Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan Cənubi Qafqaz və Gürcüstanla bağlı böhran məsələləri üzrə Aİ-nin xüsusi nümayəndəsi Maqdalena Qrononu qəbul edib.
Bizim.Media erməni KİV-lərinə istinadən xəbər verir ki, görüşdə tərəflər regional prosesləri müzakirə edib, bölgədə kommunikasiyaların açılması məsələsinə toxunublar.
Hər iki tərəf Azərbaycanla sərhədin delimitasiyası prosesinin davam etdirilməsinin vacibliyini vurğulayıb.
Xatırladaq ki, Azərbaycanın hələ də 4 kəndi Ermənistan silahlı qüvvələrinin nəzarətindədir. Çox böyük ehtimalla, həmin kəndlər delitimasiya və demarkasiya proseslərindən sonra Azərbaycana qaytıralacaq.
Bizim.Media