Uitkoffun səfərinə Moskvadan REAKSİYA – “Rusiya yalnız bu halda sülhə razılaşacaq”

“Rusiya amerikalıların öz sülh planında nə hazırladığını başa düşmək üçün Uitkoff ilə bu görüşü səbirsizliklə gözləyir. Əvvəlcə bu plan 28 bənddən ibarət idi, Avropadakı müzakirələrdə sonra onların sayı 19 bəndə düşdü. Daha sonra 24 maddə olduğu bildirildi. Buna görə də, plan çərçivəsində ABŞ-ın nə təklif etdiyini bilmək Rusiya üçün maraqlıdır”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında Rusiya Strateji araşdırmalar mərkəzinin müdir müavini Daria Qrevtsova deyib.


ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun Rusiya Prezidenti Vladimir Putinlə Moskvada 2 dekabrda baş tutması gözlənilən görüşünü şərh edən analitik, Kiyevin də ABŞ-ın planından xəbərsiz olduğunu bildirib.

Bu baxımdan da, sabah reallaşacaq görüş diqqətlə izləniləcək:

“Kiyevdə də bu planın müzakirə olunduğu görüşlər olub. Amma nəticə nədir? Biz yalnız kütləvi informasiya vasitələrindən planın məzmunu barədə məlumat alırıq. Əgər ABŞ “gəlin Rusiyanın irəliləyişini dayandıraq və Ukrayna ordusunun yenidən silahlanmasına, ümumi səfərbərlik keçirməsinə, yenidən qruplaşmasına imkan yaradaq” təklifini irəli sürəcəksə, əlbəttə, bu Moskvanın maraqlarına qətiyyən uyğun deyil. Rusiyanın uğurlu hücumunu dayandırmaq üçün deyil, münaqişənin əsas səbəbləri üzrə danışıqlar aparılmalıdır”.

Qrevtsova hesab edir ki, Rusiyanın təklifləri qəbul olunmasa, Trampın sülh planı da, reallaşmayacaq:

“Əsas məsələlər bunlardır: rus dilinin dövlət dili statusu məsələsi, Ukraynada “Azov” da daxil olmaqla bütün neonasist batalyonların buraxılması və əlbəttə ki, Ukraynada pravoslav kilsəsinə qarşı təqiblərin dayandırılması. Rusiyanın bütün bu tələbləri eşidilməlidir. Tramp da bu məqamlara görə Rusiyaya söz vermişdi. Lakin o sözlərdən sonra Tramp tərəfindən “Rosneft” və “Lukoil” şirkətlərinə qarşı sanksiyalar tətbiq edildi. Bu da çox narahatedici və gözlənilməz siqnal oldu. Guya hər şey danışılıb, sülh yolu seçilib, ortaq həll yolları tapılacağı bildirilib. Amma əməldə tam başqa addım atıldı. Buna görə də Uitkoffun hansı təkliflə gəldiyi çox ciddi suallar yaradır”.

Qrevtsova əlavə edib ki, Rusiya hələ də bu sülh planını rəsmi şəkildə görməyib, yalnız KİV-lərdəki sızmalar var.

Çox güman ki, bu sülh planı Rusiyanı qane etməyəcək:
 

“Çünki oxuduğumuza görə orada münaqişənin əsas səbəblərinin həlli yoxdur. Rus dilinin dövlət dili statusu barədə bənd yoxdur, pravoslav kilsəsinə təzyiqlərin dayandırılması barədə bənd yoxdur. Təbii ki, müharibəyə səbəb olan məsələlər qeyd olunmadan belə bir plan Rusiyanı qane edə bilməz. Üstəlik, Ukraynanın NATO-ya üzv olmaması və digər tanınmış səbəblər də nəzərə alınmayıb.


Gördüyümüz kimi, Zelenski bu müharibəni dayandırmaq istəmir, çünki o, münaqişənin əsas səbəbləri ilə bağlı ümumiyyətlə danışmır. Bu sülh planında Ukraynanın öhdəlikləri ilə bağlı lazımi bəndlərin olmaması dialoqun davam edəcəyini göstərir. Çünki Rusiya çox güman ki, plana öz əlavələrini edəcək. Beləcə, diplomatik proses bir müddət daha davam edəcək”.

Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Macarıstandakı səfirliyimiz bayram günlərində təxirəsalınmaz konsulluq dəstəyi göstərəcək - FOTO

Macarıstandakı səfirliyimiz bayram günlərində təxirəsalınmaz konsulluq dəstəyi göstərəcək - FOTO

“Sabah” “Sumqayıt”a qalib gəldi - VİDEO

“Sabah” “Sumqayıt”a qalib gəldi - VİDEO

Bu gün Azərbaycanda Novruz bayramıdır

Bu gün Azərbaycanda Novruz bayramıdır

Bu gün Ramazan bayramıdır

Bu gün Ramazan bayramıdır

Rza Pəhləvi iranlıları dəstələr şəklində toplaşmağa ÇAĞIRDI

Rza Pəhləvi iranlıları dəstələr şəklində toplaşmağa ÇAĞIRDI

Bayram ərəfəsində bazarda qiymətlər necədir? - VİDEO

Bayram ərəfəsində bazarda qiymətlər necədir? - VİDEO

Ukraynalı futbolçu “Beşiktaş”a KEÇİR

Ukraynalı futbolçu “Beşiktaş”a KEÇİR

Qaxda yeniyetmələr arasında dava qanla nəticələndi

Qaxda yeniyetmələr arasında dava qanla nəticələndi

Netanyahu: “Mən sağam. Hamınız şahidsiniz” - VİDEO

Netanyahu: “Mən sağam. Hamınız şahidsiniz” - VİDEO

“Araz Naxçıvan”ın iki futbolçusu yığmaya ÇAĞIRILDI

“Araz Naxçıvan”ın iki futbolçusu yığmaya ÇAĞIRILDI

Gəncədə 34 yaşlı kişi naməlum şəraitdə XƏSARƏT ALDI

Gəncədə 34 yaşlı kişi naməlum şəraitdə XƏSARƏT ALDI

Azər Badamov: “Dövlət qulluğunda əməkhaqqı sistemi daha müasir və təkmil əsaslarla yenidən qurulur”

Azər Badamov: “Dövlət qulluğunda əməkhaqqı sistemi daha müasir və təkmil əsaslarla yenidən qurulur”

Ölkəmizin Latviyadakı səfirliyi bayram günlərində işləməyəcək - FOTO

Ölkəmizin Latviyadakı səfirliyi bayram günlərində işləməyəcək - FOTO

“ABŞ-da Ukrayna üzrə növbəti danışıqlar keçiriləcək” - Zelenski

“ABŞ-da Ukrayna üzrə növbəti danışıqlar keçiriləcək” - Zelenski

Bakı–Ələt yolunda KamAZ aşdı, uzun tıxac yarandı - VİDEO

Bakı–Ələt yolunda KamAZ aşdı, uzun tıxac yarandı - VİDEO

Sabunçuda evlərdən 25 min manatlıq oğurluq edən şəxs ƏLƏ KEÇDİ - VİDEO

Sabunçuda evlərdən 25 min manatlıq oğurluq edən şəxs ƏLƏ KEÇDİ - VİDEO

BƏƏ İrandan atılan 7 ballistik raket və 15 PUA zərərsizləşdirib

BƏƏ İrandan atılan 7 ballistik raket və 15 PUA zərərsizləşdirib

“Anderlext” bu futbolçu üçün “Qalatasaray”la danışıqlara BAŞLADI

“Anderlext” bu futbolçu üçün “Qalatasaray”la danışıqlara BAŞLADI

Hacıqabulda avtomobil aşıb, xəsarət alanlar var - FOTO/VİDEO

Hacıqabulda avtomobil aşıb, xəsarət alanlar var - FOTO/VİDEO

Gəncədə iki piyada xəstəxanalıq oldu

Gəncədə iki piyada xəstəxanalıq oldu

İranda “Qüds” qüvvələrinin liderlərindən biri ÖLDÜRÜLDÜ - FOTO

İranda “Qüds” qüvvələrinin liderlərindən biri ÖLDÜRÜLDÜ - FOTO

İdxal olunan yay meyvələrində virus AŞKARLANDI

İdxal olunan yay meyvələrində virus AŞKARLANDI

ÇL-də həftənin komandasında kimlər var?

ÇL-də həftənin komandasında kimlər var?

Kim sakitcə gözləyir və kim dərhal partlayır: Bürclərin reytinqi

Kim sakitcə gözləyir və kim dərhal partlayır: Bürclərin reytinqi

End of content

No more pages to load

RADİO