ABŞ və Rusiyanın müharibə RİTORİKASI – Nüvə təhdidlərinin arxasındakı İQTİSADİ MARAQLAR

Son günlər həm Rusiya, həm də ABŞ rəsmiləri tərəfindən davamlı nüvə müharibəsi təhdidləri səsləndirilir. Putinin müharibəni dayandırmaq istəməməsi səbəbindən Rusiyanın sülhə gələcəyinə olan inamını itirən ABŞ Prezidenti Donald Tramp Ukraynada sülhün yalnız güc yolu ilə əldə oluna biləcəyini deyib və Rusiyanı nüvə müharibəsi ilə təhdid edib.

ABŞ Prezidenti ölkəsinin Rusiya ilə potensial nüvə müharibəsinə hazır olduğunu bir daha bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Dünya nüvə müharibəsinin astanasında - İlk addımı kim atacaq?


“Medvedev (Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev - Qeyd) nüvə silahı haqqında danışmağa başladı və nüvə silahına gəldikdə, biz hazır olmalıyıq. Biz isə tam hazırıq”, - Ağ Evin rəhbəri bildirib.

Hətta bir müddət əvvəl Tramp iki atom sualtı qayığının Rusiya yaxınlığında yerləşdirilməsinə dair əmr verib. Son olaraq isə ABŞ Norveçə özünün sualtı qayıqları izləməyə və kəşfiyyat aparmağa qadir hərbi təyyarələrini göndərib.

Təbii ki, səslənən fikirlər xeyli narahatlıq və təəccüb yaradır. Çünki nüvə müharibəsi sivilizasiyanın sonunu gətirə bilər.

Dünyanın ən böyük dövlətlərinin liderləri niyə müharibə ritorikalarını bu qədər gücləndirib?
 

Nəzərə alaq ki, son zamanlar beynəlxalq siyasətdə müharibə ritorikası təkcə hərbi-siyasi güc nümayişi deyil, həm də iqtisadi rəqabət alətinə çevrilib. Donald Tramp və Vladimir Putinin ritorikası bu tendensiyanın parlaq nümunəsidir. Hər iki liderin sərt və qarşıdurma yönümlü çıxışları iqtisadi maraqların qorunması və daxili siyasi dayaqların möhkəmləndirilməsinə xidmət edib. Fikrimizin sübutu üçün bəzi tarixi faktları yada salmaq istəyirik.


ABŞ liderinin enerji hegemonluğu və “LNG diplomatiyası”

Donald Trampın hələ ilk prezidentliyi dövründə ABŞ xarici siyasətində müharibə və qarşıdurma ritorikası iqtisadi maraqlarla birbaşa bağlı idi.

Yada salaq ki, 2018–2020 illərdə ABŞ dünyanın ən böyük enerji istehsalçısı oldu. Amerika həmin dövrdə gündəlik neft hasilatı 12 milyon barrelə çatdırmışdı. Bu uğur heç də təsadüfdən qazanılmadı. Bunun üçün ABŞ əvvəlcə əsas neft oyunçuları olan İran və Venesuelaya qarşı sanksiyalar tətbiq etdi. Hətta Ağ Ev rəsmiləri onlara qarşı yaxın zamanlarda müharibəyə başlayacaqlarını deyirdilər. Məhz bu hədələrdən sonra dünya neft bazarı “kiçildi”, ABŞ hasilatçıları əlverişli mövqe qazandılar.

Bunun ardınca Çin iqtisadiyyatına zərbə vurmaq üçün Vaşinqton Tayvanı müharibəyə təşviq etdi. Bununla paralel olaraq, 2018-ci ildə Tramp Çinlə ticarət müharibəsinə başladı. 360 milyard dollarlıq Çin mallarına 25%-ə qədər gömrük rüsumu tətbiq olundu.
 

Eyni zamanda Tramp ABŞ-ın NATO-dakı müttəfiqlərinə qarşı sərt çıxışlar etməyə başladı. Hətta müttəfiqlər təşkilata “az ödəniş edən ölkələr” kimi qınandı. Təkcə bu təhdidlər hesabına 2019-cu ildə ABŞ-ın silah ixracı 55 milyard dolları keçdi.


Tramp administrasiyası dövründə “Lockheed Martin”, “Raytheon”, “Boeing Defense” kimi şirkətlərin gəlirləri 20–30% artdı.

Tramp administrasiyası Avropaya ABŞ-ın mayeləşdirilmiş təbii qazını satmaq üçün “Freedom Gas” təşəbbüsünü irəli sürdü. Bu, Rusiya qazına alternativ yaratmaq məqsədi daşıyırdı. Hədəf Rusiyanı Avropadan sıxışdırıb çıxarmaq idi. Ukrayna müharibəsinin başladılmasının əslində bir səbəbi də bu idi.

O zaman Trampın müharibə ritorikası ABŞ-ın istehsal sektorunda “milliləşmə dalğası” yaratdı. 2016–2019-cu illərdə ABŞ-da işsizlik səviyyəsi 3,5%-ə düşdü. Bu da son 50 ilin ən aşağı göstəricisi idi.

Buna “Enerji hegemonluğu və “LNG diplomatiyası” da deyirlər..

Tramp administrasiyası Avropaya ABŞ mayeləşdirilmiş təbii qazını (LNG) satmaq üçün “Freedom Gas” təşəbbüsünü irəli sürdü. Bu, Rusiya qazına alternativ yaratmaq məqsədi daşıyırdı.

Rusiya liderinin müharibə ritorikası

Yada salaq ki, Rusiyanın müharibəsi əsasən 2014-cü ildə başladı. Əslində bu enerji resurslarının silaha çevrilməsi və iqtisadi təcrid strategiyası idi. Məhz müharibə ritorikaları hesabına Rusiya 2021-ci ildə Avropanın qaz ehtiyacının 40%-dən çoxunu təmin edirdi. 

Onu da qeyd edək ki, 2022-ci ilin fevralında Ukrayna müharibəsi başlayanda, Brent neftinin qiyməti 90 dollardan 130 dollara qalxdı, bu da Rusiya büdcəsinə əlavə milyardlarla gəlir gətirdi.
 

Dövlətin hərbi-sənaye sifarişləri 2021-ci ildə ümumi sənaye istehsalının təxminən 20%-ni təşkil edirdi. Qeyd edək ki, Rusiya 2010–2020 illərdə dünyada ikinci ən böyük silah ixracatçısı idi. Bu da qlobal bazarın 19%-i demək idi.


Bəzi ekspertlər, Ukrayna müharibəsinin Rusiyanı zəif saldığını deyir. Lakin Ukrayna müharibəsi sonrası Afrika və Yaxın Şərqdə “Wagner” və digər hərbi şirkətlər vasitəsilə Rusiya iqtisadi təsirini genişləndirdi.

2023-cü ildə Rusiya müdafiə büdcəsini 6 trilyon rubl (təxminən 100 milyard dollar) səviyyəsinə qaldırdı. Bu, 2021-ci illə müqayisədə 70% artım idi. Üstəlik, Rusiya bu müharibə hesabına özünün sənayesini yenidən qurdu, hərbi infrastruktur inkişaf etdirildi.

Müharibə ritorikası iqtisadi milliçiliyin legitimləşdirilməsi vasitəsidir.

Əgər müharibə ritorikası ilə Tramp ticarət baryerləri ilə ABŞ istehsalçısını qoruyurdusa, Putin sanksiyalar fonunda daxili bazarı gücləndirməyə çalışırdı.

Hər iki halda ritorika, iqtisadi izolasionizmi milli maraqlar çərçivəsinə salırdı. Beləcə hər iki ölkənin müharibə ritorikası nəticəsində, 2022–2023 illərdə qlobal qaz qiymətləri 3 dəfəyə qədər artdı. Bundan ən çox ziyan görən Avropa oldu. Nəticədə, Avropa və inkişaf etməkdə olan ölkələrdə inflyasiya 10–15%-ə qədər yüksəldi.
 

Bu ritorikalar hesabına yeni iqtisadi bloklar formalaşdı. ABŞ-Çin və Rusiya-İran enerji əməkdaşlığı nəticəsində qlobal iqtisadi sistem “Qərb və qeyri-Qərb” xətti üzrə daha da parçalandı.


Silahlanma yarışı

NATO 2023-cü ildə hərbi büdcəsini 1,1 trilyon dollaradək artırıb. Bu qarşılıqlı müharibə ritorikasının qlobal təsirinin konkret nəticəsidir. Ona görə də Trampın və Putinin müharibə ritorikası hərbi ritorikadan çox iqtisadi strategiya xarakteri daşıyır. Tramp üçün bu, ABŞ-ın enerji və silah sənayesi maraqlarını qorumaq vasitəsidir. Putin üçün isə enerji resurslarını geosiyasi silaha çevirmək yoludur.

Beləliklə, müharibə ritorikası yalnız siyasi alət deyil, iqtisadi hegemonluq uğrunda mübarizənin kommunikativ formasıdır.

Ona görə də son günlər ABŞ və Rusiya liderlərinin nüvə müharibəsi ritorikaları yeni hədəflər üçündür. Bu hədəflərin nə olduğu isə zamanla daha aydın görünəcək...

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Flik Qavinin milliyə çağrılmasına QƏZƏBLƏNDİ

Flik Qavinin milliyə çağrılmasına QƏZƏBLƏNDİ

Qonşunun quraşdırdığı kamera sakinin narazılığına səbəb oldu - VİDEO

Qonşunun quraşdırdığı kamera sakinin narazılığına səbəb oldu - VİDEO

Əmək qanunvericiliyi gender bərabərliyinə tam təminat yaradır

Əmək qanunvericiliyi gender bərabərliyinə tam təminat yaradır

İqor Tudora qarşı rəsmi ittiham irəli sürüldü

İqor Tudora qarşı rəsmi ittiham irəli sürüldü

Yuxu keyfiyyətini pozan əsas səhvlər AÇIQLANDI

Yuxu keyfiyyətini pozan əsas səhvlər AÇIQLANDI

Macarıstandakı səfirliyimiz bayram günlərində təxirəsalınmaz konsulluq dəstəyi göstərəcək - FOTO

Macarıstandakı səfirliyimiz bayram günlərində təxirəsalınmaz konsulluq dəstəyi göstərəcək - FOTO

“Sabah” “Sumqayıt”a qalib gəldi - VİDEO

“Sabah” “Sumqayıt”a qalib gəldi - VİDEO

Bu gün Azərbaycanda Novruz bayramıdır

Bu gün Azərbaycanda Novruz bayramıdır

Bu gün Ramazan bayramıdır

Bu gün Ramazan bayramıdır

Rza Pəhləvi iranlıları dəstələr şəklində toplaşmağa ÇAĞIRDI

Rza Pəhləvi iranlıları dəstələr şəklində toplaşmağa ÇAĞIRDI

Bayram ərəfəsində bazarda qiymətlər necədir? - VİDEO

Bayram ərəfəsində bazarda qiymətlər necədir? - VİDEO

Ukraynalı futbolçu “Beşiktaş”a KEÇİR

Ukraynalı futbolçu “Beşiktaş”a KEÇİR

Qaxda yeniyetmələr arasında dava qanla nəticələndi

Qaxda yeniyetmələr arasında dava qanla nəticələndi

Netanyahu: “Mən sağam. Hamınız şahidsiniz” - VİDEO

Netanyahu: “Mən sağam. Hamınız şahidsiniz” - VİDEO

“Araz Naxçıvan”ın iki futbolçusu yığmaya ÇAĞIRILDI

“Araz Naxçıvan”ın iki futbolçusu yığmaya ÇAĞIRILDI

Gəncədə 34 yaşlı kişi naməlum şəraitdə XƏSARƏT ALDI

Gəncədə 34 yaşlı kişi naməlum şəraitdə XƏSARƏT ALDI

Azər Badamov: “Dövlət qulluğunda əməkhaqqı sistemi daha müasir və təkmil əsaslarla yenidən qurulur”

Azər Badamov: “Dövlət qulluğunda əməkhaqqı sistemi daha müasir və təkmil əsaslarla yenidən qurulur”

Ölkəmizin Latviyadakı səfirliyi bayram günlərində işləməyəcək - FOTO

Ölkəmizin Latviyadakı səfirliyi bayram günlərində işləməyəcək - FOTO

“ABŞ-da Ukrayna üzrə növbəti danışıqlar keçiriləcək” - Zelenski

“ABŞ-da Ukrayna üzrə növbəti danışıqlar keçiriləcək” - Zelenski

Bakı–Ələt yolunda KamAZ aşdı, uzun tıxac yarandı - VİDEO

Bakı–Ələt yolunda KamAZ aşdı, uzun tıxac yarandı - VİDEO

Sabunçuda evlərdən 25 min manatlıq oğurluq edən şəxs ƏLƏ KEÇDİ - VİDEO

Sabunçuda evlərdən 25 min manatlıq oğurluq edən şəxs ƏLƏ KEÇDİ - VİDEO

BƏƏ İrandan atılan 7 ballistik raket və 15 PUA zərərsizləşdirib

BƏƏ İrandan atılan 7 ballistik raket və 15 PUA zərərsizləşdirib

“Anderlext” bu futbolçu üçün “Qalatasaray”la danışıqlara BAŞLADI

“Anderlext” bu futbolçu üçün “Qalatasaray”la danışıqlara BAŞLADI

Hacıqabulda avtomobil aşıb, xəsarət alanlar var - FOTO/VİDEO

Hacıqabulda avtomobil aşıb, xəsarət alanlar var - FOTO/VİDEO

End of content

No more pages to load

RADİO