox vaxt keçirən futbolçular KİMLƏRDİR?

Meydanda ən çox vaxt keçirən futbolçular KİMLƏRDİR?

End of content

No more pages to load

RADİO