Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Niderland səfiri Marian De Yonq ilə görüşüb.
Bizim.Media xəbər verir ki, bu barədə Niderlandın Azərbaycandakı səfirliyinin rəsmi X hesabında paylaşım edilib.
Qeyd edilib ki, görüş zamanı regional məsələlər, Avropa İttifaqı ilə siyasi-iqtisadi əməkdaşlıq mövzuları, həmçinin Azərbaycan və Niderland arasında ikitərəfli əlaqələrin gücləndirilməsi məsələləri müzakirə edilib.
Bizim.Media