“İdman sahəsində əməkdaşlıqda yaxşı nəticələr var”.
Bizim.Media xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Özbəkistanın UzA agentliyinə müsahibəsində deyib.
Dövlət başçısı bildirib ki, iki ölkənin (Azərbaycan və Özbəkistanın) birgə səyləri sayəsində FIFA İcraiyyə Komitəsi 2027-ci ildə keçiriləcək futbol üzrə U-20 Dünya çempionatının final mərhələsini Azərbaycanda və Özbəkistanda təşkil etmək qərarına gəlib:
“Bu, Avropa ilə Asiyanı birləşdirəcək ortaq tarixi nailiyyətdir”.
Bizim.Media