Prezident İlham Əliyev Azərbaycanın Ukraynadakı səfirliyinin binasının növbəti dəfə raket zərbəsinə məruz qalmasını pisləyib.
Bizim.Media xəbər verir ki, Azərbaycan dövlət başçısı bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı zamanı bildirib.
MÖVZU İLƏ BAĞLI:
İlham Əliyevlə Zelenski arasında telefon danışığı
Prezident İlham Əliyev bununla əlaqədar ciddi narahatlığını ifadə edib, beynəlxalq hüququn norma və prinsiplərinə əsasən diplomatik nümayəndəliklərə qarşı bu cür hücumların qəbuledilməz olduğunu vurğulayıb.
Qeyd edək ki, 14 noyabr tarixində təqribən gecə saat 01:00-da Ukraynanın paytaxtı Kiyev şəhərinə raket və dron hücumları nəticəsində İsgəndər tipli raketlərdən biri Azərbaycan səfirliyinin ərazisinə düşüb.
Bununla bağlı Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə çağırılıb.
Bununla bağlı ona kəskin etiraz bildirilib və müvafiq nota təqdim edilib. Son partlayış nəticəsində Səfirliyin ərazisinin hasarının bir hissəsinin tamamilə dağılıb, konstruksiyaların, xidməti avtomobillərin, inzibati binanın və Səfirliyin konsulluq şöbəsinin zədələnib, həmçinin diplomatik nümayəndəliyin ərazisinə ciddi ziyan vurulub.
Bizim.Media