Türkiyənin Strateji Araşdırmalar Mərkəzinin nümayəndələri Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.
Bizim.Media xəbər verir ki, bu barədə Strateji Araşdırmalar Mərkəzinin "X" hesabında paylaşım edilib.
"Şuşada keçirilən Birinci Türkiyə-Azərbaycan Beyin Mərkəzləri Forumuna qatılan Türkiyə nümayəndə heyəti olaraq Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşdük. Görüşdə Türkiyə-Azərbaycan əməkdaşlığının bütün aspektləri, eləcə də regional və qlobal hadisələr müzakirə edilib", - məlumatda qeyd olunub.

Bizim.Media