Bakı Təhlükəsizlik Forumunun Bəyannaməsi BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının sənədi kimi yayımlandı

21 sentyabr 2025-ci il tarixində “Terror aktları və silahlı münaqişələr zamanı humanitar böhranların və qlobal texnogen fəlakətlərin qarşısının alınmasında təhlükəsizlik orqanlarının birgə fəaliyyəti” mövzusunda keçirilmiş III Bakı Təhlükəsizlik Forumunun Bəyannaməsi və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tədbir iştirakçılarına müraciəti BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının sənədi kimi qeydiyyata alınaraq yayımlanıb.

Bu əlamətdar hal Bakı Təhlükəsizlik Forumunun təhlükəsizlik sahəsində artan əhəmiyyətindən, beynəlxalq institusional-hüquqi perspektivindən xəbər verir.

Bizim.Media xəbər verir ki, Forumun builki plenar iclası Bakı Təhlükəsizlik Forumunun Əsasnaməsinin və Bəyannaməsinin qəbul edilməsi, həmçinin ümumi razılıq əsasında dünyada ilk dəfə xüsusi xidmət və təhlükəsizlik orqanları arasında 24/7 rejimli Antiterror İnformasiya Mübadiləsi Sisteminin yaradılmasının qərara alınması ilə yadda qalıb.

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin təşkilatçılığı, 90-a yaxın xarici xüsusi xidmət orqanının rəhbərlərinin və yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə keçirilmiş tədbirin iştirakçılarına Prezident İlham Əliyevin ünvanladığı müraciətdə bildirilir ki, Forum qlobal və regional təhdid və risklərin müəyyənləşdirilməsi, onların neytrallaşdırılması yollarının araşdırılması baxımından unikal formata malik beynəlxalq tədbirdir.

Dünyanın bütün qitələrindən müxtəlif ölkələri təmsil edən xüsusi xidmət orqanı rəhbərlərinin və təhlükəsizlik məsələləri üzrə ekspertlərin ümumi təhdidlərlə mübarizə məqsədilə hər il Bakıda toplaşması ənənəsinin yaranması Forumun timsalında Bakının qarşılıqlı etimad və əməkdaşlıq məkanı olmasının bariz nümunəsidir.
 

Forumun Bəyannaməsində iştirakçı dövlətlər beynəlxalq hüququn təməl prinsiplərinə sadiqliklərini bildirərək, xüsusi xidmət və təhlükəsizlik orqanları tərəfindən transmilli mütəşəkkil cinayətkarlıq, beynəlxalq terrorçuluq və qlobal təhlükəsizliyə təhdid sayılan digər hallarla mübarizədə səylərin birləşdirilməsinin, qarşılıqlı əməkdaşlığın daha da genişləndirilməsinin, təcrübə və məlumat mübadilələrinin fasiləsiz, aktiv və operativ şəkildə aparılmasının və beynəlxalq təhlükəsizliyin etibarlı təmin olunması üçün davamlı olaraq birgə qətiyyətli addımların atılmasının vacibliyini bəyan ediblər.


Qeyd edək ki, Forumda həmçinin BMT-nin təhlükəsizlik sahəsində aidiyyəti strukturları təmsil olunub, Forumun Bəyannaməsinin və Azərbaycan Respublikası Prezidentinin müraciətinin BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının sənədi kimi qeydiyyata alınaraq yayımlanması Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsinin müraciəti əsasında olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yuxu keyfiyyətini pozan əsas səhvlər AÇIQLANDI

Yuxu keyfiyyətini pozan əsas səhvlər AÇIQLANDI

Macarıstandakı səfirliyimiz bayram günlərində təxirəsalınmaz konsulluq dəstəyi göstərəcək - FOTO

Macarıstandakı səfirliyimiz bayram günlərində təxirəsalınmaz konsulluq dəstəyi göstərəcək - FOTO

“Sabah” “Sumqayıt”a qalib gəldi - VİDEO

“Sabah” “Sumqayıt”a qalib gəldi - VİDEO

Bu gün Azərbaycanda Novruz bayramıdır

Bu gün Azərbaycanda Novruz bayramıdır

Bu gün Ramazan bayramıdır

Bu gün Ramazan bayramıdır

Rza Pəhləvi iranlıları dəstələr şəklində toplaşmağa ÇAĞIRDI

Rza Pəhləvi iranlıları dəstələr şəklində toplaşmağa ÇAĞIRDI

Bayram ərəfəsində bazarda qiymətlər necədir? - VİDEO

Bayram ərəfəsində bazarda qiymətlər necədir? - VİDEO

Ukraynalı futbolçu “Beşiktaş”a KEÇİR

Ukraynalı futbolçu “Beşiktaş”a KEÇİR

Qaxda yeniyetmələr arasında dava qanla nəticələndi

Qaxda yeniyetmələr arasında dava qanla nəticələndi

Netanyahu: “Mən sağam. Hamınız şahidsiniz” - VİDEO

Netanyahu: “Mən sağam. Hamınız şahidsiniz” - VİDEO

“Araz Naxçıvan”ın iki futbolçusu yığmaya ÇAĞIRILDI

“Araz Naxçıvan”ın iki futbolçusu yığmaya ÇAĞIRILDI

Gəncədə 34 yaşlı kişi naməlum şəraitdə XƏSARƏT ALDI

Gəncədə 34 yaşlı kişi naməlum şəraitdə XƏSARƏT ALDI

Azər Badamov: “Dövlət qulluğunda əməkhaqqı sistemi daha müasir və təkmil əsaslarla yenidən qurulur”

Azər Badamov: “Dövlət qulluğunda əməkhaqqı sistemi daha müasir və təkmil əsaslarla yenidən qurulur”

Ölkəmizin Latviyadakı səfirliyi bayram günlərində işləməyəcək - FOTO

Ölkəmizin Latviyadakı səfirliyi bayram günlərində işləməyəcək - FOTO

“ABŞ-da Ukrayna üzrə növbəti danışıqlar keçiriləcək” - Zelenski

“ABŞ-da Ukrayna üzrə növbəti danışıqlar keçiriləcək” - Zelenski

Bakı–Ələt yolunda KamAZ aşdı, uzun tıxac yarandı - VİDEO

Bakı–Ələt yolunda KamAZ aşdı, uzun tıxac yarandı - VİDEO

Sabunçuda evlərdən 25 min manatlıq oğurluq edən şəxs ƏLƏ KEÇDİ - VİDEO

Sabunçuda evlərdən 25 min manatlıq oğurluq edən şəxs ƏLƏ KEÇDİ - VİDEO

BƏƏ İrandan atılan 7 ballistik raket və 15 PUA zərərsizləşdirib

BƏƏ İrandan atılan 7 ballistik raket və 15 PUA zərərsizləşdirib

“Anderlext” bu futbolçu üçün “Qalatasaray”la danışıqlara BAŞLADI

“Anderlext” bu futbolçu üçün “Qalatasaray”la danışıqlara BAŞLADI

Hacıqabulda avtomobil aşıb, xəsarət alanlar var - FOTO/VİDEO

Hacıqabulda avtomobil aşıb, xəsarət alanlar var - FOTO/VİDEO

Gəncədə iki piyada xəstəxanalıq oldu

Gəncədə iki piyada xəstəxanalıq oldu

İranda “Qüds” qüvvələrinin liderlərindən biri ÖLDÜRÜLDÜ - FOTO

İranda “Qüds” qüvvələrinin liderlərindən biri ÖLDÜRÜLDÜ - FOTO

İdxal olunan yay meyvələrində virus AŞKARLANDI

İdxal olunan yay meyvələrində virus AŞKARLANDI

ÇL-də həftənin komandasında kimlər var?

ÇL-də həftənin komandasında kimlər var?

End of content

No more pages to load

RADİO