Altılıq formatının YÜKSƏLİŞİ – Azərbaycan-Mərkəzi Asiya geosiyasi əməkdaşlığının PERSPEKTİVLƏRİ

Azərbaycan dövləti beynəlxalq əməkdaşlıq çərçivələrini Asiya coğrafiyası hesabına sürətlə genişləndirir. Prezident İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə iştirakı bu əlaqələri bir qədər də gücləndirəcək və qarşılıqlı təmasları yeni müstəviyə keçirəcək.

“Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında münasibətlər xüsusi xarakter daşıyır. Bizi çoxəsrlik ortaq tarix, mənəvi və mədəni irs, qardaşlıq, dostluq, həmrəylik birləşdirir. Biz bu əlaqələri nəinki qoruyub saxlamışıq, həm də onlara strateji tərəfdaşlıq xarakterinə malik olan yeni dinamika bəxş etmişik”.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti

Asiya platformasının dəyərli üzvü


Prezidentin 7-ci Məşvərət görüşündə səsləndirdiyi bu fikirlər tam reallığı əks etdirməklə yanaşı praktik nəticələr də verir. Məsələn, Daşkənd zirvəsi ilə Azərbaycan rəsmən Mərkəzi Asiya ölkələrinin əməkdaşlıq formatına qoşulur, bununla da sözügedən formatın ölkə tərkibi mövcud “5-lik”dən “6-lığa” çevrilir, fakt olaraq, Azərbaycan və Mərkəzi Asiya ölkələri vahid regional platforma çərçivəsində birləşir, ən nəhayət, rəsmi Bakı Mərkəzi Asiya üzrə keçirilən Məşvərət Görüşlərinin tamhüquqlu üzvü statusunu qazanır.

Beləliklə, Cənubi Qafqaz və Mərkəzi Asiya bölgələri 6 postsovet ölkəsini bir araya gətirən ən uğurlu əməkdaşlıq modellərindən birini yaradır. Çünki, iki strateji regionu əhatə edən “Altılıq platforması”nda təmsil olunan dövlətlər həm zəngin təbii resurslara sahibdir, həm əlverişli coğrafi mövqeyi ilə seçilir, həm də yaxın dillərin və eyni dinin daşıyıcıları olan xalqları birləşdirdiyindən onun uzunömürlü və effektiv birlik olacağına şübhə yoxdur.
 

Ümumiyyətlə, rəsmi Bakı Cənubi Qafqaz və Mərkəzi Asiya arasında siyasi, iqtisadi, nəqliyyat və enerji sahələrində faktiki, güclü birləşdirici bəndə çevrilməkdədir. Sözügedən bölgədə yerləşən respublikalarla MDB, AQEM, İqtisadi Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı və digərləri çərçivəsində qurulan möhkəm əlaqələr isə tək oxşar tarixi-etnik köklər deyil, həm də güclü iqtisadi potensial və zəngin təbii resurslarla bağlıdır.


Bir sözlə, Özbəkistanın paytaxtı Daşkənddə düzənlənən görüş gələcək prioritetlərə nəzər yetirmək və birgə layihələri reallaşdırmaq üçün “yol xəritəsi”ni müəyyənləşdirir. Bakı və Mərkəzi Asiya üzrə tərəfdaşlar arasında siyasi-diplomatik əməkdaşlıq həm ikitərəfli müstəvidə, həm də beynəlxalq təşkilatlar çərçivəsində öz effektiv nəticələrini göstərir. Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi zəfərin Asiya coğrafiyasında yerləşən dostlar tərəfindən dəstəklənməsi, Qarabağ və Şərqi Zəngəzurda davam edən quruculuq prosesinə Mərkəzi Asiyadan olan ölkələrin verdiyi töhfələr bir daha təsdiqləyir ki, bizi təkcə coğrafiya, tarixi-mədəni əlaqələr, ortaq dini və mənəvi dəyərlər, adət-ənənələr deyil, həm də postmüharibə reallıqları və qlobal çağırışlar birləşdirir.

Ortaq maraqlar, zəngin təbii resurslar

Əməkdaşlığın 2-ci mühüm istiqaməti iqtisadi sektor sayılır. Azərbaycan və Mərkəzi Asiya ölkələrini şaxələndirilmiş ticarət yollarının inkişafı və regional sabitliyin gücləndirilməsindəki ortaq maraqlar da bir araya gətirir. Ölkələrimizin iqtisadi əlaqələrində son illərin statistikası isə hər şeyi öz yerinə qoyur. Belə ki,

-2024-cü ildə Azərbaycan və Qazaxıstan arasında qarşılıqlı ticarət dövriyyəsi 50 faiz artaraq 470 milyon dollara çatıb, cari ilin 1-ci yarısında ticarət dövriyyəsi 501 milyon dollara çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,2 dəfə çoxdur;

-2025-ci ilin yanvar-may aylarında Azərbaycanla Türkmənistan arasında ticarət dövriyyəsinin həcmi 118,479 milyon dollar təşkil edib;

-Azərbaycanla Özbəkistan arasındakı əmtəə dövriyyəsi 2025-ci ilin yanvar-sentyabr aylarında keçən ilin eyni dövrü ilə müqayisədə 87,5 faiz artıb;

-Bu ilin yanvar-avqust aylarında Azərbaycanın Tacikistanla ticarət dövriyyəsinin ümumi həcmi 2024-cü ilin eyni dövrünə nisbətdə 2,5 dəfə artıb;

-2025-ci ilin yanvar-avqust aylarında Azərbaycanın Qırğızıstanla ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 99,1 faiz artıb.


Bəli, rəqəmlərdən iqtisadi əməkdaşlığın effektivliyi və dinamikliyi aydın görünür. Nəqliyyat və enerji, üstəlik, bərpaolunan enerji sektorları ilə bağlı qarşıda hələ bir neçə geostrateji layihənin də həyata keçiriləcəyini bura əlavə etsək, Daşkənd sammitindən sonra “Altılıq” formatına çevrilən Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığının dərinləşməsi üçün geniş potensialın mövcudluğunu qətiyyətlə söyləmək olar. Bu gün hər kəs görür ki, Azərbaycan Qərb bazarlarına çıxış əldə etmək istəyən Mərkəzi Asiya dövlətləri üçün mühüm tranzit ölkədir.

Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu və Orta Dəhlizin hərəkətverici qüvvələrindən biri olan Azərbaycan nəqliyyat infrastrukturunu – xüsusilə də, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu xəttini genişləndirir. Dəmiryolu, dəniz, hava nəqliyyatının bir qədər də təkmilləşdirilməsi səbəbindən isə dünya gücləri və tərəfdaş ölkələr Azərbaycanı Orta Dəhlizin əsas halqası adlandırır.

-Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında tranzit daşımaların həcmi 2024-cü ildə 1,3 milyon tonu ötdü və 2023-cü illə müqayisədə 18 faizdən çox artım qeydə alındı;

-2025-ci ilin ilk 9 ayında isə bu rəqəm nəqliyyat mübadiləsində davamlı dinamik artım nümayiş etdirərək 1 milyon tona yaxınlaşır;

-Yaxın illərdə gücü 25 milyon tona çatacaq Ələt Beynəlxalq Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu və 9 beynəlxalq hava limanı ölkəmizin qlobal nəqliyyat və logistika qovşağı rolunu gücləndirir;

-illik ötürücülük gücü 15 milyon ton nəzərdə tutulan Zəngəzur dəhlizinin açılması bütün Mərkəzi Asiya ölkələrinə böyük fayda gətirəcək.


Ayırıcı yox, birləşdirici ölkə

Azərbaycan dayanıqlı inkişafa qlobal keçid şəraitində enerji təhlükəsizliyi və bərpaolunan enerji mənbələrinin inkişafı məsələlərində də əsas tərəfdaşa çevrilir. 2024-cü ildə Azərbaycan, Qazaxıstan və Özbəkistan liderlərinin enerji sistemlərinin inteqrasiyası və bərpaolunan enerji mənbələrinin təşviqinə yönəlmiş bir sıra strateji saziş və memorandumlar imzalamaları həm Cənubi Qafqaz, həm də Mərkəzi Asiya regionlarının inkişafı çərçivəsində enerji əməkdaşlığının gücləndirilməsi üçün yeni perspektivlər açır.
 

Daha bir mühüm detal... Ermənistan Qazaxıstan da daxil olmaqla Mərkəzi Asiya respublikalarından taxıl və digər məhsullar idxal etmək niyyətindədir. Bu məsələdə Azərbaycan yenə də birləşdirici missiya yerinə yetirir. Məğlub ölkəyə tranzit məhdudiyyətlərinin aradan qaldırılması, Mərkəzi Asiyadan gələn yüklərin Ermənistana ötürülməsi rəsmi Bakının xeyirxah və sülh jesti olduğu qədər həm də Zəngəzur dəhlizinin açılması zərurətini artırır.


Bir sözlə, Azərbaycanın Çindən tutmuş Mərkəzi Asiya ölkələri, Türkiyə və uzaq ABŞ-a qədər geniş coğrafiyada nüfuz qazanması onun regional əməkdaşlıqla bağlı imperativlərinin də hər kəs tərəfindən qəbulunu şərtləndirəcək. Bu isə Mərkəzi Asiya formatının tamhüquqlü üzvü kimi ölkəmizin geniş geostrateji məkanda vazkeçilməz tərəfdaşa çevrildiyinin real təsdiqidir.


Əlibala Məhərrəmzadə, Milli Məclisin deputatı

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Arıqlama iynələrinin istifadəsini dayandırmaq çəki artımını 4 dəfə sürətləndirir

Arıqlama iynələrinin istifadəsini dayandırmaq çəki artımını 4 dəfə sürətləndirir

“Beşiktaş” müdafiəçisi ilə yollarını AYIRDI

“Beşiktaş” müdafiəçisi ilə yollarını AYIRDI

Qoçları 2026-cı ildə nə gözləyir? – Elə sürprizlərlə qarşılacaqsınız ki...

Qoçları 2026-cı ildə nə gözləyir? – Elə sürprizlərlə qarşılacaqsınız ki...

Azad olunan ərazilərə qayıdanlara XƏBƏRDARLIQ

Azad olunan ərazilərə qayıdanlara XƏBƏRDARLIQ

Xalq artistindən TƏSİRLİ PAYLAŞIM: “7 il sənsiz…” - FOTO

Xalq artistindən TƏSİRLİ PAYLAŞIM: “7 il sənsiz…” - FOTO

Sələmçini öldürməkdə təqsirləndirilən şəxs: "Təhqir etdiyinə görə vurdum"

Sələmçini öldürməkdə təqsirləndirilən şəxs: "Təhqir etdiyinə görə vurdum"

İran hakimiyyəti etirazçılara qarşı tədbirləri GÜCLƏNDİRİR

İran hakimiyyəti etirazçılara qarşı tədbirləri GÜCLƏNDİRİR

"Tərtərçay" sağ sahil suvarma kanalı yenidən qurulacaq - VİDEO

"Tərtərçay" sağ sahil suvarma kanalı yenidən qurulacaq - VİDEO

“Zirə” Rumıniya klubu ilə heç-heçə etdi

“Zirə” Rumıniya klubu ilə heç-heçə etdi

İrandan idxal olunan məhsullar BAHALAŞDI - VİDEO

İrandan idxal olunan məhsullar BAHALAŞDI - VİDEO

Azərbaycan “Avroviziya”nın ikinci yarımfinalında ÇIXIŞ EDƏCƏK - FOTO

Azərbaycan “Avroviziya”nın ikinci yarımfinalında ÇIXIŞ EDƏCƏK - FOTO

Zelenski: “Yaxın günlərdə ruslar yeni kütləvi zərbə hazırlayır”

Zelenski: “Yaxın günlərdə ruslar yeni kütləvi zərbə hazırlayır”

Bakıda məşhur lisey rus bölməsinə qəbulu DAYANDIRIR

Bakıda məşhur lisey rus bölməsinə qəbulu DAYANDIRIR

Rusiya silahlı qüvvələri Qara dənizdə tankerə hücum etdi

Rusiya silahlı qüvvələri Qara dənizdə tankerə hücum etdi

Rəqsanə Nəsimi Nəbizadədən DANIŞDI

Rəqsanə Nəsimi Nəbizadədən DANIŞDI

“Qarabağ” Özbəkistan klubunu DARMADAĞIN ETDİ

“Qarabağ” Özbəkistan klubunu DARMADAĞIN ETDİ

Dövlət başçısı “Taxtakörpü”, “Şəmkirçay” su anbarlarının önəmindən DANIŞDI - VİDEO

Dövlət başçısı “Taxtakörpü”, “Şəmkirçay” su anbarlarının önəmindən DANIŞDI - VİDEO

Prezidentdən TAPŞIRIQ: “Dənizə buraxılan sular 100 faiz təmizlənməlidir” - VİDEO

Prezidentdən TAPŞIRIQ: “Dənizə buraxılan sular 100 faiz təmizlənməlidir” - VİDEO

Qanunsuz orden-medallar təsis edən QHT rəhbərlərinin işi MƏHKƏMƏYƏ GÖNDƏRİLDİ

Qanunsuz orden-medallar təsis edən QHT rəhbərlərinin işi MƏHKƏMƏYƏ GÖNDƏRİLDİ

Əraqçi: “İran hakimiyyəti ölkədəki etirazları tanıyıb, Pezeşkian etirazçılarla dialoqa girib”

Əraqçi: “İran hakimiyyəti ölkədəki etirazları tanıyıb, Pezeşkian etirazçılarla dialoqa girib”

Əməkdar artist efirə velosipedlə gəldi - VİDEO

Əməkdar artist efirə velosipedlə gəldi - VİDEO

Əraqçi Britaniyanı İranın daxili işlərinə qarışmaqdan çəkinməyə ÇAĞIRDI

Əraqçi Britaniyanı İranın daxili işlərinə qarışmaqdan çəkinməyə ÇAĞIRDI

Bayramda kökəlmisinizsə, narahat olmağa DƏYMƏZ - ARAŞDIRMA

Bayramda kökəlmisinizsə, narahat olmağa DƏYMƏZ - ARAŞDIRMA

“Sabah” bu futbolçunun da transfer hüququnu almaq istəyir

“Sabah” bu futbolçunun da transfer hüququnu almaq istəyir

End of content

No more pages to load

RADİO