“Türkiyə Milli Təhlükəsizlik Şurası regionda sülh və sabitliyin təmin olunması üçün Cənubi Qafqazda rifaha töhfə verməyə davam edəcək”.
Bizim.Media xəbər verir ki, bu barədə Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilmiş Türkiyə Təhlükəsizlik Şurasının iclasının yekunlarına dair bəyanatda qeyd olunub.
İclasda həmçinin Azərbaycanla Ermənistan arasında son dövrlərdə sülh prosesi çərçivəsində əldə olunan müsbət irəliləyiş fonunda ikitərəfli və regional əməkdaşlıq imkanları da nəzərdən keçirilib.
Bizim.Media