“Azərbaycan daim ədalətin və haqqın tərəfdarı olub. Biz də hər zaman Azərbaycanın prinsipial mövqeyini və ərazi bütövlüyünü qorumağa sadiq olmuşuq”.
Bizim.Media xəbər verir ki, bu fikirləri “Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpası: beynəlxalq hüquqi aspektlər” mövzusunda Bakıda keçirilən elmi-praktiki konfransa onlayn formatda qoşulan Fransa Parlamentinin Fəxri deputatı, Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jerom Lambert səsləndirib.
O bildirib ki, Azərbaycanın milli dəyərləri və tarixi təcrübəsi bizə bu mürəkkəb şəraitdə istiqamət göstərir.
“Tarixi çətinliklərdən və müharibələrdən belə nəticə çıxarmaq olar ki, ədalətə və dövlətçilik prinsiplərinə sadiqlik hər zaman əsas götürülməlidir”, - deyə Assosiasiyasının prezidenti vurğulayıb.
Bizim.Media