Azərbaycanlı səfirdən Paşinyana ermənicə müraciət etməsi ilə bağlı AÇIQLAMA – FOTO

Xəbər verdiyimiz kimi, Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev Berlində keçirilən panel müzakirəsində Ermənistanın Baş naziri Nikol Paşinyana erməni dilində “Almaniyaya xoş gəlmisiniz” deyə müraciət edərək Azərbaycan-Ermənistan münasibətlərinin hazırkı dövrünü “ən dinc və sabit dövr” adlandırıb.
 

MÖVZU İLƏ BAĞLI: 

Azərbaycan səfiri Paşinyanı erməni dilində salamladı - VİDEO


Bizim.Media xəbər verir ki, səfir özünün Facebook səhifəsində həmin hadisəyə münasibət bildirib.

O, dünən Berlində DGAP təşkilatında Ermənistan baş naziri N.Paşinyanın iştirakı ilə keçirilən tədbirə qatıldığını təsdiq edib:

“Çıxışlardan sonra mənə söz verildi. Regionda baş verən sülh və transformasiyadan, Azərbaycanın sülh gündəliyinin təşəbbüskarı olmasından danışdım.
 

Həmçinin Vaşinqtonda əldə olunmuş razılaşmalara tam şəkildə əməl olunmasının, xüsusilə TRİPP marşrutunun açılmasının və Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqənin yaradılmasının vacibliyini qeyd etdim.


Sülh sazişinin imzalanması üçün Ermənistan konstitusiyasına müvafiq dəyişikliklərin edilməsinin zəruriliyini diqqətə çatdırdım”.

Səfir sülhün rəmzi və təzahürü olaraq, Ermənistan baş nazirini ermənicə salamladığını qeyd edib:

“Erməni səfirlərinə də müraciət edərək onları Azərbaycan dilində kəlimələr öyrənməyə və azərbaycanlılarla rastlaşarkən bu kəlimələrdən istifadə etməyə çağırıram. Davamlı sülh və barışıq həm də bir-birinin dilinə və mədəniyyətinə hörməti özündə ehtiva edir.

Öz ərazi bütövlüyünü və suverenliyini, eləcə də tarixi ədaləti tam şəkildə bərpa etmiş Azərbaycan yüksək mənəvi dəyərlərə sahib sülhpərvər dövlət olduğunu hər gün bir daha bütün dünyaya sübut edir və bundan sonra da edəcək”.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakı–Ələt yolunda KamAZ aşdı, uzun tıxac yarandı - VİDEO

Bakı–Ələt yolunda KamAZ aşdı, uzun tıxac yarandı - VİDEO

Sabunçuda evlərdən 25 min manatlıq oğurluq edən şəxs ƏLƏ KEÇDİ - VİDEO

Sabunçuda evlərdən 25 min manatlıq oğurluq edən şəxs ƏLƏ KEÇDİ - VİDEO

BƏƏ İrandan atılan 7 ballistik raket və 15 PUA zərərsizləşdirib

BƏƏ İrandan atılan 7 ballistik raket və 15 PUA zərərsizləşdirib

“Anderlext” bu futbolçu üçün “Qalatasaray”la danışıqlara BAŞLADI

“Anderlext” bu futbolçu üçün “Qalatasaray”la danışıqlara BAŞLADI

Hacıqabulda avtomobil aşıb, xəsarət alanlar var - FOTO/VİDEO

Hacıqabulda avtomobil aşıb, xəsarət alanlar var - FOTO/VİDEO

Gəncədə iki piyada xəstəxanalıq oldu

Gəncədə iki piyada xəstəxanalıq oldu

İranda “Qüds” qüvvələrinin liderlərindən biri ÖLDÜRÜLDÜ - FOTO

İranda “Qüds” qüvvələrinin liderlərindən biri ÖLDÜRÜLDÜ - FOTO

İdxal olunan yay meyvələrində virus AŞKARLANDI

İdxal olunan yay meyvələrində virus AŞKARLANDI

ÇL-də həftənin komandasında kimlər var?

ÇL-də həftənin komandasında kimlər var?

Kim sakitcə gözləyir və kim dərhal partlayır: Bürclərin reytinqi

Kim sakitcə gözləyir və kim dərhal partlayır: Bürclərin reytinqi

Beynəlxalq axtarışda olan şəxs Ukraynadan ölkəmizə ekstradisiya edilir

Beynəlxalq axtarışda olan şəxs Ukraynadan ölkəmizə ekstradisiya edilir

Çempionlar Liqasında həftənin oyunçusu BƏLLİ OLDU

Çempionlar Liqasında həftənin oyunçusu BƏLLİ OLDU

Bakının bəzi yollarında SIXLIQ VAR

Bakının bəzi yollarında SIXLIQ VAR

Prezident Fərman imzaladı

Prezident Fərman imzaladı

Xırdalanda ağır QƏZA: Motosiklet yük maşınına çırpılıb, ölən var

Xırdalanda ağır QƏZA: Motosiklet yük maşınına çırpılıb, ölən var

Reabilitasiya müəssisələri Sosial Xidmətlər Agentliyinin tabeliyinə veriləcək

Reabilitasiya müəssisələri Sosial Xidmətlər Agentliyinin tabeliyinə veriləcək

Quba-Xaçmaz yolunda QƏZA: Xəsarət alanlar var - FOTO

Quba-Xaçmaz yolunda QƏZA: Xəsarət alanlar var - FOTO

TƏBİB-in səlahiyyətləri ARTIRILDI

TƏBİB-in səlahiyyətləri ARTIRILDI

1-ci liqada 19-cu tura YEKUN VURULDU

1-ci liqada 19-cu tura YEKUN VURULDU

İTSDA-nın icbari tibbi sığorta sahəsindəki səlahiyyətləri ləğv olundu - Yeni agentlik yaradıldı

İTSDA-nın icbari tibbi sığorta sahəsindəki səlahiyyətləri ləğv olundu - Yeni agentlik yaradıldı

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinlərinin sayı ARTIRILDI

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinlərinin sayı ARTIRILDI

MDB çərçivəsində dövlətlərarası axtarış müqaviləsinə dəyişiklik protokolu təsdiqlənib - FƏRMAN

MDB çərçivəsində dövlətlərarası axtarış müqaviləsinə dəyişiklik protokolu təsdiqlənib - FƏRMAN

"Komedixana"nın aktyoru borca düşdü, mağazası bağlandı

"Komedixana"nın aktyoru borca düşdü, mağazası bağlandı

Azərbaycanda xəstəxana direktoru işdən ÇIXARILDI

Azərbaycanda xəstəxana direktoru işdən ÇIXARILDI

End of content

No more pages to load

RADİO