Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası KEÇİRİLDİ – FOTO

2025-ci il noyabrın 14-də Xankəndi şəhərində “Beynəlxalq nəqliyyat xətlərinin təhlükəsizliyinin təmin olunmasında xüsusi xidmət orqanlarının rolu” mövzusunda Türk Dövlətlərinin Xüsusi Xidmət Orqanları Konfransının XXVII plenar iclası keçirilib. 

Bizim.Media xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev, Xarici Kəşfiyyat Xidmətinin rəisi general-polkovnik Orxan Sultanov, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın müvafiq xidmət rəhbərləri, həmçinin fəxri qonaq qismində Macarıstandan olan nümayəndə iştirak edib.
 

Tədbiri açıq elan edən DTX-nin rəisi general-polkovnik Əli Nağıyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tədbir iştirakçılarına ünvanladığı müraciəti səsləndirdikdən sonra plenar iclasın mövzusu ilə bağlı geniş nitqlə çıxış edib.


Müasir dövrdə beynəlxalq sabitliyə çoxsaylı təhdidlərin dünyanın nəqliyyat və kommunikasiya xətlərinin təhlükəsizliyinə təsirsiz ötüşmədiyini və türk dövlətlərinin önəmli nəqliyyat şəbəkələrinin üzərində yerləşdiyini qeyd edən Xidmət rəisi bildirib ki, həmin nəqliyyat marşrutlarının təhlükəsizliyinin təmin olunması üçün sözügedən ölkələr arasında müvafiq sahədə əməkdaşlıq əlaqələrinin davamlı şəkildə möhkəmləndirilməsi, birgə səylərin hər zaman səfərbər edilməsi, məlumat mübadiləsinin daha intensiv aparılması vacibdir.

General-polkovnik Əli Nağıyev beynəlxalq nəqliyyat və kommunikasiya xətlərinin təhlükəsiz fəaliyyətinin təminatında, onların beynəlxalq terrorçuluq, transmilli mütəşəkkil cinayətkarlıq, qaçaqmalçılıq və sair mənfi təzahürlü hallardan qorunmasında xüsusi xidmət orqanlarının oynadığı roldan da ətraflı söhbət açıb.
 

Vurğulanıb ki, Uzaq Şərqdən Avropaya qədər uzanan Orta Dəhlizin vacib tərkib hissəsi olan Zəngəzur dəhlizinin reallaşdırılmasına bəzi destruktiv dairələr hər vəchlə maneçilik törətməyə çalışır və bu amil göstərilən istiqamətdə təhlükəsizliyin etibarlı təmin olunmasını mühüm vəzifələrdən biri kimi qarşıya qoyur.


Daha sonra tədbir digər iştirakçıların çıxışları və qarşılıqlı müzakirələrlə davam edib, sonda plenar iclasın yekun sənədi imzalanıb.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Silah zavodunda həlak olan mayor imiş... – FOTO

Silah zavodunda həlak olan mayor imiş... – FOTO

SON DƏQİQƏ! Azərbaycan Rusiyaya nota verdi

SON DƏQİQƏ! Azərbaycan Rusiyaya nota verdi

Elnur Bağırov bu Komissiyanın üzvü oldu – FƏRMAN

Elnur Bağırov bu Komissiyanın üzvü oldu – FƏRMAN

Prezidentdən AYNA ilə bağlı FƏRMAN

Prezidentdən AYNA ilə bağlı FƏRMAN

Masazırda qanunsuz tikililər söküldü – VİDEO

Masazırda qanunsuz tikililər söküldü – VİDEO

SON DƏQİQƏ! “Azərsilah”ın zavodunda QƏZA – Ölən var

SON DƏQİQƏ! “Azərsilah”ın zavodunda QƏZA – Ölən var

Əhmədlidə TORPAQ SÜRÜŞMƏSİ – Daha hansı ərazilər təhlükə altındadır?

Əhmədlidə TORPAQ SÜRÜŞMƏSİ – Daha hansı ərazilər təhlükə altındadır?

Bu ilin doqquz ayında 1564 nəfər Azərbaycandan GEDİB

Bu ilin doqquz ayında 1564 nəfər Azərbaycandan GEDİB

Nikah və boşanmaların sayı AZALIB

Nikah və boşanmaların sayı AZALIB

Azərbaycan əhalisinin SAYI AÇIQLANDI

Azərbaycan əhalisinin SAYI AÇIQLANDI

DÇ-2026: Azərbaycan - Fransa oyununun hakimləri BİLİNDİ

DÇ-2026: Azərbaycan - Fransa oyununun hakimləri BİLİNDİ

Biləsuvarda YOL QƏZASI – Yaralananlar var

Biləsuvarda YOL QƏZASI – Yaralananlar var

Samir Allahverdiyev yüksək vəzifəyə TƏYİN EDİLDİ

Samir Allahverdiyev yüksək vəzifəyə TƏYİN EDİLDİ

Türkiyədə cinayətkarlara qarşı əməliyyat: Azərbaycan polisi də məlumat verib – VİDEO

Türkiyədə cinayətkarlara qarşı əməliyyat: Azərbaycan polisi də məlumat verib – VİDEO

Bu il ölkəmizdə baş verən zəlzələlərin sayı AÇIQLANDI – RƏSMİ

Bu il ölkəmizdə baş verən zəlzələlərin sayı AÇIQLANDI – RƏSMİ

İsraildə bayraq QALMAQALI: Qalkinlə bağlı araşdırma BAŞLADI – VİDEO

İsraildə bayraq QALMAQALI: Qalkinlə bağlı araşdırma BAŞLADI – VİDEO

Dəmir yoluna çıxan mal-qara qatarlara təhlükə yaratdı – ANBAAN VİDEO

Dəmir yoluna çıxan mal-qara qatarlara təhlükə yaratdı – ANBAAN VİDEO

DİN əməliyyat keçirdi: 6 nəfər həbs edildi – FOTO

DİN əməliyyat keçirdi: 6 nəfər həbs edildi – FOTO

Bakıda ərinin baltalayaraq öldürdüyü qadın vəzifəli şəxs imiş - FOTO

Bakıda ərinin baltalayaraq öldürdüyü qadın vəzifəli şəxs imiş - FOTO

Dövlət Komitəsindən azyaşlıların reklam çəkilişlərinə cəlb edilməsi ilə bağlı XƏBƏRDARLIQ

Dövlət Komitəsindən azyaşlıların reklam çəkilişlərinə cəlb edilməsi ilə bağlı XƏBƏRDARLIQ

Əli Nağıyev: “Bəzi destruktiv dairələr Zəngəzur dəhlizinin reallaşdırılmasına maneçilik törətməyə çalışır”

Əli Nağıyev: “Bəzi destruktiv dairələr Zəngəzur dəhlizinin reallaşdırılmasına maneçilik törətməyə çalışır”

Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası KEÇİRİLDİ – FOTO

Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası KEÇİRİLDİ – FOTO

Xaricdən avtomobil sifariş edənlərin NƏZƏRİNƏ! - Bu tarixdən güzəşt olmayacaq – RƏSMİ

Xaricdən avtomobil sifariş edənlərin NƏZƏRİNƏ! - Bu tarixdən güzəşt olmayacaq – RƏSMİ

Dekabrda neçə gün iş olmayacaq?

Dekabrda neçə gün iş olmayacaq?

End of content

No more pages to load

RADİO