Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlətçiliyimizin və suveren inkişafımızın hüquqi təməlidir

Azərbaycan Respublikasının Konstitusiyası xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinin, müasir hüquqi düşüncənin və azadlıq iradəsinin sintezindən yaranan fundamental sənəddir.

O yalnız hüquqi akt deyil, həm də Azərbaycan xalqının milli kimliyinin, dövlət suverenliyinin və siyasi müdrikliyin təcəssümüdür. Ulu Öndər Heydər Əliyevin sözləri ilə desək:

“Konstitusiyamız ümumbəşəri dəyərlərə və mütərəqqi milli ənənələrə söykənərək, bu günün reallıqlarını, dövlətin, cəmiyyətin inkişaf perspektivlərini əks etdirir.”

Bu dərin məzmunlu fikir konstitusiyanın mahiyyətini aydın şəkildə ifadə edir. Konstitusiya xalqın iradəsinin hüquqi formaya salınmış ifadəsidir.

Azərbaycanın konstitusiya tarixinin kökləri XX əsrin əvvəllərinə gedib çıxır.

1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk demokratik respublika kimi mühüm tarixi hadisə idi, lakin cümhuriyyət cəmi 23 ay mövcud olduğundan dövlətin əsas qanununu qəbul etməyə imkan tapmadı. Buna görə də Azərbaycanın Konstitusiya quruluşu sovet hakimiyyəti illərində formalaşmağa başladı.

Azərbaycanın ilk Konstitusiyası 1921-ci il mayın 19-da I ümum-Azərbaycan Sovetlər Qurultayında qəbul edildi. SSRİ-nin yaradılması ilə əlaqədar 1925-ci il martın 14-də IV ümum-Azərbaycan Sovetlər Qurultayında Konstitusiyaya əlavə və dəyişikliklər qəbul olundu.

1927-ci il martın 26-da V ümum-Azərbaycan Sovetlər Qurultayında Azərbaycan SSR-in yeni Konstitusiyası təsdiq edildi. 1936-cı ildə SSRİ-nin yeni Konstitusiyasının qəbul edilməsi ilə əlaqədar 1937-ci il martın 14-də IX ümum-Azərbaycan Sovetlər Qurultayının qərarı ilə Azərbaycan SSR-in yeni Konstitusiyası qüvvəyə mindi.

1978-ci ildə qəbul edilən sonuncu Azərbaycan SSR Konstitusiyası isə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə mühüm tarixi addım kimi Azərbaycan dilinin dövlət dili statusunun təsbitini təmin etdi. Bu milli şüurun dirçəlişinə və gələcək müstəqilliyin ideya əsaslarının formalaşmasına güclü təkan verdi.

SSRİ-nin süqutundan sonra 1991-ci ildə qəbul edilən “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı yeni bir tarixin başlanğıcı oldu. Konstitusiya Aktında yeni Konstitusiyanın hazırlanması nəzərdə tutulsa da, 1991–1993-cü illərdə ölkədə yaranmış siyasi böhran, idarəetmədəki xaos və anarxiya dövlətin hüquqi əsaslarını formalaşdırmağa imkan vermədi.

Məhz bu dövrdə xalqın tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycanı siyasi parçalanmadan xilas etdi və hüquqi dövlət quruculuğu prosesinə rəhbərlik etdi.

Məhz Ulu Öndərin təşəbbüsü və rəhbərliyi ilə Konstitusiya Komissiyası yaradıldı, yeni, müasir prinsiplərə əsaslanan dövlət modelinin hüquqi bazası kimi Konstitusiya layihəsi hazırlanaraq 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə qəbul edildi.
 

Referendumda seçicilərin 86 faizi iştirak etdi, onların 91,9 faizi yeni Konstitusiyanın lehinə səs verdi. Bununla da Azərbaycan müasir hüquqi, demokratik, dünyəvi dövlət quruculuğunun yeni mərhələsinə qədəm qoydu. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış Konstitusiya müasir dünyanın sivil dəyərləri və qanun yaradıcılığı təcrübəsinə, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinə, milli və ümumbəşəri prinsiplərə söykənərək demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu üçün möhkəm təməl yaratmışdır.”


Konstitusiya qəbul olunduqdan sonra Azərbaycan Respublikasında hakimiyyət bölgüsünün  qanunvericilik, icra və məhkəmə hakimiyyəti prinsipləri təsbit edildi, insan hüquq və azadlıqları dövlətin ali dəyəri kimi qəbul olundu. Əsas Qanun həm də iqtisadi münasibətlərin bazar iqtisadiyyatı prinsipləri əsasında formalaşmasına hüquqi zəmin yaratdı, mülkiyyətin toxunulmazlığı, sahibkarlığın azadlığı kimi fundamental prinsiplər təsbit edildi. Bu, Azərbaycanın sosial-iqtisadi inkişafının hüquqi təminatını yaratdı və müstəqil dövlətin formalaşması prosesini sabitləşdirdi.

Konstitusiyamızda insan hüquq və azadlıqlarına xüsusi yer verilib. Əsas Qanunun 48 maddəsi bilavasitə insan hüquqları və onların təminatına həsr edilib. Burada dilindən, dinindən, irqindən və sosial mənşəyindən asılı olmayaraq bütün vətəndaşların bərabər hüquqlu olduğu təsbit edilib. Bu müddəalar həm beynəlxalq hüququn tələblərinə, həm də Azərbaycan xalqının ədalət və bərabərlik dəyərlərinə söykənir. Demokratik hüquqların qorunması və vətəndaşların dövlət idarəçiliyində iştirak hüququ ölkədə vətəndaş cəmiyyətinin inkişafına geniş imkanlar açıb.

Konstitusiyanın qəbulundan sonra hüquqi dövlət quruculuğunun vacib mərhələlərindən biri də Konstitusiya Məhkəməsinin yaradılması oldu.
 

1997-ci ildə qəbul edilən “Konstitusiya Məhkəməsi haqqında” Qanun və 1998-ci ildə bu orqanın fəaliyyətə başlaması hüquqi sistemin təkmilləşdirilməsi baxımından mühüm hadisə idi. Konstitusiya Məhkəməsi qanunvericiliyin Konstitusiyaya uyğunluğuna nəzarət etməklə, vətəndaşların hüquqlarının qorunmasına, dövlət hakimiyyətinin hüquqi əsaslar üzərində fəaliyyət göstərməsinə təminat verir. Bu, hüquq sisteminin sabitliyini və qanunun aliliyini qoruyan mühüm mexanizmdir.


Azərbaycan Respublikasının Konstitusiyası statik sənəd deyil, inkişaf edən, cəmiyyətin dinamikasına uyğunlaşan canlı hüquqi sistemdir. 2002-ci, 2009-cu və 2016-cı illərdə keçirilən referendumlar nəticəsində Konstitusiyada mühüm dəyişikliklər edildi. 2002-ci ildə dövlət idarəçiliyinin səmərəliliyinin artırılması məqsədilə 24 maddəyə dəyişikliklər edildi. 2009-cu ildə edilən dəyişikliklər vətəndaşların hüquq və azadlıqlarının təminatını genişləndirdi, siyasi sabitliyin möhkəmlənməsinə xidmət etdi.

2016-cı ildə isə idarəetmənin müasir çağırışlara uyğunlaşdırılması məqsədilə Konstitusiyanın 29 maddəsində 41 əlavə və dəyişiklik edildi, o cümlədən Birinci vitse-prezidentlik institutu yaradıldı. Bu yenilik dövlət idarəetmə sistemində çevik qərar qəbulunu təmin etdi, icra hakimiyyətinin funksional strukturunu təkmilləşdirdi və milli idarəetmə modelinin yeni mərhələsini formalaşdırdı.

Azərbaycan Respublikasının Konstitusiyası sabit və davamlı inkişafın hüquqi bazasıdır. Onun prinsipləri əsasında həyata keçirilən siyasi və iqtisadi islahatlar ölkəmizi regionda sabitlik adasına çevirib, müstəqillik illərində əldə edilən bütün uğurların təməlini təşkil edib. Konstitusiya dövlətin suverenliyini, ərazi bütövlüyünü və xalqın iradəsini qoruyaraq, qanunların aliliyini təmin edən müasir dövlət idarəetmə sisteminin bünövrəsini qoyub.
 

Azərbaycanın dövlət müstəqilliyi dövründə Konstitusiyanın prinsipləri daim praktikada öz təsdiqini tapıb. Xüsusilə 2020-ci ilin 44 günlük Vətən müharibəsində əldə edilən Qələbə Konstitusiyanın 2-ci maddəsində təsbit olunmuş dövlətin ərazi bütövlüyü prinsipinin bərpası anlamına gəlirdi. 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri ilə bu proses tam yekunlaşdı və Konstitusiyanın hüquqi qüvvəsi bütün ərazilərimizdə bərqərar oldu. Bu, Azərbaycan xalqının dövlətə sədaqətinin, orduya etimadının və Konstitusiya ilə təsbit olunmuş milli suverenliyin real təminatıdır.


Məhz bu tarixi reallıqları nəzərə alaraq Prezident İlham Əliyev 2024-cü il 28 dekabr tarixli Sərəncamı ilə 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan etdi. Bu qərar həm Konstitusiyanın 30 illik yubileyinə, həm də müstəqil dövlətçiliyimizin suverenlik zəfərinə dərin mənəvi-siyasi məna qazandırır. 2025-ci ildə təsis edilmiş “Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995–2025)” yubiley medalı Konstitusiyanın hazırlanması, təkmilləşdirilməsi və təbliğinə töhfə verən, qanunvericilik və hüquq sisteminin inkişafında xidmətləri olan şəxslərin əməyinə dövlət səviyyəsində verilən yüksək qiymətdir.

Azərbaycan Konstitusiyası bu gün də dövlətin sabit inkişafının, demokratikləşmə prosesinin və hüquqi mədəniyyətin təməl sütunu olaraq qalır. Onun dəyərləri müasir idarəetmə sistemində, sosial ədalət siyasətində və beynəlxalq münasibətlərdə Azərbaycanın hüquqi-siyasi mövqeyini müəyyənləşdirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz Konstitusiyanın prinsiplərinə əsaslanaraq hüquqi islahatları dərinləşdirib, vətəndaş hüquqlarının təminatını gücləndirib, dövlət idarəçiliyində şəffaflıq və hesabatlılıq prinsiplərinin tətbiqini genişləndirib.
 

Konstitusiya yalnız hüquqi sənəd deyil, həm də milli birliyin, vətəndaş həmrəyliyinin və dövlətçilik fəlsəfəsinin simvoludur. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilən bu sənəd müstəqil Azərbaycanın siyasi sabitliyini və inkişafını təmin edib və gələcək nəsillər üçün etibarlı hüquqi bünövrə yaradıb. Onun ideyaları bu gün də Prezident İlham Əliyevin siyasətində davam etdirilir. Azərbaycanın hüquqi və suveren dövlət kimi möhkəmlənməsi Konstitusiyanın yaşarlığının və universallığının parlaq göstəricisidir.


Bu mənada, 2025-ci ildə qeyd edilməkdə olan Konstitusiyanın 30 illiyi təkcə hüquqi yubiley deyil, həm də müstəqil Azərbaycan dövlətinin siyasi, hüquqi və mənəvi qələbəsinin təntənəsidir. Konstitusiyamız bizim dövlətçilik fəlsəfəmizi, milli dəyərlərimizi və müasir dünyada yerimizi müəyyən edən ali istiqamətverici akt kimi əbədidir. Azərbaycan xalqı bu Konstitusiya ilə öz suverenliyini, hüququnu və gələcəyini qorumaqda qərarlıdır. Bu qərarlılıq keçmişin təcrübəsindən, bu günün gücündən və sabahın inamından doğur.

Vasif Qafarov, Milli Məclisin deputatı, Tarix elmləri doktoru

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ceyhun Cəlilov Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəsi təyin edildi

Ceyhun Cəlilov Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəsi təyin edildi

SON DƏQİQƏ! Fuad Nəcəfli vəzifəsindən azad edildi – SƏRƏNCAM

SON DƏQİQƏ! Fuad Nəcəfli vəzifəsindən azad edildi – SƏRƏNCAM

Fazil Mustafadan TƏKLİF – “Partiyalara ayrılan 6 milyon vəsait belə isitfadə olunsa...”

Fazil Mustafadan TƏKLİF – “Partiyalara ayrılan 6 milyon vəsait belə isitfadə olunsa...”

AzTV-nin müxbiri təyyarənin qəzaya düşdüyü ərazidə yaralandı – FOTO

AzTV-nin müxbiri təyyarənin qəzaya düşdüyü ərazidə yaralandı – FOTO

Kəndlərdəki kitabxana problemi parlamentin GÜNDƏMİNDƏ

Kəndlərdəki kitabxana problemi parlamentin GÜNDƏMİNDƏ

Əhmədlidəki sürüşmənin SƏBƏBİ BİLİNDİ

Əhmədlidəki sürüşmənin SƏBƏBİ BİLİNDİ

İlham Əliyev: “Ərazi bütövlüyünün bərpası Azərbaycanın inkişafında yeni tarixi mərhələnin əsasını qoyub”

İlham Əliyev: “Ərazi bütövlüyünün bərpası Azərbaycanın inkişafında yeni tarixi mərhələnin əsasını qoyub”

Prezidentdən beynəlxalq konfransın iştirakçılarına MÜRACİƏT

Prezidentdən beynəlxalq konfransın iştirakçılarına MÜRACİƏT

Qəzaya uğrayan təyyarə son 4 gündə Gəncəyə neçə reys həyata keçirib?

Qəzaya uğrayan təyyarə son 4 gündə Gəncəyə neçə reys həyata keçirib?

Günel Bəhramqızı yüksək vəzifəyə TƏYİN OLUNDU – FOTO

Günel Bəhramqızı yüksək vəzifəyə TƏYİN OLUNDU – FOTO

Ukrayna Rusiya PUA-larını məhv etmək üçün yeni DRON HAZIRLADI – VİDEO

Ukrayna Rusiya PUA-larını məhv etmək üçün yeni DRON HAZIRLADI – VİDEO

Ukraynalılar vətəndaşlıqlarını itirmədən bu ölkələrin vətəndaşı OLA BİLƏCƏKLƏR

Ukraynalılar vətəndaşlıqlarını itirmədən bu ölkələrin vətəndaşı OLA BİLƏCƏKLƏR

Azərbaycanda vərəmə yoluxanların sayı AZALIB – RƏSMİ

Azərbaycanda vərəmə yoluxanların sayı AZALIB – RƏSMİ

Gələn il kino sahəsinə vəsait ayrılmayacaq – Polad Bülbüloğludan ETİRAZ

Gələn il kino sahəsinə vəsait ayrılmayacaq – Polad Bülbüloğludan ETİRAZ

Xalq artisti qəzaya görə konsertini təxirə saldı – VİDEO

Xalq artisti qəzaya görə konsertini təxirə saldı – VİDEO

Suraxanıdakı yanğında ölən Vətən müharibəsi iştirakçısı imiş - FOTO

Suraxanıdakı yanğında ölən Vətən müharibəsi iştirakçısı imiş - FOTO

Dövlət büdcəsindən bu sahələrə ayrılan vəsait ARTIRILACAQ

Dövlət büdcəsindən bu sahələrə ayrılan vəsait ARTIRILACAQ

Sabah 1679 nəfər taksi sürücüsü imtahan verəcək

Sabah 1679 nəfər taksi sürücüsü imtahan verəcək

Birbank-dan onlayn nağd kredit alan hər 100-cü müştəriyə 100 bonus hədiyyə

Birbank-dan onlayn nağd kredit alan hər 100-cü müştəriyə 100 bonus hədiyyə

Trampın oğlu Ermənistana səfərini ləğv etdi

Trampın oğlu Ermənistana səfərini ləğv etdi

Quardiola “Mançester Siti”dən AYRILACAQ?

Quardiola “Mançester Siti”dən AYRILACAQ?

Şəhid atası: “Vətən üçün mən də döyüşüb, şəhid olaram” – VİDEO

Şəhid atası: “Vətən üçün mən də döyüşüb, şəhid olaram” – VİDEO

Kök və xəstə miqrantlar ABŞ-a buraxılmayacaq – Tramp göstəriş verdi

Kök və xəstə miqrantlar ABŞ-a buraxılmayacaq – Tramp göstəriş verdi

Köçəryan və Sarkisyanın adamı axtarışa verildi – Moskvaya qaçıb?

Köçəryan və Sarkisyanın adamı axtarışa verildi – Moskvaya qaçıb?

End of content

No more pages to load

RADİO