Azərbaycan beynəlxalq arenada etibarlı tərəfdaş kimi tanınır və rəğbətlə qarşılanır

Prezident İlham Əliyev Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə iştirak məqsədilə Özbəkistana səfərindən sonra, dekabrın 8-də Slovakiyaya rəsmi səfər etdi. NATO-nun və Avropa İttifaqının (Aİ) üzvü olan Slovakiya Mərkəzi Avropanın dinamik inkişaf edən sənaye iqtisadiyyatına sahibdir. Azərbaycan Prezidentinin Mərkəzi Asiyaya səfərinin ardınca Mərkəzi Avropa ölkəsinə rəsmi səfəri ölkəmizin Şərqlə Qərb arasında oynadığı birləşdirici körpü rolunun təsbiti baxımından da mühüm əhəmiyyət kəsb edir.

Slovakiya ilə bir çox sahələri əhatə edən əməkdaşlığın, ötən ildən isə strateji tərəfdaşlıq münasibətlərinin qurulmasına baxmayaraq, bu səfər Azərbaycan Prezidentinin Bratislavaya ilk rəsmi səfəridir.
 

Bir ay əvvəl Slovakiya Baş nazirinin müavini və Müdafiə naziri Robert Kalinakın Zəfər paradında iştirakı dövlətlərarası münasibətlərimizin strateji səviyyəyə yüksəldiyinin əyani təsdiqidir.


Slovakiya şirkətlərinin Ağdamın Baş Qərvənd kəndinin yenidən qurulmasında iştirakı isə ölkələrimiz arasında qarşılıqlı etimada söykənən dostluq əlaqələrinin növbəti sübutudur.

Bununla yanaşı, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rol oynadığı heç kim üçün sirr deyil.

Bu baxımdan, Slovakiya Prezidenti Peter Pelleqrininin mətbuata bəyanatında səsləndirdiyi bu açıqlama xüsusi diqqət çəkir:

“Azərbaycan Slovakiyada aparıcı rol oynaya bilər. Söhbət bizim enerji təchizatının şaxələndirilməsindən gedir”.

Avropa İttifaqı tərəfindən Rusiya qazının Slovakiyaya idxalının tam qadağan edildiyini nəzərə alsaq, enerji təchizatının Avropa üçün hansı strateji əhəmiyyətə malik olduğunu görməmək mümkün deyil. Dövlətimizin başçısı Bratislavada mətbuata bəyanatında xüsusi olaraq qeyd etdi ki, Azərbaycan strateji tərəfdaşlarının enerji təhlükəsizliyinin təmin olunmasına töhfə verməyə hər zaman hazırdır və bunun üçün böyük potensiala malikdir.

Prezident İlham Əliyev növbəti açıqlaması ilə bu sahəyə ayırdığı diqqətin daha dərin strateji hədəflərlə bağlı olduğunun mesajını da verdi:

“Azərbaycan isə öz xarici siyasət prioritetlərini çoxdan müəyyən edib. Biz, eyni zamanda, bu gün Şərqlə Qərb arasında müəyyən bir körpü rolunu oynayırıq... Biz Orta Dəhliz layihəsində fəal iştirak edirik. Orta Asiyanı Avropa ilə birləşdirən ən etibarlı və ən təhlükəsiz marşrut Azərbaycan ərazisindən keçir”.
 

Prezident Bratislavada onu da diqqətə çatdırdı ki, ölkəmizdə istifadə olunmayan alternativ enerji potensialı 2 giqavata yaxındır və növbəti beş il ərzində bu, 8 giqavata bərabər olacaq. Bu cür enerji mənbələrinin süni intellektin və data mərkəzlərinin fəaliyyətində oynadığı rol isə hər kəsə məlumdur.


Bratislavada verilən mesajlar onu da göstərdi ki, Azərbaycan və Slovakiya müdafiə sənayesi sahəsində əməkdaşlığın dərinləşməsinə ciddi diqqət yetirir. Yəqin ki, ikitərəfli əməkdaşlığın həm də bu sahəyə fokuslanması ənənəvi bədxahlarımızı narahat edəcək və onlar Ermənistandan, xüsusilə oradakı revanşist kəsimdən manipulyativ şəkildə istifadə etməyə çalışacaqlar.

Prezident İlham Əliyev bunu nəzərə alaraq, həm Ermənistana, həm də Cənubi Qafqazdakı yeni geosiyasi şəraitdən məmnun olmayan və hər fürsətdə keçmişdə qalan münaqişəni yenidən körükləməyə çalışan dairələrə bu mesajı verdi:

"Biz bu sahədə əməkdaşlığı sənayenin inkişafı nöyteyi-nəzərindən görürük. Biz müharibə aparmaq fikrində deyilik. Yəni, bizim üçün müharibələr artıq keçmişdə qalır və sadəcə olaraq, burada bir sinergiyanın yaradılması üçün Slovakiya texnologiyaları ilə Azərbaycan maliyyə imkanlarını birləşdirərək yeni məhsulların istehsalı dünya bazarları üçün də maraqlı ola bilər”.

Enerji təhlükəsizliyi məsələsinə qayıtdıqda isə, bu gün Azərbaycan qazını alan 14 ölkədən 8-i Avropa İttifaqının üzvüdür. Ötən il ilk dəfə olaraq Azərbaycan qazı Slovakiyaya da ixrac olunub.

Sözsüz ki, mürəkkəb geosiyasi şəraitin doğurduğu çağırışlar fonunda enerji təhlükəsizliyi Avropa, o cümlədən Slovakiya üçün strateji əhəmiyyət kəsb edir.

Azərbaycan müstəqil xarici siyasəti və real addımları ilə sübut edib ki, bütün maneə və təzyiqlərə baxmayaraq, etibarlı tərəfdaş kimi üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək iradəsinə sahibdir.
 

Eyni zamanda, ölkəmizin ötən illər ərzində infrastruktura, logistik bağlantılara və nəqliyyat sektoruna yatırdığı sərmayələr imkan verir ki, Azərbaycan Şərq-Qərb dəhlizində əhəmiyyətli rola sahib olsun və beynəlxalq logistika mərkəzinə çevrilsin.


Bu cür strateji hədəflərin reallaşa bilməsi ona görə mümkündür ki, onun arxasında Azərbaycan iqtidarının müstəqil xarici siyasət kursu və ölkəmizin daxili iqtisadi potensialı dayanır. Bütün bunlar təmin olunduğuna görə, bügünkü Azərbaycan beynəlxalq arenada etibarlı tərəfdaş kimi tanınır və xüsusi rəğbətlə qarşılanır.

Ülvi Quliyev

Milli Məclisin deputatı

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Naxçıvanda DƏHŞƏT: Ürəyi tutub ocağa yıxıldı, yanıb öldü

Naxçıvanda DƏHŞƏT: Ürəyi tutub ocağa yıxıldı, yanıb öldü

Bakıda ilk dəfə "ağıllı svetoforlar" quraşdırıldı – VİDEO

Bakıda ilk dəfə "ağıllı svetoforlar" quraşdırıldı – VİDEO

Ağsuda dələduzluq edən şəxs tutuldu

Ağsuda dələduzluq edən şəxs tutuldu

Ukrayna Rusiyanın yük gəmisinə hücum etdi - Ölənlər var – VİDEO

Ukrayna Rusiyanın yük gəmisinə hücum etdi - Ölənlər var – VİDEO

Qusarda kişi keçmiş arvadını öldürdü

Qusarda kişi keçmiş arvadını öldürdü

Nadir Hüseynovun öldüyü hadisənin təfərrüatı - Yaralanan qadın dayanacaqda dayanıbmış

Nadir Hüseynovun öldüyü hadisənin təfərrüatı - Yaralanan qadın dayanacaqda dayanıbmış

Abbasovun xəyanəti, ermənilərlə qohumluğu və Kremlin sifarişi

Abbasovun xəyanəti, ermənilərlə qohumluğu və Kremlin sifarişi

Bakının mərkəzində köhnə eyvanlar TƏHLÜKƏ saçır – Məsul qurumlar hara baxır? – VİDEO

Bakının mərkəzində köhnə eyvanlar TƏHLÜKƏ saçır – Məsul qurumlar hara baxır? – VİDEO

Trampdan keçmiş prezidentlərin Ağ Evdəki portretlərinə təhqiredici ŞƏRHLƏR – FOTO

Trampdan keçmiş prezidentlərin Ağ Evdəki portretlərinə təhqiredici ŞƏRHLƏR – FOTO

Sabah keçiriləcək Aİ sammitinin əsas məqsədi açıqlandı

Sabah keçiriləcək Aİ sammitinin əsas məqsədi açıqlandı

Finlandiyada rusiyalı oliqarxın villasına həbs qoyuldu

Finlandiyada rusiyalı oliqarxın villasına həbs qoyuldu

Salyanda ağır qəza: Ölən və yaralanan var

Salyanda ağır qəza: Ölən və yaralanan var

Aİ sammitinə gələn Fitsonun təyyarəsi yararsız hala düşdü - FOTO

Aİ sammitinə gələn Fitsonun təyyarəsi yararsız hala düşdü - FOTO

Aleyna Tilki və daha bir neçə tanınmış şəxs SAXLANILDI

Aleyna Tilki və daha bir neçə tanınmış şəxs SAXLANILDI

“Air India” şirkəti 13 il əvvəl itirdiyi Boeing təyyarəsini tapdı

“Air India” şirkəti 13 il əvvəl itirdiyi Boeing təyyarəsini tapdı

Rusiyanı Çindən “xilas etmək” PLANI – Trampın sülh formulundakı SENSASİON DETAL

Rusiyanı Çindən “xilas etmək” PLANI – Trampın sülh formulundakı SENSASİON DETAL

ABŞ hakimiyyəti 1,45 milyondan çox amerikalı hərbçiyə 1776 dollar ödəyəcək

ABŞ hakimiyyəti 1,45 milyondan çox amerikalı hərbçiyə 1776 dollar ödəyəcək

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Sakinlərin DİQQƏTİNƏ: Bu ərazilərdə qaz olmayacaq

Sakinlərin DİQQƏTİNƏ: Bu ərazilərdə qaz olmayacaq

Paşinyanın silahdaşı: Köçəryan və Nersisyan “sahiblərindən” hansı əmri alıblar? - FOTO

Paşinyanın silahdaşı: Köçəryan və Nersisyan “sahiblərindən” hansı əmri alıblar? - FOTO

Nə Ukraynadan, nə də Venesueladan danışdı... - Trampın xalqa müraciətinin DETALLARI

Nə Ukraynadan, nə də Venesueladan danışdı... - Trampın xalqa müraciətinin DETALLARI

Bermud adalarının daş sirri açıldı

Bermud adalarının daş sirri açıldı

Avtomobil piyadanı vuraraq ÖLDÜRDÜ

Avtomobil piyadanı vuraraq ÖLDÜRDÜ

Ordubadda avtomobil qaz xəttinə çırpıldı – Sakinlər qazsız qaldı

Ordubadda avtomobil qaz xəttinə çırpıldı – Sakinlər qazsız qaldı

End of content

No more pages to load

RADİO