Gizli şəbəkənin ÇÖKÜŞÜ – Ramiz Mehdiyev-Əli Kərimli əməkdaşlığı ilə bağlı yeni DETALLAR

Azərbaycan Xalq Cəbhəsi ötən əsrin sonunda, SSRİ-nin dağılması, 1990-ci illərin əvvəllərindəki hərc-mərclik dövründə ortaya çıxıb, hakimiyyətə gəldi. AXC-nin bir illik hakimiyyəti ölkəmiz üçün bir sıra fəlakətlərlə nəticələndi.

Sonradan partiya dəfələrlə simasını dəyişdi, fərqli siyasi mövqelər nümayiş etdirdi. Bütün bunların nəticəsidir ki, hazırda AXCP radikalizm, qarşıdurma və destruktiv davranışlarla assosiasiya olunur.
 

MÖVZU İLƏ BAĞLI:

“Ramiz Mehdiyev” işində Əli Kərimli epizodu üzrə son ciddi detallar bəlli oldu – FOTOLAR


Bu deqradasiyanın mərkəzində isə illərdir AXCP-yə rəhbərlik edən Əli Kərimli dayanır. Onun şəxsi ambisiyaları, şübhəli bağlantıları və manipulyativ siyasi xətti destruktiv mərkəz formalaşdırıb və təşkilatın cəmiyyətdə təhlükəli qarşıdurma tendensiyasının ideoloji dayağına çevrilməsinə səbəb olub.

AXCP-də siyasi eroziyanın anatomiyası

AXCP-də uzun illərdir müşahidə olunan deqradasiya təsadüfi deyil. Bu, Ramiz Mehdiyevin tapşırıqları ilə Əli Kərimlinin yaratdığı idarəetmə sisteminin təbii nəticəsidir: ona qarşı çıxanlar partiyadan uzaqlaşdırıldı, yerini getdikcə daha emosional, radikal və qarşıdurma düşüncəsinə meylli kadrlar toplandı. Nəticədə AXCP dar çevrənin emosional impulslarla yönləndirdiyi qruplaşmaya çevrildi.

AXCP-nin siyasi strategiyası da radikallaşdı, cəmiyyəti dövlətə qarşı qaldırmağa çalışan struktur formalaşdı. Sosial şəbəkələrdə trollar vasitəsilə isterik tonun hakim olduğu kampaniyalar aparıldı, bəzi çağırışlar isə açıq şəkildə radikal qrupların ritorikasını xatırlatdı. Bu davranışlar artıq sırf müxalif mövqe deyildi - dövlətçiliyi hədəf alan ardıcıl fəaliyyətə çevrilmişdi.

AXCP–Ramiz Mehdiyev xətti: Siyasi əməkdaşlığın illərlə gizlədilən izi

29 noyabrda aparılan axtarışlar və ardınca irəli sürülən ittihamlar uzun illərin şübhələrini fakta çevirdi. Hakimiyyəti zorla ələ keçirməyə cəhddə ittiham olunan Əli Kərimlinin evində axtarış zamanı üzə çıxan materiallar — çevriliş planının ilkin variantı — bu şəbəkənin təsadüfi təşəbbüs olmadığını, planlı struktur kimi fəaliyyət göstərdiyini ortaya qoydu.

Bu prosesin kökləri isə daha əvvələ gedir. 2010-cu illərin əvvəlində Rusiyada “Milyarderlər İttifaqı”, Bakıda isə müvafiq şəkildə “Milli Şura” yaradıldı. Hər iki struktur bir-birini tamamlayan siyasi mexanizmə çevrildi və bu həlqələrin kəsişdiyi nöqtədə Əli Kərimli, Cəmil Həsənli və Gültəkin Hacıbəyli ön plana çıxarıldı. Sonradan məlum oldu ki, bütün bu proseslər birbaşa Ramiz Mehdiyevin siyasi planlamasından ibarət imiş...


Mitinq şoularının pərdəarxası

AXCP-nin 2011–2019-cu illərdə təşkil etdiyi aksiyalar heç vaxt real siyasi prosesin tərkib hissəsi olmayıb. Onların əsas məqsədi təsir mexanizmi yaratmaq deyil, ölkə daxilində süni gərginlik fonu formalaşdırmaq idi. Bu aksiyalar təsadüfi məqamlarda yox, daha çox beynəlxalq tədbirlər ərəfəsində, Prezidentin xarici səfərləri öncəsi və ölkə daxilində mühüm proseslər baş verən dövrlərdə həyata keçirilirdi.

Məqsəd siyasi gündəmi dəyişmək, ölkə barədə manipulyativ təsir yaratmaq idi. Bu taktika illər boyu Ramiz Mehdiyevin siyasi kulislərdə qurduğu planın bir parçası olaraq gündəmdə saxlanıldı. Mehdiyev bu variantla özünü “hakimiyyəti qoruyan fiqur” kimi təqdim etməyə çalışırdı.

“Milli Şura”nın bu prosesdən qazancı isə “Milyarderlər İttifaqı” və Mehdiyevdən gələn vəsaitlər idi. Həmin vəsaitlərin yalnız bir hissəsi iğtişaşlara cəlb edilən şəxslərə verilib. Qalan pullar isə “Milli Şura” liderlərinin – Əli Kərimlinin, Gültəkin Hacıbəylinin ciblərinə gedib.

AXCP-nin bağlanması - təhlükəsizlik müstəvisində yeni mərhələ

Bu gün artıq AXCP-nin fəaliyyəti sadəcə siyasi qarşıdurma predmeti deyil. Aparılan istintaqın gedişi göstərir ki, məsələ fərdi siyasətçilərin davranışı ilə məhdudlaşmır; söhbət dövlətçilik modelini sarsıtmağa yönəlmiş daha geniş və uzunmüddətli şəbəkədən gedir.
 

Partiyanın izlə­diyi xətt, istər çevriliş planları, istərsə də xarici siyasi mərkəzlərlə paralel hərəkət etməsi, onu müxalif qüvvədən çox kənardan idarə olunan ideoloji alətə çevirib. AXCP-nin ictimai rəyi manipulyasiya edən isterik siyasi mühiti formalaşdırması, cəmiyyət daxilində qarşıdurmanı qızışdırmağa çalışması, təhlükəli ritorika sərgiləməsi artıq onun gələcək fəaliyyətinin nə ilə nəticələnəcəyinə dair ciddi siqnallar verir.


Belə şəraitdə partiyanın siyasi meydanda daha əvvəlki kimi mövcudluğu təkcə institusional problem yaratmır; ölkənin daxili sabitliyi, ideoloji təhlükəsizliyi və milli birliyi üçün real risk faktoruna çevrilir. Məhz buna görə də AXCP-nin bağlanması məsələsi sırf siyasi qərar kimi deyil, dövlətin özünü müdafiə instinktindən doğan zəruri addım kimi gündəmə gəlir. Burada əsas məqsəd hər hansı qurumu cəzalandırmaq deyil, dövlətçiliyi sarsıtmağa yönəlmiş destruktiv fəaliyyətlərin qarşısını vaxtında almaq və ölkənin təhlükəsizlik arxitekturasını möhkəmləndirməkdir.

Gizli şəbəkənin süqutu və yeni mərhələnin tələbləri

Ramiz Mehdiyev və Əli Kərimli tərəfindən illərlə paralel şəkildə qurulan gizli siyasi şəbəkənin çökdürülməsi Azərbaycan üçün yeni mərhələnin başlanğıcıdır. Baş fiqurların həbsi, şəbəkənin strukturlarının ifşası ölkənin siyasi sistemində illərdir davam edən kölgə mexanizmlərinin artıq davam edə bilməyəcəyini göstərdi. Lakin təhlükənin tam aradan qalxdığını demək hələ tezdir — çünki bu şəbəkənin daşıyıcısı olan AXCP fəaliyyətini davam etdirdiyi müddətdə hər an yeni risklər ortaya çıxa bilər.

Müasir dövrün tələbi aydındır: dövlət öz təhlükəsizliyini yalnız reaksiya verən deyil, həm də preventiv siyasətlə təmin etməlidir. Cəmiyyəti parçalamağa, dövlət idarəetməsinə təsir göstərməyə, ideoloji sabitliyi pozmağa çalışan radikal təşəbbüslər vaxtında zərərsizləşdirilməsə, onlar qısa müddətdə genişlənə və xarici dairələrin təsir rıçaqlarına çevrilə bilər.
 

Ona görə də bu günədək gizli şəkildə mövqe strukturlaşmış destruktiv qrupların fəaliyyət meydanı daraldılmalı, dövlət idarəçiliyinin bütün səviyyələrində müdafiə mexanizmləri çevik və dayanıqlı şəkildə işləməlidir.


Bu mənzərə fonunda AXCP-nin bağlanması təkcə hüquqi bir prosedur kimi yox, milli təhlükəsizliyin məntiqi nəticəsi kimi gündəmə gəlir. Söhbət bir partiyanın taleyindən deyil, cəmiyyətin bütövlüyündən, dövlətin ideoloji dayaqlarından, ölkənin gələcək siyasi sabitliyindən gedir. Azərbaycan bu gün yeni siyasi reallığa qədəm qoyur və bu reallıq radikal şəbəkələrin hədəfinə çevrilmiş dövlətçilik modelinin daha ciddi şəkildə qorunmasını tələb edir.

Bizim.Media-nın analitik qrupu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Naxçıvanda DƏHŞƏT: Ürəyi tutub ocağa yıxıldı, yanıb öldü

Naxçıvanda DƏHŞƏT: Ürəyi tutub ocağa yıxıldı, yanıb öldü

Bakıda ilk dəfə "ağıllı svetoforlar" quraşdırıldı – VİDEO

Bakıda ilk dəfə "ağıllı svetoforlar" quraşdırıldı – VİDEO

Ağsuda dələduzluq edən şəxs tutuldu

Ağsuda dələduzluq edən şəxs tutuldu

Ukrayna Rusiyanın yük gəmisinə hücum etdi - Ölənlər var – VİDEO

Ukrayna Rusiyanın yük gəmisinə hücum etdi - Ölənlər var – VİDEO

Qusarda kişi keçmiş arvadını öldürdü

Qusarda kişi keçmiş arvadını öldürdü

Nadir Hüseynovun öldüyü hadisənin təfərrüatı - Yaralanan qadın dayanacaqda dayanıbmış

Nadir Hüseynovun öldüyü hadisənin təfərrüatı - Yaralanan qadın dayanacaqda dayanıbmış

Abbasovun xəyanəti, ermənilərlə qohumluğu və Kremlin sifarişi

Abbasovun xəyanəti, ermənilərlə qohumluğu və Kremlin sifarişi

Bakının mərkəzində köhnə eyvanlar TƏHLÜKƏ saçır – Məsul qurumlar hara baxır? – VİDEO

Bakının mərkəzində köhnə eyvanlar TƏHLÜKƏ saçır – Məsul qurumlar hara baxır? – VİDEO

Trampdan keçmiş prezidentlərin Ağ Evdəki portretlərinə təhqiredici ŞƏRHLƏR – FOTO

Trampdan keçmiş prezidentlərin Ağ Evdəki portretlərinə təhqiredici ŞƏRHLƏR – FOTO

Sabah keçiriləcək Aİ sammitinin əsas məqsədi açıqlandı

Sabah keçiriləcək Aİ sammitinin əsas məqsədi açıqlandı

Finlandiyada rusiyalı oliqarxın villasına həbs qoyuldu

Finlandiyada rusiyalı oliqarxın villasına həbs qoyuldu

Salyanda ağır qəza: Ölən və yaralanan var

Salyanda ağır qəza: Ölən və yaralanan var

Aİ sammitinə gələn Fitsonun təyyarəsi yararsız hala düşdü - FOTO

Aİ sammitinə gələn Fitsonun təyyarəsi yararsız hala düşdü - FOTO

Aleyna Tilki və daha bir neçə tanınmış şəxs SAXLANILDI

Aleyna Tilki və daha bir neçə tanınmış şəxs SAXLANILDI

“Air India” şirkəti 13 il əvvəl itirdiyi Boeing təyyarəsini tapdı

“Air India” şirkəti 13 il əvvəl itirdiyi Boeing təyyarəsini tapdı

Rusiyanı Çindən “xilas etmək” PLANI – Trampın sülh formulundakı SENSASİON DETAL

Rusiyanı Çindən “xilas etmək” PLANI – Trampın sülh formulundakı SENSASİON DETAL

ABŞ hakimiyyəti 1,45 milyondan çox amerikalı hərbçiyə 1776 dollar ödəyəcək

ABŞ hakimiyyəti 1,45 milyondan çox amerikalı hərbçiyə 1776 dollar ödəyəcək

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Sakinlərin DİQQƏTİNƏ: Bu ərazilərdə qaz olmayacaq

Sakinlərin DİQQƏTİNƏ: Bu ərazilərdə qaz olmayacaq

Paşinyanın silahdaşı: Köçəryan və Nersisyan “sahiblərindən” hansı əmri alıblar? - FOTO

Paşinyanın silahdaşı: Köçəryan və Nersisyan “sahiblərindən” hansı əmri alıblar? - FOTO

Nə Ukraynadan, nə də Venesueladan danışdı... - Trampın xalqa müraciətinin DETALLARI

Nə Ukraynadan, nə də Venesueladan danışdı... - Trampın xalqa müraciətinin DETALLARI

Bermud adalarının daş sirri açıldı

Bermud adalarının daş sirri açıldı

Avtomobil piyadanı vuraraq ÖLDÜRDÜ

Avtomobil piyadanı vuraraq ÖLDÜRDÜ

Ordubadda avtomobil qaz xəttinə çırpıldı – Sakinlər qazsız qaldı

Ordubadda avtomobil qaz xəttinə çırpıldı – Sakinlər qazsız qaldı

End of content

No more pages to load

RADİO