Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan dekabrın 5-də Dohada keçiriləcək forumda iştirak edəcək.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Ermənistan Təhlükəsizlik Şurası yayıb.
Mənbə qeyd edir ki, Hikmət Hacıyev və Armen Qriqoryan “Azərbaycan və Ermənistan arasında davamlı sülh: Vaşinqton sazişi və ortaq gələcək” mövzusunda panel müzakirəsinə qatılacaqlar.
Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan liderləri münaqişənin sülh yolu ilə həllinə dair birgə bəyannamə imzalayıblar.
Bizim.Media