Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Qətər Əmirinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Məhəmməd bin Əhməd əl-Misnad ilə görüşüb.
Bizim.Media xəbər verir ki, Hikmət Hacıyev bu barədə "X" hesabında paylaşım edib.
Hikmət Hacıyev paylaşımda qeyd edib:
“Bu gün Qətər əmirinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri, qardaşım Əhməd əl-Misnadla görüşdüm. İkitərəfli əlaqələri, eləcə də regional və beynəlxalq yenilikləri müzakirə etdik”.

Günay Şahmar, Bizim.Media