Paşinyandan rəqiblərinə SARSIDICI ZƏRBƏ – Sabiq prezidentləri ifşa edən GİZLİ SƏNƏDLƏR üzə çıxdı

Ermənistan baş naziri Nikol Paşinyan revanşistlərə növbəti sarsıdıcı zərbə vurub. Belə ki, Paşinyan Qarabağ danışıqları ilə bağlı bir sıra gizli sənədləri ictimaiyyətə açıqlayıb.

Hansı ki, həmin sənədlərdə Azərbaycanla aparılan danışıqlar, müzakirə olunan məsələlər, əldə olunmuş nəticələr və bir sıra başqa məqamlar yer alıb.

Açıqlanan bu sənədlərə əsasən məlum olub ki, Azərbaycan bütün danışıqlarda prinsipial mövqe sərgiləyərək, ermənilərə hər hansı ciddi güzəştə getməyib. Ermənistanın keçmiş rəhbərləri Koçaryan, Sarkisyan və digərlərinin iddia etdiklərindən fərqli olaraq, beynəlxalq ictimaiyyət, habelə Minsk Qrupu belə Qarabağın Azərbaycandan ayrılması şərtini qəbul etməyib. Onların da qərarı və tələbi Qarabağda yaşayan ermənilərin yalnız Azərbaycanın tərkibində yüksək status ala bilmələrilə bağlı olub. Bu “yüksək status”a muxtariyyət belə daxil edilməyib.

Sarkisyanın ifşa olan əsl siması

Açıqlanan sənədlər içərisində Serj Sarkisyanın Rusiya Prezidentinə yazdığı məktub xüsusilə diqqət çəkib. Sarkisyan məktubunda Qarabağdakı separatçıların danışıqların bütün mərhələlərində “tamhüquqlu tərəf” kimi tanınmasını tələb edir, 1991-ci ildə keçirilmiş separatçı “referendumun” nəticələrinin gələcək statusun əsas hüquqi bazası sayılmasını istəyir və Azərbaycanın işğal olunmuş rayonlardan çıxmasını yalnız Rusiyanın təmin edəcəyi təhlükəsizlik şərtləri ilə şərtləndirirdi.

Ermənistan rəhbərliyinin illər boyu “sülh tərəfdarı” görüntüsü yaratmasına baxmayaraq, əslində prosesə maksimalist, qeyri-konstruktiv və Azərbaycanın ərazi bütövlüyü ilə ziddiyyət təşkil edən mövqedən yanaşdığını təsdiqləyir.

Ona görə də sənədlərin yayılması faktiki olaraq “Qarabağ klanı”nın əsl simasının üzə çıxması deməkdir.

Bu isə Ermənistanda seçkiqabağı Köçəryan və Sarkisyanın olan-qalan imicinin də məhv olacağını göstərir.

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirir ki, Paşinyan ATƏT-in Minsk qrupu üzrə 28 ilə yaxın davam edən danışıqların mətninin bir hissəsini yaymaqla Ermənistandakı yalançı qəhrəmanları ifşa edib:

“Bəlli oldu ki, yalançı qəhrəmanlar, Ter-Petrosyan, Koçaryan, Sarkisyan döyüş meydanında necə məğlub oldusa, onlar elə diplomatik meydanda da məğlub ola-ola gəliblər. 30 ilə yaxın davam edən danışıqlar prosesində heç bir vaxt Qarabağın qoparılması ilə bağlı hər hansı platformada uğur əldə edə bilməyiblər. Sadəcə olaraq, ATƏT-in Minsk qrupunun həmsədrləri vasitəsilə prosesi dondurmağa nail olublar. Bu da dünya diplomatiyasının gücü sayəsində baş verib. Ona görə də düşünürəm ki, Paşinyanın bu açıqlaması əslində radikalların ifşa olunmasıdır”.

Deputat qeyd edir ki, bu açıqlamadan sonra Koçaryan-Sarkisyan tandemi artıq işğal dövründə aparılan danışıqların kölgəsində gizlənə bilməyəcəklər:

“Bu radikalların işğala bəraət qazandırmaq üçün apardıqları danışıqların əslində yalan və iflasdan ibarət olmasının göstəricisidir. Ona görə də artıq Koçaryan-Sarkisyan tandemi işğal dövründə aparılan danışıqların kölgəsində gizlənə bilməyəcəklər. Ermənistan ictimaiyyəti də biləcək ki, onlar diplomatik müstəvidə heç bir uğura imza ata bilməyib. Bu həm də Azərbaycan diplomatiyasının qətiyyətli, uzaqgörən, müdrik və güclü olmasının göstəricisidir. Onun məntiqi sonluğu isə Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi olub”.

Ermənistanda sülhpərvər düşüncə güclənəcək

Həmsöhbətimiz düşünür ki, bu proses Ermənistanda sülhpərvər düşüncənin miqyasının da genişlənməsinə müəyyən təsir göstərəcək:

“Bu da önümüzdəki sülh dövrü üçün olduqca vacibdir”.

Rüfət Sultan, Bizim.Media   

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ukraynalı futbolçu “Beşiktaş”a KEÇİR

Ukraynalı futbolçu “Beşiktaş”a KEÇİR

Qaxda yeniyetmələr arasında dava qanla nəticələndi

Qaxda yeniyetmələr arasında dava qanla nəticələndi

Netanyahu: “Mən sağam. Hamınız şahidsiniz” - VİDEO

Netanyahu: “Mən sağam. Hamınız şahidsiniz” - VİDEO

“Araz Naxçıvan”ın iki futbolçusu yığmaya ÇAĞIRILDI

“Araz Naxçıvan”ın iki futbolçusu yığmaya ÇAĞIRILDI

Gəncədə 34 yaşlı kişi naməlum şəraitdə XƏSARƏT ALDI

Gəncədə 34 yaşlı kişi naməlum şəraitdə XƏSARƏT ALDI

Azər Badamov: “Dövlət qulluğunda əməkhaqqı sistemi daha müasir və təkmil əsaslarla yenidən qurulur”

Azər Badamov: “Dövlət qulluğunda əməkhaqqı sistemi daha müasir və təkmil əsaslarla yenidən qurulur”

Ölkəmizin Latviyadakı səfirliyi bayram günlərində işləməyəcək - FOTO

Ölkəmizin Latviyadakı səfirliyi bayram günlərində işləməyəcək - FOTO

“ABŞ-da Ukrayna üzrə növbəti danışıqlar keçiriləcək” - Zelenski

“ABŞ-da Ukrayna üzrə növbəti danışıqlar keçiriləcək” - Zelenski

Bakı–Ələt yolunda KamAZ aşdı, uzun tıxac yarandı - VİDEO

Bakı–Ələt yolunda KamAZ aşdı, uzun tıxac yarandı - VİDEO

Sabunçuda evlərdən 25 min manatlıq oğurluq edən şəxs ƏLƏ KEÇDİ - VİDEO

Sabunçuda evlərdən 25 min manatlıq oğurluq edən şəxs ƏLƏ KEÇDİ - VİDEO

BƏƏ İrandan atılan 7 ballistik raket və 15 PUA zərərsizləşdirib

BƏƏ İrandan atılan 7 ballistik raket və 15 PUA zərərsizləşdirib

“Anderlext” bu futbolçu üçün “Qalatasaray”la danışıqlara BAŞLADI

“Anderlext” bu futbolçu üçün “Qalatasaray”la danışıqlara BAŞLADI

Hacıqabulda avtomobil aşıb, xəsarət alanlar var - FOTO/VİDEO

Hacıqabulda avtomobil aşıb, xəsarət alanlar var - FOTO/VİDEO

Gəncədə iki piyada xəstəxanalıq oldu

Gəncədə iki piyada xəstəxanalıq oldu

İranda “Qüds” qüvvələrinin liderlərindən biri ÖLDÜRÜLDÜ - FOTO

İranda “Qüds” qüvvələrinin liderlərindən biri ÖLDÜRÜLDÜ - FOTO

İdxal olunan yay meyvələrində virus AŞKARLANDI

İdxal olunan yay meyvələrində virus AŞKARLANDI

ÇL-də həftənin komandasında kimlər var?

ÇL-də həftənin komandasında kimlər var?

Kim sakitcə gözləyir və kim dərhal partlayır: Bürclərin reytinqi

Kim sakitcə gözləyir və kim dərhal partlayır: Bürclərin reytinqi

Beynəlxalq axtarışda olan şəxs Ukraynadan ölkəmizə ekstradisiya edilir

Beynəlxalq axtarışda olan şəxs Ukraynadan ölkəmizə ekstradisiya edilir

Çempionlar Liqasında həftənin oyunçusu BƏLLİ OLDU

Çempionlar Liqasında həftənin oyunçusu BƏLLİ OLDU

Bakının bəzi yollarında SIXLIQ VAR

Bakının bəzi yollarında SIXLIQ VAR

Prezident Fərman imzaladı

Prezident Fərman imzaladı

Xırdalanda ağır QƏZA: Motosiklet yük maşınına çırpılıb, ölən var

Xırdalanda ağır QƏZA: Motosiklet yük maşınına çırpılıb, ölən var

Reabilitasiya müəssisələri Sosial Xidmətlər Agentliyinin tabeliyinə veriləcək

Reabilitasiya müəssisələri Sosial Xidmətlər Agentliyinin tabeliyinə veriləcək

End of content

No more pages to load

RADİO