Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Mayk Pompeo Bağdaddakı silahlı hücuma görə İran tərəfdarları olan könüllü dəstələri ittiham edib.
Bizim.Media-nın “RİA Novosti”yə istinadla verdiyi xəbərə görə, Pompeo səfirliyinin əməkdaşlarından xəsarət alan olmasa da, ən azı 1 iraqlının yaralandığını və mülki infrastruktura ziyan dəydiyini deyib.
"Həmin dəstələr, diplomatik obyektlərə hücum, İraqın dövlət qaynaqlarını geniş miqyasda talan, dinc nümayişçilərə və aktivistlərə, başqa dini konfessiyaların nümayəndələrinə qarşı zorakılıq edirlər”, - deyə dövlət katibi əlavə edib.
O, İraqı suverenliklərini gücləndirməyə və günahkarları cəzalandırmağa, habelə İran tərəfdarları olan şiə dəstələrini xüsusi dövlət nəzarətinə almağa çağırıb.
Qeyd edək ki, İraqın paytaxtı Bağdadda yerləşən "yaşıl zona" bazar günü raket atəşinə tutulub. ABŞ səfirliyinin yerləşdiyi əraziyə atılan raket hava hücumundan müdafiə sistemləri tərəfindən dəf edilib.
Ölkənin təhlükəsizlik orqanın yaydığı məlumata görə, raketlər buraxılan nöqtələr müəyyən edilib.
Raket hücumu nəticəsində, binalar və bir neçə avtomobil zədələnib. Mülki əhali arasında itki yoxdur.
Bizim.Media