30 illik neytrallığın DİVİDENDLƏRİ – Türkmənistan MODELİ

Türkmənistan öz neytrallığının 30-cu ildönümünü qeyd etməyə hazırlaşır. Artıq bir müddətdir Aşqabadda bu günü xüsusi təntənə ilə qeyd etmək üçün gərgin iş aparılır.

Şəhərin müxtəlif hissələrində briqadalar paytaxtı bu özəl günə hazırlayır. Konfrans və iclas zallarında isə rəsmilər keçirilən protokol tədbirlərinin qüsursuz icrası üçün ciddi çalışma içindədirlər.

Dekabrın 4-dən etibarən mən də bu prosesin canlı müşahidəçisiyəm.

Türkmənistan üçün neytrallıq nədir?
 

Türkmənistan üçün neytrallıq sadəcə xarici siyasət kursu deyil, ümumilikdə xalqın milli kimliyindən irəli gələn fəlsəfi bir anlayışdır. Türkmənistanın neytrallığının əsası 1995-ci ildə, müstəqilliyin ən kövrək dövründə qoyulub.
 

SSRİ-nin dağılmasından sonra müstəqillik əldə edən ölkələr kifayət qədər həssas vəziyyətdə idi və bu yeni dövlətlər mövcudluğunu müxtəlif vasitələrlə təmin etməyə çalışırdı. Türkmənistanın yerləşdiyi coğrafi mövqe və qonşuluğunda baş verən geosiyasi proseslər yeni müstəqillik əldə edən ölkəni ciddi risklərlə üz-üzə qoyurdu.


Otuz il keçdikdən sonra ötən dövrə baxdıqda aydın görünür ki, məhz o zaman neytrallıq statusunun elan edilməsi ölkənin mövcudiyyətinin əsas təminatçısı olub.

30 il ərzində Türkmənistan ordusunun əsas funksiyası ölkənin müstəqilliyinin və ərazi bütövlüyünün təmin edilməsindən ibarətdir. Rəsmi Aşqabad heç bir ölkəyə və hərbi bloka qarşı siyasət həyata keçirmir. Eyni zamanda yerləşdiyi həssas coğrafi mövqedə Türkmənistan regional və beynəlxalq əməkdaşlıqdan da  özünü təcrid etmir. Əksinə, neytrallıq Türkmənistana öz iqtisadi potensialını daha aktiv reallaşdırmaq üçün əlavə imkanlar yaradır. Ölkə enerji resurslarını daha çoxşaxəli şəkildə iqtisadi tərəfdaşları ilə bölüşə bilir və buna görə təzyiqlərlə üzləşmir və yaxud minimallaşdırır.

Azərbaycan-Türkmənistan münasibətləri yeni çağırışlar fonunda

Xəzərin hüquqi statusunun müəyyən edilməsindən sonra Azərbaycan–Türkmənistan münasibətləri də özünün yeni mərhələsinə qədəm qoydu. Xüsusilə də 2025-ci il bu əlaqələrə tamamilə yeni bir rəng qatdı.
 

Tarixən Oğuz türkləri hesab edilən azərbaycanlılar və türkmənlər bu gün Prezident İlham Əliyev və Türkmən xalqının Milli Lideri Qurbanqulu Berdiməhəmmədovun səyləri ilə öz köklərinə yenidən qayıtmış oldular. Türkmənistan tərəfindən Azərbaycanın işğaldan azad edilmiş Füzuli şəhərində məscid inşa edilməsi iki ölkə arasında münasibətlərin yalnız siyasi deyil, həm də dərin mənəvi əhəmiyyət kəsb etdiyini göstərir.


Aydın məsələdir ki, əlaqələrin siyasi və mənəvi dərinliyi iki ölkə arasında iqtisadi sahədə münasibətlərin genişləndirilməsi üçün də yeni perspektivlər açır.

Prezident İlham Əliyevin türkmənistanlı həmkarına, Azərbaycanın Mərkəzi Asiya birliyinə qoşulmaq təşəbbüsünə göstərilən dəstəyə görə ünvanladığı təşəkkür məktubunun ümumi tonundan da görünür ki, rəsmi Bakı Qafqaz regionunda yerləşsə də, Mərkəzi Asiya ilə ortaq tarix və mədəni əlaqələr əsasında formalaşan münasibətləri yeni formatda strateji müttəfiqlik səviyyəsinə yüksəltməkdə maraqlıdır. Bu kontekstdə rəsmi Aşqabadla əlaqələr xüsusi əhəmiyyət daşıyır.

Yeni iqtisadi şaxələnmə

Yaxın müddətdə iqtisadiyyat, nəqliyyat, enerji, təhlükəsizlik və humanitar sahələrdə yeni iki və çoxtərəfli layihələrin gündəmə gələcəyi gözlənilir. Xüsusilə Özbəkistan–Türkmənistan–Azərbaycan xətti üzrə yeni nəqliyyat dəhlizinin formalaşdırılması geniş şəkildə müzakirə olunur.
 

Eyni zamanda Türkmənistan və Özbəkistan arasında sərhədyanı ərazidə azad ticarət zonasının yaradılması ilə bağlı əldə edilən razılaşma Azərbaycan üçün də yeni imkanlar açır. Bu, Azərbaycan istehsalçılarına həmin ərazidə həm Türkmənistan, həm də Özbəkistanla daha rahat ticarət aparmaq imkanı verir ki, bu da ixracın genişlənməsi deməkdir. Tərəflər milli maraqlarını uzlaşdırmaqla birlikdə irəliləmək üçün unikal bir şans əldə edirlər.


Türkmənistan üçün Azərbaycan Avropaya, Azərbaycan üçün isə Türkmənistan Mərkəzi Asiyaya əsas çıxış qapısı hesab edilə bilər. Statistik göstəricilər də Azərbaycan–Türkmənistan əlaqələrinin böyük iqtisadi potensiala malik olduğunu təsdiqləyir. BMT-nin hesablamalarına görə Mərkəzi Asiya dünyanın ən gənc regionlarından biridir: burada əhalinin orta yaşı 28,7-dir.

Proqnozlara əsasən, regionda orta yaş 2040-cı ildə daha da azalaraq 28,3-ə düşəcək. Müqayisə üçün, Şimali Amerikada bu göstərici 41,5 yaş, Avropada 46,8 yaş, Çində isə 48 yaş olacaq. Bütün bunlar, Mərkəzi Asiyanın digər ölkələri kimi, Türkmənistanı da insan resursları baxımından digər regionlarla müqayisədə daha üstün edir.

Türkmənistanın pozitiv xarakter daşıyan neytrallığı və əhalinin gənc olması ölkəni Mərkəzi Asiyanın İsveçrəsi olmasına şərait yaradır. Əgər Avropada əsas neytral masa İsveçrədə, Yaxın Şərqdə Dubayda qurulursa, Mərkəzi Asiyada isə bu rol Türkmənistanın üzərinə düşə bilər.
 

Beləliklə, Mərkəzi Asiyanın artan iqtisadi potensialı fonunda rəsmi Aşqabad yeni bir mövqeyə yüksəlmək ərəfəsindədir. Əgər 30 il öncə neytrallığın başlıca məqsədi ölkənin müstəqilliyini qorumaq və möhkəmləndirmək idisə, yeni mərhələdə Türkmənistanın neytrallığı ona regionun iqtisadi dirçəlişindən əhəmiyyətli pay almağa imkan verəcək.


Ehtimal etmək olar ki, dövlətlərarası iqtisadi maraq toqquşmaları Türkmənistanda uzlaşdırıla biləcək. Qlobal geosiyasi proseslər fonunda görünən odur ki, rəsmi Aşqabad artıq Avropa ilə Asiya arasında sadəcə tranzit məntəqəsi deyil, özlüyündə regional aktor kimi çıxış etməyə hazırdır.

Aqil Məmmədov, politoloq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakı–Ələt yolunda KamAZ aşdı, uzun tıxac yarandı - VİDEO

Bakı–Ələt yolunda KamAZ aşdı, uzun tıxac yarandı - VİDEO

Sabunçuda evlərdən 25 min manatlıq oğurluq edən şəxs ƏLƏ KEÇDİ - VİDEO

Sabunçuda evlərdən 25 min manatlıq oğurluq edən şəxs ƏLƏ KEÇDİ - VİDEO

BƏƏ İrandan atılan 7 ballistik raket və 15 PUA zərərsizləşdirib

BƏƏ İrandan atılan 7 ballistik raket və 15 PUA zərərsizləşdirib

“Anderlext” bu futbolçu üçün “Qalatasaray”la danışıqlara BAŞLADI

“Anderlext” bu futbolçu üçün “Qalatasaray”la danışıqlara BAŞLADI

Hacıqabulda avtomobil aşıb, xəsarət alanlar var - FOTO/VİDEO

Hacıqabulda avtomobil aşıb, xəsarət alanlar var - FOTO/VİDEO

Gəncədə iki piyada xəstəxanalıq oldu

Gəncədə iki piyada xəstəxanalıq oldu

İranda “Qüds” qüvvələrinin liderlərindən biri ÖLDÜRÜLDÜ - FOTO

İranda “Qüds” qüvvələrinin liderlərindən biri ÖLDÜRÜLDÜ - FOTO

İdxal olunan yay meyvələrində virus AŞKARLANDI

İdxal olunan yay meyvələrində virus AŞKARLANDI

ÇL-də həftənin komandasında kimlər var?

ÇL-də həftənin komandasında kimlər var?

Kim sakitcə gözləyir və kim dərhal partlayır: Bürclərin reytinqi

Kim sakitcə gözləyir və kim dərhal partlayır: Bürclərin reytinqi

Beynəlxalq axtarışda olan şəxs Ukraynadan ölkəmizə ekstradisiya edilir

Beynəlxalq axtarışda olan şəxs Ukraynadan ölkəmizə ekstradisiya edilir

Çempionlar Liqasında həftənin oyunçusu BƏLLİ OLDU

Çempionlar Liqasında həftənin oyunçusu BƏLLİ OLDU

Bakının bəzi yollarında SIXLIQ VAR

Bakının bəzi yollarında SIXLIQ VAR

Prezident Fərman imzaladı

Prezident Fərman imzaladı

Xırdalanda ağır QƏZA: Motosiklet yük maşınına çırpılıb, ölən var

Xırdalanda ağır QƏZA: Motosiklet yük maşınına çırpılıb, ölən var

Reabilitasiya müəssisələri Sosial Xidmətlər Agentliyinin tabeliyinə veriləcək

Reabilitasiya müəssisələri Sosial Xidmətlər Agentliyinin tabeliyinə veriləcək

Quba-Xaçmaz yolunda QƏZA: Xəsarət alanlar var - FOTO

Quba-Xaçmaz yolunda QƏZA: Xəsarət alanlar var - FOTO

TƏBİB-in səlahiyyətləri ARTIRILDI

TƏBİB-in səlahiyyətləri ARTIRILDI

1-ci liqada 19-cu tura YEKUN VURULDU

1-ci liqada 19-cu tura YEKUN VURULDU

İTSDA-nın icbari tibbi sığorta sahəsindəki səlahiyyətləri ləğv olundu - Yeni agentlik yaradıldı

İTSDA-nın icbari tibbi sığorta sahəsindəki səlahiyyətləri ləğv olundu - Yeni agentlik yaradıldı

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinlərinin sayı ARTIRILDI

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinlərinin sayı ARTIRILDI

MDB çərçivəsində dövlətlərarası axtarış müqaviləsinə dəyişiklik protokolu təsdiqlənib - FƏRMAN

MDB çərçivəsində dövlətlərarası axtarış müqaviləsinə dəyişiklik protokolu təsdiqlənib - FƏRMAN

"Komedixana"nın aktyoru borca düşdü, mağazası bağlandı

"Komedixana"nın aktyoru borca düşdü, mağazası bağlandı

Azərbaycanda xəstəxana direktoru işdən ÇIXARILDI

Azərbaycanda xəstəxana direktoru işdən ÇIXARILDI

End of content

No more pages to load

RADİO