“Gülüstan” sarayında TDT-nin həmrəylik forumunun rəsmi açılışı olacaq

Azərbaycanın təşəbbüsü ilə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatları ilk dəfə bir yerə toplaşır.

Bizim.Media xəbər verir ki, bu gün Bakıda – “Gülüstan” sarayında Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumunun rəsmi açılışı olacaq.

Forumda Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Macarıstan və Şimali Kipr Türk Cümhuriyyətindən 500 nəfərdən çox vətəndaş cəmiyyəti təmsilçisi iştirak edəcək. Bu, ümumi iştirakçı sayına görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin xətti ilə indiyədək təşkil olunan ən böyük tədbirdir.

Artıq bütün nümayəndə heyətləri Bakıdadır. Onlar ötən gün Fəxri xiyabanı, Şəhidlər xiyabanını, Türk şəhidliyini, Zəfər parkını ziyarət edib, Heydər Əliyev Mərkəzi ilə tanış olublar.
 

Bu gün işə başlayacaq forum çərçivəsində 2 panel müzakirəsi keçiriləcək. “Zəngəzur dəhlizi: türk coğrafiyasını birləşdirən körpü” adlı paneldə Zəngəzur dəhlizinin açılmasından sonrakı yeni vəziyyətə hazırlıq, bu istiqamətdə Türk dünyasının vətəndaş cəmiyyəti təsisatlarının təşəbbüsləri müzakirə olunacaq.


İkinci panel isə “Azərbaycan-Qazaxıstan QHT-lərinin I Əməkdaşlıq Forumu” olacaq. Belə ki, ikitərəfli əsasda 2022-ci ildə Azərbaycan-Türkiyə, 2023-cü ildə Azərbaycan-Özbəkistan, 2024-cü ildə Özbəkistan-Azərbaycan QHT-lərinin əməkdaşlıq forumları baş tutub. Bu silsilənin davamı olaraq, bu il Qazaxıstanla ikitərəfli əsasda QHT-lərin təcrübə, bilik mübadiləsi aparılacaq, əməkdaşlığın dərinləşdirilməsi imkanları araşdırılacaq. Qarşıdakı dövrdə Qırğızıstan, Macarıstan, Şimali Kipr Türk Cümhuriyyəti, Türkmənistanla da analoji tədbirlərin keçirilməsi planlaşdırılır.

Bu gün Bakıda – “Gülüstan” sarayındakı müzakirələrə bədii-mədəni proqramla yekun vurulacaq.

Sabah isə forum işini Naxçıvan şəhərində davam etdirəcək. Türk Dövlətləri Təşkilatının tarixinə 2009-cu il tarixli “Naxçıvan Sazişi” ilə düşmüş, təşkilat üçün böyük rəmzi və mənəvi məna daşıyan Naxçıvan şəhərində təşkilata üzv ölkələrin QHT-lərinin Platformasının təsis olunması gözlənilir. Bu, forumun mühüm qalıcı irsinə çevriləcək. Platformaya rəhbərliyi Türk Dövlətləri Təşkilatının hazırkı sədri kimi Azərbaycan edəcək. Platformada 8 ölkədən QHT-lər birləşəcək.

Qeyd edək ki, bu ilin aprelində Bakıda dünyanın üçdə iki hissəsini əhatə edən bölgədən – 115 ölkədən vətəndaş cəmiyyəti təsisatlarının iştirakı ilə Qlobal Cənub QHT Platforması da təsis olunub.

Bu il, həmçinin dünya müsəlmanlarının 60 faizinin yaşadığı, “İslam Səkkizliyi” adlanan D-8 ölkələrinin QHT-lərinin ilk görüşü də Azərbaycanda təşkil olunub.

2025-ci il oktyabrın 20-də Xankəndidə Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu çərçivəsində “Dünyaya açılmış Azərbaycan QHT-ləri: təklənməyə qarşı birləşmə texnikası” adlı panel müzakirəsində xüsusi vurğulanıb ki, son 2 ildə Azərbaycan QHT-lərinin ən böyük uğuru dünyaya açılmalarıdır. Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin Platformasının təsis olunması bu istiqamətdə aparılan prosesin mühüm tərkib hissəsidir.

Naxçıvanda sabah forum çərçivəsində “WUF13-ə doğru - Türk dünyasında ilk” adlı panel müzakirələri də təşkil olunacaq.
 

Panel müzakirələrində Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurdakı nəhəng quruculuq və bərpa işlərinin miqyasının və sürətinin dünyanın postmünaqişə bölgələri üçün nümunə olması diqqət mərkəzində olacaq. Bundan başqa, Türk dünyası QHT-ləri 2026-cı ildə Azərbaycanda keçiriləcək 13-cü Dünya Şəhərsalma Forumunda fəal iştiraka dəvət olunacaq.


2025-ci il noyabrın 26-da Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumunun iştirakçıları Naxçıvan MR-də bir sıra yerlərlə tanış olacaq. Foruma birgə bəyanatın qəbul olunması ilə yekun vurulması nəzərdə tutulur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yuxu keyfiyyətini pozan əsas səhvlər AÇIQLANDI

Yuxu keyfiyyətini pozan əsas səhvlər AÇIQLANDI

Macarıstandakı səfirliyimiz bayram günlərində təxirəsalınmaz konsulluq dəstəyi göstərəcək - FOTO

Macarıstandakı səfirliyimiz bayram günlərində təxirəsalınmaz konsulluq dəstəyi göstərəcək - FOTO

“Sabah” “Sumqayıt”a qalib gəldi - VİDEO

“Sabah” “Sumqayıt”a qalib gəldi - VİDEO

Bu gün Azərbaycanda Novruz bayramıdır

Bu gün Azərbaycanda Novruz bayramıdır

Bu gün Ramazan bayramıdır

Bu gün Ramazan bayramıdır

Rza Pəhləvi iranlıları dəstələr şəklində toplaşmağa ÇAĞIRDI

Rza Pəhləvi iranlıları dəstələr şəklində toplaşmağa ÇAĞIRDI

Bayram ərəfəsində bazarda qiymətlər necədir? - VİDEO

Bayram ərəfəsində bazarda qiymətlər necədir? - VİDEO

Ukraynalı futbolçu “Beşiktaş”a KEÇİR

Ukraynalı futbolçu “Beşiktaş”a KEÇİR

Qaxda yeniyetmələr arasında dava qanla nəticələndi

Qaxda yeniyetmələr arasında dava qanla nəticələndi

Netanyahu: “Mən sağam. Hamınız şahidsiniz” - VİDEO

Netanyahu: “Mən sağam. Hamınız şahidsiniz” - VİDEO

“Araz Naxçıvan”ın iki futbolçusu yığmaya ÇAĞIRILDI

“Araz Naxçıvan”ın iki futbolçusu yığmaya ÇAĞIRILDI

Gəncədə 34 yaşlı kişi naməlum şəraitdə XƏSARƏT ALDI

Gəncədə 34 yaşlı kişi naməlum şəraitdə XƏSARƏT ALDI

Azər Badamov: “Dövlət qulluğunda əməkhaqqı sistemi daha müasir və təkmil əsaslarla yenidən qurulur”

Azər Badamov: “Dövlət qulluğunda əməkhaqqı sistemi daha müasir və təkmil əsaslarla yenidən qurulur”

Ölkəmizin Latviyadakı səfirliyi bayram günlərində işləməyəcək - FOTO

Ölkəmizin Latviyadakı səfirliyi bayram günlərində işləməyəcək - FOTO

“ABŞ-da Ukrayna üzrə növbəti danışıqlar keçiriləcək” - Zelenski

“ABŞ-da Ukrayna üzrə növbəti danışıqlar keçiriləcək” - Zelenski

Bakı–Ələt yolunda KamAZ aşdı, uzun tıxac yarandı - VİDEO

Bakı–Ələt yolunda KamAZ aşdı, uzun tıxac yarandı - VİDEO

Sabunçuda evlərdən 25 min manatlıq oğurluq edən şəxs ƏLƏ KEÇDİ - VİDEO

Sabunçuda evlərdən 25 min manatlıq oğurluq edən şəxs ƏLƏ KEÇDİ - VİDEO

BƏƏ İrandan atılan 7 ballistik raket və 15 PUA zərərsizləşdirib

BƏƏ İrandan atılan 7 ballistik raket və 15 PUA zərərsizləşdirib

“Anderlext” bu futbolçu üçün “Qalatasaray”la danışıqlara BAŞLADI

“Anderlext” bu futbolçu üçün “Qalatasaray”la danışıqlara BAŞLADI

Hacıqabulda avtomobil aşıb, xəsarət alanlar var - FOTO/VİDEO

Hacıqabulda avtomobil aşıb, xəsarət alanlar var - FOTO/VİDEO

Gəncədə iki piyada xəstəxanalıq oldu

Gəncədə iki piyada xəstəxanalıq oldu

İranda “Qüds” qüvvələrinin liderlərindən biri ÖLDÜRÜLDÜ - FOTO

İranda “Qüds” qüvvələrinin liderlərindən biri ÖLDÜRÜLDÜ - FOTO

İdxal olunan yay meyvələrində virus AŞKARLANDI

İdxal olunan yay meyvələrində virus AŞKARLANDI

ÇL-də həftənin komandasında kimlər var?

ÇL-də həftənin komandasında kimlər var?

End of content

No more pages to load

RADİO