İlham Əliyev: "Bəzi hallarda qanunsuz əməllərin təməlində harınlamış, acgöz məmurların göstərişləri olub"

"Bəzi hallarda qanunsuz əməllərin təməlində harınlamış, acgöz, gözü doymayan mərkəzdə oturan məmurların göstərişləri olub".
 

MÖVZU İLƏ BAĞLI:

 Yeni təyin olunan icra başçıları Prezidentin QƏBULUNDA - FOTO


Bizim.Media xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsi və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçıları qəbul edərkən deyib.

Dövlət başçısı yeni təyin olunan şəxslərin etimadı doğruldacaqlarına əminliyini ifadə edib:

"Siz ölkəmizin müxtəlif bölgələrinə rəhbər vəzifələrə təyin edilirsiniz. Sizə böyük etimad göstərilir, əminəm ki, bu etimadı doğruldacaqsınız. Siz öz işinizlə, əməyinizlə qarşıda duran vəzifələrin icrası üçün səylərinizi əsirgəməyəcəksiniz. Əlbəttə ki, böyük məsuliyyət böyük işlər tələb edir. İlk növbədə, mənim bütün tapşırıqlarımı yerinə yetirməlisiniz.

Mən hər dəfə bölgələrə rəhbər vəzifələrə şəxsləri təyin edəndə verdiyim tapşırıqlar onlar üçün əsas iş prinsipləri olmalıdır - ilk növbədə, xalqa xidmət etmək, xalqla bir yerdə olmaq.

Rəhbər vəzifədə çalışan hər bir şəxs, hər bir məmur təvazökar olmalıdır. Həyatda, məişətdə özü, onun yaxın qohumları özlərini elə aparmalıdırlar ki, bizim ümumi işimizə heç bir irad tutulmasın".

İlham Əliyev bildirib ki, bəzi hallarda məmurlar özlərini cəmiyyətdə düzgün apara bilmirlər:

"Əfsuslar olsun ki, bəzi hallarda məmurlar özlərini cəmiyyətdə düzgün apara bilmirlər, ifrat dərəcədə təkəbbürlülük göstərirlər, özlərini hamıdan üstün tutmağa çalışırlar və beləliklə, həm öz nüfuzlarını itirirlər, eyni zamanda, dövlətimizə, dövlətin siyasətinə də ləkə vurmuş olurlar.

Bununla bərabər, bəzi hallarda korrupsiyaya, rüşvətxorluğa düçar olurlar.

Azərbaycan ictimaiyyəti yaxşı bilir ki, əyri yola gedən hər bir dövlət məmuru nəticədə məhkəmə, qanun qarşısında cavab verməli olur və belə hallar əfsuslar olsun ki, bu gün də var. Ancaq o da cəmiyyət üçün tam aydındır ki, heç bir qanunsuz hərəkət nəticəsiz qalmayacaq.


Ona görə sizdən tələbim, eyni zamanda, xoşagəlməz hallara qarşı ciddi mübarizə aparmaq, kadr siyasətində etibarlı, peşəkar və mənəvi cəhətdən təmiz kadrları seçmək, rəhbərlik edəcəyiniz bölgələrdə öz işinizlə mənim seçimimin düzgün olduğunu sübut etməkdir.

Əks təqdirdə, əlbəttə ki, lazımi ölçülər götürüləcəkdir".
 

"Ancaq mən onu da bilirəm ki, yerlərdəki bəzi məmurlar məcbur olub o qanunsuz hərəkətləri icra ediblər. Onların, əlbəttə ki, üzərinə düşən məsuliyyət tamamilə başqa yanaşmanı tələb edirdi. Ancaq, eyni zamanda, o da həqiqətdir ki, bəzi hallarda bax, bu qanunsuz əməllərin təməlində harınlamış, acgöz, gözü doymayan mərkəzdə oturan məmurların göstərişləri olub.


Amma yenə də deyirəm, sağlamlaşdırma və təmizləmə siyasəti nəticəsində artıq əminəm ki, sizə heç kim qanunsuz tapşırıq verməyəcək. Əgər kimsə bu tapşırığı verərsə, onda dərhal mənə məlumat verin və o adamlar haqqında ciddi ölçülər götürüləcək", - dövlət başçısı vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kino sahəsinə büdcədən vəsait ayrılmamasına tanınmış kinorejissordan REAKSİYA

Kino sahəsinə büdcədən vəsait ayrılmamasına tanınmış kinorejissordan REAKSİYA

Vəfa Şərifovaya AĞIR İTKİ

Vəfa Şərifovaya AĞIR İTKİ

Dadaş Dadaşbəyli İslam Oyunlarını iki medalla BAŞA VURDU

Dadaş Dadaşbəyli İslam Oyunlarını iki medalla BAŞA VURDU

Gələn il üçün “dəfn pulu”nun MƏBLƏĞİ AÇIQLANDI

Gələn il üçün “dəfn pulu”nun MƏBLƏĞİ AÇIQLANDI

Beyləqanda itkin düşən qadının sümükləri tapıldı – FOTO

Beyləqanda itkin düşən qadının sümükləri tapıldı – FOTO

Ərdoğan: “Təyyarə qəzasında şəhid olan 19 nəfərin cəsədi tapılıb, birinin axtarışı davam edir”

Ərdoğan: “Təyyarə qəzasında şəhid olan 19 nəfərin cəsədi tapılıb, birinin axtarışı davam edir”

Lavrov vəzifəsindən kənarlaşdırılıb? - Kreml görüşlərində iştirak etmir

Lavrov vəzifəsindən kənarlaşdırılıb? - Kreml görüşlərində iştirak etmir

Açıq rəngli BİTKİ YAĞLARI təhlükə SAÇIR – XƏBƏRDARLIQ - FOTO

Açıq rəngli BİTKİ YAĞLARI təhlükə SAÇIR – XƏBƏRDARLIQ - FOTO

Tramp faktoru BBC-ni ifşa etdi: Azərbaycanın haqlı mövqeyi öz təsdiqini tapdı -TƏHLİL

Tramp faktoru BBC-ni ifşa etdi: Azərbaycanın haqlı mövqeyi öz təsdiqini tapdı -TƏHLİL

Bakıda mikroavtobus sürücüsü işıqforu vuraraq aşırdı – VİDEO

Bakıda mikroavtobus sürücüsü işıqforu vuraraq aşırdı – VİDEO

Soçinin “kölgə kralı” Ruben Tatulyan Ermənistanda SAXLANILDI

Soçinin “kölgə kralı” Ruben Tatulyan Ermənistanda SAXLANILDI

Orban futbola görə İrəvana gedəcək

Orban futbola görə İrəvana gedəcək

Azərbaycan klubu Çempionlar Liqaısında növbəti oyununu keçirəcək

Azərbaycan klubu Çempionlar Liqaısında növbəti oyununu keçirəcək

Xalq artisti Bilal Əliyev: “100 il yaşamaq üçün pulum var” – VİDEO

Xalq artisti Bilal Əliyev: “100 il yaşamaq üçün pulum var” – VİDEO

Azərbaycanlı məşqçi İsveç klubu ilə anlaşdı - FOTO

Azərbaycanlı məşqçi İsveç klubu ilə anlaşdı - FOTO

Bu hərbçilərə leytenant hərbi rütbəsi veriləcək

Bu hərbçilərə leytenant hərbi rütbəsi veriləcək

Rusiyanın süni intellektə malik robotu təqdimat zamanı yıxılaraq rüsvay oldu – ANBAAN VİDEO

Rusiyanın süni intellektə malik robotu təqdimat zamanı yıxılaraq rüsvay oldu – ANBAAN VİDEO

Bu gün vəzifəyə təyin olunan icra başçılarının DOSYELƏRİ

Bu gün vəzifəyə təyin olunan icra başçılarının DOSYELƏRİ

Bəturə mərhum gitara ifaçısı ilə adının hallanmasından DANIŞIB QƏZƏBLƏNDİ - VİDEO

Bəturə mərhum gitara ifaçısı ilə adının hallanmasından DANIŞIB QƏZƏBLƏNDİ - VİDEO

Qadın voleybol millimiz İslamiadada FİNALA YÜKSƏLDİ

Qadın voleybol millimiz İslamiadada FİNALA YÜKSƏLDİ

Bu şəxslərin həqiqi hərbi xidmət müddəti 6 ay AZALDILIR

Bu şəxslərin həqiqi hərbi xidmət müddəti 6 ay AZALDILIR

“QHT işi” üzrə həbs edilən şəxs 50 min manatı leqallaşdırıb?

“QHT işi” üzrə həbs edilən şəxs 50 min manatı leqallaşdırıb?

Türkiyə təyyarəsinin qəzaya uğramasına dair ƏSAS EHTİMALLAR

Türkiyə təyyarəsinin qəzaya uğramasına dair ƏSAS EHTİMALLAR

Ağstafa və Qazaxda qaz kəsiləcək – BU TARİXDƏ

Ağstafa və Qazaxda qaz kəsiləcək – BU TARİXDƏ

End of content

No more pages to load

RADİO