Prezidentdən Bakıda keçirilən beynəlxalq konfrans iştirakçılarına MÜRACİƏT

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda "Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası - ədalətə, barışığa və sülhə aparan yol kimi" mövzusunda keçirilən III Beynəlxalq Konfransın iştirakçılarına müraciət edib.

Bizim.Media xəbər verir ki, dövlət başçısının müraciətini Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev oxuyub.

Müraciətdə bildirilib:

"Hörmətli konfrans iştirakçıları!

Sizi “Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusuna həsr olunmuş III beynəlxalq konfransda ürəkdən salamlayıram.
 

Qədim dövlətçilik və mədəniyyət tarixinə malik Azərbaycan xalqı son iki əsrdə dəfələrlə məhrumiyyətlər, deportasiyalar və soyqırımları ilə üz-üzə qalmış, ermənilərin Azərbaycanın əzəli torpaqlarına köçürülməsindən sonra – 1905–1907, 1918–1921, 1948–1953 və 1987–1991-ci illərdə azərbaycanlılara qarşı törədilən qırğınlar və qanunsuz köçürmələr nəticəsində yüz minlərlə soydaşımız öz doğma yurdunu tərk edərək Azərbaycana sığınmışdır.


Ermənistan ərazisində yaşayan azərbaycanlıların dağlıq bölgələrdən daha isti iqlimi olan yerlərə zorla köçürülməsi, onların illərlə qurub-yaratdıqları mülkiyyətin mənimsənilməsi, maddi-mədəniyyət nümunələrinin ələ keçirilərək dağıdılması və özgəninkiləşdirilməsi bu gün mötəbər sənədlərlə sübuta yetirilən tarixi faktlardır.

Ermənistan tarixən Qərbi Azərbaycanda yaşamış azərbaycanlıların zəngin maddi və qeyri-maddi mədəni irsini, müqəddəs inanc yerlərini, qəbiristanlıqlarını öz ərazisindən Azərbaycan xalqının izlərini silmək məqsədilə zaman-zaman məhv etmişdir. Ermənilərin azərbaycanlılara qarşı insanlıq əleyhinə cinayətlərinin beynəlxalq hüquq müstəvisində qiymətləndirilməsi üçün lazımi addımlar atılması və beynəlxalq ictimaiyyətin bu məsələdə bizə dəstəyi olduqca əhəmiyyətlidir.

Bu gün Ermənistandan zorla çıxarılmış azərbaycanlıların qayıdışının Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktda, Qaçqınların statusu haqqında Konvensiyada və digər mühüm beynəlxalq aktlarda təsbit olunmuş geriyə qayıdış hüququ çərçivəsində təmin edilməsi, eləcə də mədəni irsin bərpası və qorunması ilə bağlı beynəlxalq ictimaiyyətin, o cümlədən BMT-nin ixtisaslaşmış qurumlarının iştirakı ilə prosesin başladılması üçün səylərin artırılması vacibdir.

Çünki qayıdış hüququ insan hüquqlarının təməl prinsiplərindən biridir.

Bu hüququn təmin edilməsi təkcə doğma yurda fiziki dönüş deyil, həm də toplumun mənəvi bütövlüyünün, mədəni irsinin və tarixi yaddaşının bərpası deməkdir.

Ermənistandakı Azərbaycan mədəni irsinin bərpası və qorunması Azərbaycan xalqının legitim tələbi olmaqla, ümumbəşəri dəyərlərə hörmət, düşmənçilik səhifəsinin qapanması, xalqlar arasında qarşılıqlı anlaşma üçün zəruridir.
 

Deportasiya və qırğınlardan birbaşa əziyyət çəkən insanları özündə birləşdirən Qərbi Azərbaycan İcmasının təmkinli, konstruktiv yanaşması, barışıq və dialoqa açıq olması, öz fəaliyyətini beynəlxalq hüquqa uyğun qurması, dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmət etməsi təqdir olunmalıdır.


2025-ci il avqustun 8-də Vaşinqtonda Amerika Birləşmiş Ştatlarının vasitəçiliyi ilə Azərbaycan və Ermənistanın bir araya gəlməsi, Birgə Bəyannamənin imzalanması və sülh sazişi layihəsinin paraflanması hər iki xalqın gələcək birgəyaşayışının təmin olunması üçün ümid və inam yaradır.

İnanırıq ki, Qərbi Azərbaycan İcmasının sülhsevər üzvləri öz ata-baba yurdlarına qayıdacaq və xalqlarımız arasında mehriban qonşuluq münasibətləri yaranacaqdır.

Artıq beynəlxalq platformaya çevrilən bu ənənəvi beynəlxalq konfransın işinə uğurlar arzulayır, keçiriləcək müzakirələrin mədəni irsin qorunmasına və qayıdış hüququ barədə anlaşmaya, soydaşlarımızın doğma torpaqlarına təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə qayıdışına töhfə verəcəyinə, barışıq və sülhə aparan yolda mühüm addım olacağına əminliyimi bir daha vurğulayıram.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Hikmət Hacıyev Çin nümayəndəsi ilə görüşdü – FOTO

Hikmət Hacıyev Çin nümayəndəsi ilə görüşdü – FOTO

Millimizin üzvü oynadı, komandası qalib gəldi

Millimizin üzvü oynadı, komandası qalib gəldi

Hikmət Hacıyev Aİ-nin xüsusi nümayəndəsi ilə nələri müzakirə etdi? – FOTO

Hikmət Hacıyev Aİ-nin xüsusi nümayəndəsi ilə nələri müzakirə etdi? – FOTO

Qızılla bağlı YENİ STANDARTLAR – Saxta məmulatlar bazardan necə ÇIXARILACAQ?

Qızılla bağlı YENİ STANDARTLAR – Saxta məmulatlar bazardan necə ÇIXARILACAQ?

Nəriman Axundzadə yeni klubunun stadionunu gəzdi - FOTO

Nəriman Axundzadə yeni klubunun stadionunu gəzdi - FOTO

Ötən il universitetlərə imtahansız qəbul olunanların sayı AÇIQLANDI

Ötən il universitetlərə imtahansız qəbul olunanların sayı AÇIQLANDI

Polis qanunsuz saxlanılan daha 5 avtomatı aşkarladı

Polis qanunsuz saxlanılan daha 5 avtomatı aşkarladı

Yol Polisindən həftəsonu səfərə çıxan sürücülərə ÇAĞIRIŞ

Yol Polisindən həftəsonu səfərə çıxan sürücülərə ÇAĞIRIŞ

16 hindistanlı tələbə İrandan Azərbaycana gətirildi – FOTO

16 hindistanlı tələbə İrandan Azərbaycana gətirildi – FOTO

Qurban Qurbanovun bu VİDEOSU marağa səbəb oldu

Qurban Qurbanovun bu VİDEOSU marağa səbəb oldu

Xocavəndin Xanoba kəndinə İLK KÖÇ

Xocavəndin Xanoba kəndinə İLK KÖÇ

İsrail ordusundan Təbriz sakinlərinə XƏBƏRDARLIQ: “Ərazini təcili tərk edin!” – FOTO

İsrail ordusundan Təbriz sakinlərinə XƏBƏRDARLIQ: “Ərazini təcili tərk edin!” – FOTO

Bu məhsullar BAHALAŞA BİLƏR

Bu məhsullar BAHALAŞA BİLƏR

Qəddafinin qızından İran xalqına MÜRACİƏT: “Canavarlarla danışıqlar sürünü xilas etmir...”

Qəddafinin qızından İran xalqına MÜRACİƏT: “Canavarlarla danışıqlar sürünü xilas etmir...”

“Dünyanın ən gözəl qızı” evlənir - FOTO

“Dünyanın ən gözəl qızı” evlənir - FOTO

Şimali Koreya Yapon dənizinə 10 ballistik raket ATDI – FOTO

Şimali Koreya Yapon dənizinə 10 ballistik raket ATDI – FOTO

"Kuruluş Orhan"da 2 ayrılıq - Fotolar

"Kuruluş Orhan"da 2 ayrılıq - Fotolar

Lənkəranlı məktəblilərdən unikal LAYİHƏ: Mina aşkarlayan “ağıllı çəkmə” – FOTO

Lənkəranlı məktəblilərdən unikal LAYİHƏ: Mina aşkarlayan “ağıllı çəkmə” – FOTO

Gəlirli iş tapacaq BÜRCLƏR

Gəlirli iş tapacaq BÜRCLƏR

“Pafosla danışırlar!” – Sərxan Kərəmoğlu onları tənqid etdi, özü tənqidlərə tuş gəldi

“Pafosla danışırlar!” – Sərxan Kərəmoğlu onları tənqid etdi, özü tənqidlərə tuş gəldi

BTQ zikh icması və digər etnik qruplara qarşı təqiblərlə bağlı hesabat təqdim etdi – FOTO/VİDEO

BTQ zikh icması və digər etnik qruplara qarşı təqiblərlə bağlı hesabat təqdim etdi – FOTO/VİDEO

Azərbaycan XİN Efiopiyaya başsağlığı verdi - FOTO

Azərbaycan XİN Efiopiyaya başsağlığı verdi - FOTO

“Kəpəz”in akademiyası işıqlandırıldı – FOTO

“Kəpəz”in akademiyası işıqlandırıldı – FOTO

SON DƏQİQƏ! Ucuz mənzillər satışa çıxarıldı

SON DƏQİQƏ! Ucuz mənzillər satışa çıxarıldı

End of content

No more pages to load

RADİO