Trampın sülh planına Ukraynadan REAKSİYA – EKSKLÜZİV

ABŞ Prezidenti Donald Trampın Ukrayna üzrə 28 maddəlik sülh planı dünya mediasında əsas müzakirə mövzularından biridir. Maddələr baxdıqda açıq-aydın görmək olur ki, sülh planı Ukraynanın kaputilyasiyasını özündə ehtiva edir.

Bəs sözügedən təkliflərə Ukraynanın reaksiyası necədir?

Mövzuya bağlı ukraynalı hərbi ekspert Aleksandr Kovalenko Bizim.Media-nın suallarını cavablandırıb. Ekspert hesab edir ki, Ukrayna sənədi qəbul etməyəcək:
 

MÖVZU İLƏ BAĞLI:

Trampın Ukrayna ilə bağlı 28 maddəlik sülh planının TAM MƏTNİ – FOTO


“Əlbəttə, Ukrayna bu planı heç vaxt qəbul etməyəcək, çünki bu sənəd Ukrayna tərəfini qətiyyən qane etmir. Əslində Ağ Ev tərəfindən təqdim olunan təklif münaqişənin həlli deyil, Ukraynanın suverenliyinin itirilməsi deməkdir. Buna görə də Ukrayna bu cür qərarı qəbul edə bilməz. Bu, birinci məqamdır.

İkinci məqam isə odur ki, müəyyən mənada Rusiya üçün də bu plan uyğun deyil, çünki Rusiyanın məqsədi və vəzifəsi müharibəni davam etdirməkdir. Rusiya müharibəni, hücum əməliyyatlarını davam etdirəcək və Ukrayna ərazilərini öz nəzarəti altında saxlamağa çalışacaq. Buna görə də müharibənin dayandırılması və hansısa sülh formulunun tapılması Rusiyanı da qane etmir. Rusiyanın hədəflədiyi yeganə “həll” Ukrayna torpaqlarının ələ keçirilməsidir”.

Ukrayna üçün isə əsas prioritet işğal olunmuş ərazilərin azad edilməsidir.

Ekspert hesab edir ki, məhz bu məsələ əsas ziddiyyət nöqtəsidir:

“Bu cür problem isə hansısa planın içində sadəcə müəyyən bəndlər siyahıya alınmaqla həll edilə bilməz, xüsusən də, bu planın müəllifi bir növ dilettantdır (dərin biliklərə malik olmayan). Çünki Stiv Uitkov peşəkar diplomat deyil. Ola bilsin ki, o, bacarıqlı biznesmendir, amma diplomat kimi tamamilə səriştəsizdir. Onun öz vəzifəsində olduğu bir il ərzindəki fəaliyyəti heç bir fayda gətirməyib, əksinə, çoxsaylı çatışmazlıqları ortaya çıxarıb. Ona görə də bu plana sadəcə olaraq əhəmiyyət vermirik.

Buna, Ağ Evin növbəti “sülhyaratma təşəbbüsü” kimi baxırıq, amma bunun heç bir nəticəsi olmayacaq. Sözügedən plan tərəfləri danışıqlar masasına yaxınlaşdırmır, əksinə, daha da uzaqlaşdırır. Belə təəssürat yaranır ki, Ağ Ev bu münaqişəni həll etməyə çalışmır, ya da sadəcə olaraq necə həll edəcəyini bilmir”.

Bəs ABŞ-ın sözügedən sülh təklifi tərəflər arasında qəbul edilməyəcəyi təqdirdə müharibənin gedişatı necə olacaq?
 

“Gələcək proseslərə gəlincə, demək olar ki, sülhyaratma diplomatiyası artıq bir neçə dəfə öz acizliyini göstərib. Bu vəziyyətdə həqiqətən işləyə biləcək yeganə yol güc diplomatiyasıdır. ABŞ bu müharibəni həll etmək istəyirsə, məhz Rusiyaya qarşı güc diplomatiyasına keçməlidir. Başqa heç bir strategiya mümkün deyil.


Xüsusilə də, əgər seçilən strategiya Ukraynanı öz işğal olunmuş ərazilərini Rusiyaya məxsus kimi tanımağa məcbur etməkdirsə, bu, Vaşinqton üçün tarixi miqyasda geosiyasi fiasko və böyük bir rüsvayçılıq olardı. Ona görə hesab edirəm ki, bu planın nə gələcəyi var, nə də həyata keçməsi mümkündür”, - deyə A.Kovalenko əlavə edib.

Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Əmək qanunvericiliyi gender bərabərliyinə tam təminat yaradır

Əmək qanunvericiliyi gender bərabərliyinə tam təminat yaradır

İqor Tudora qarşı rəsmi ittiham irəli sürüldü

İqor Tudora qarşı rəsmi ittiham irəli sürüldü

Yuxu keyfiyyətini pozan əsas səhvlər AÇIQLANDI

Yuxu keyfiyyətini pozan əsas səhvlər AÇIQLANDI

Macarıstandakı səfirliyimiz bayram günlərində təxirəsalınmaz konsulluq dəstəyi göstərəcək - FOTO

Macarıstandakı səfirliyimiz bayram günlərində təxirəsalınmaz konsulluq dəstəyi göstərəcək - FOTO

“Sabah” “Sumqayıt”a qalib gəldi - VİDEO

“Sabah” “Sumqayıt”a qalib gəldi - VİDEO

Bu gün Azərbaycanda Novruz bayramıdır

Bu gün Azərbaycanda Novruz bayramıdır

Bu gün Ramazan bayramıdır

Bu gün Ramazan bayramıdır

Rza Pəhləvi iranlıları dəstələr şəklində toplaşmağa ÇAĞIRDI

Rza Pəhləvi iranlıları dəstələr şəklində toplaşmağa ÇAĞIRDI

Bayram ərəfəsində bazarda qiymətlər necədir? - VİDEO

Bayram ərəfəsində bazarda qiymətlər necədir? - VİDEO

Ukraynalı futbolçu “Beşiktaş”a KEÇİR

Ukraynalı futbolçu “Beşiktaş”a KEÇİR

Qaxda yeniyetmələr arasında dava qanla nəticələndi

Qaxda yeniyetmələr arasında dava qanla nəticələndi

Netanyahu: “Mən sağam. Hamınız şahidsiniz” - VİDEO

Netanyahu: “Mən sağam. Hamınız şahidsiniz” - VİDEO

“Araz Naxçıvan”ın iki futbolçusu yığmaya ÇAĞIRILDI

“Araz Naxçıvan”ın iki futbolçusu yığmaya ÇAĞIRILDI

Gəncədə 34 yaşlı kişi naməlum şəraitdə XƏSARƏT ALDI

Gəncədə 34 yaşlı kişi naməlum şəraitdə XƏSARƏT ALDI

Azər Badamov: “Dövlət qulluğunda əməkhaqqı sistemi daha müasir və təkmil əsaslarla yenidən qurulur”

Azər Badamov: “Dövlət qulluğunda əməkhaqqı sistemi daha müasir və təkmil əsaslarla yenidən qurulur”

Ölkəmizin Latviyadakı səfirliyi bayram günlərində işləməyəcək - FOTO

Ölkəmizin Latviyadakı səfirliyi bayram günlərində işləməyəcək - FOTO

“ABŞ-da Ukrayna üzrə növbəti danışıqlar keçiriləcək” - Zelenski

“ABŞ-da Ukrayna üzrə növbəti danışıqlar keçiriləcək” - Zelenski

Bakı–Ələt yolunda KamAZ aşdı, uzun tıxac yarandı - VİDEO

Bakı–Ələt yolunda KamAZ aşdı, uzun tıxac yarandı - VİDEO

Sabunçuda evlərdən 25 min manatlıq oğurluq edən şəxs ƏLƏ KEÇDİ - VİDEO

Sabunçuda evlərdən 25 min manatlıq oğurluq edən şəxs ƏLƏ KEÇDİ - VİDEO

BƏƏ İrandan atılan 7 ballistik raket və 15 PUA zərərsizləşdirib

BƏƏ İrandan atılan 7 ballistik raket və 15 PUA zərərsizləşdirib

“Anderlext” bu futbolçu üçün “Qalatasaray”la danışıqlara BAŞLADI

“Anderlext” bu futbolçu üçün “Qalatasaray”la danışıqlara BAŞLADI

Hacıqabulda avtomobil aşıb, xəsarət alanlar var - FOTO/VİDEO

Hacıqabulda avtomobil aşıb, xəsarət alanlar var - FOTO/VİDEO

Gəncədə iki piyada xəstəxanalıq oldu

Gəncədə iki piyada xəstəxanalıq oldu

İranda “Qüds” qüvvələrinin liderlərindən biri ÖLDÜRÜLDÜ - FOTO

İranda “Qüds” qüvvələrinin liderlərindən biri ÖLDÜRÜLDÜ - FOTO

End of content

No more pages to load

RADİO