Hərbi MODERNİZASİYA – Zəfər Günü paradında hansı yeni texnikalar nümayiş ETDİRİLDİ?

“Ordun varsa, yurdun var”

Atalarımızın yüz illərdir səsləndirdikləri, nəsil-nəsilə keçən bu məsəl günümüzdə də aktuallığını qoruyur. Hətta “Nə qədər güclü ordun varsa, o qədər güclü yurdun var” desək, müasir reallığa daha uyğun olar. Çünki beynəlxalq siyasi arenada baş verənlər, köklü transformasiya güclü ordunu dövlətlərin varlığı, sülh və təhlükəsizlik üçün ən önəmli faktora çevirib.

Qədim romalıların da dediyi kimi:

Sülh istəyirsənsə, müharibəyə hazır ol!

Bu ifadənin min illərdir öz aktuallığını qoruması səbəbsiz deyil. Çünki bir dövlətin daim müharibəyə hazır olacaq gücünü qoruması digərləri üçün çəkindirici faktordur. Yəni güclü ordu yekun nəticədə təhlükəsizliyin, regional sülhün qorunmasının açarıdır.

Sözügedən reallıq fonunda dövlətlər üçün müharibəyə hazır olduğunu, daha doğrusu sülh istədiyini göstərmək labüddür.

Noyabrın 8-də Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad həm də bu nöqteyi-nəzərdən xüsusi diqqət çəkdi. Paradda iki qardaş ölkənin lideri – Rəcəb Tayyip Ərdoğan və Məhəmməd Şahbaz Şərifin iştirakı isə sarsılmaz dostluq və birliyin nümayişi idi.


Qələbənin 5-ci ildönümünə həsr olunan paradda nümayiş etdirilən silahlanmaya yeni daxil olmuş, müasir texnikalar isə xüsusilə diqqət çəkdi.

Aviasiyanın güclənməsi – səmaya hakimlik

Müasir dövrdə aviasiya müharibələrin onurğa sütununu təşkil edir desək, yəqin ki, yanılmarıq. 44 günlük Vətən savaşı, Rusiya-Ukrayna və 12 günlük İsrail-İran müharibələri bu reallığı aydın şəkildə nümayiş etdirdi. Ona görə də aviasiyanın gücləndirilməsi müdafiə sahəsində prioritet istiqamətlərdən biri hesab olunur. Noyabrın 8-də Bakı səmasındakı uçuşlar da Azərbaycan Ordusunda aviasiyanın güclənməsi yönündə atılan addımları nümayiş etdirdi.

Paradda uçuşlar həyata keçirən - “C-27J” yük təyyarəsi silahlanmaya yeni qəbul olunub. İtaliya istehsalı olan bu təyyarələr müxtəlif coğrafiyalarda özünü sübut edib. Tək bir faktı qeyd edək ki, dünyanın ən güclü ordusuna sahib olan ABŞ-ın Xüsusi Əməliyyatlar Komandanlığı da “C-27J”lərin xidmətindən yararlanır.


Zəfər paradında nümayiş etdirilən “JF-17” çoxməqsədli qırıcı təyyarələri də silahlanmaya yeni qəbul edilib. “Jf-17” Pakistan Aviasiya Kompleksi və Chengdu Çin Aviasiya Korporasiyasının birgə layihəsi olaraq hazırlanmış müasir, yüngül çəkili, istənilən hava şəraitinə uyğun, gündüz və gecə rejimli çoxməqsədli təyyarələrdir.

Raket və artilleriya sistemləri

Azadlıq meydanında nümayiş etdirilən artilleriya silahları sistemləri kolonunda da silahlanmaya yeni qəbul edilən texnikalar mövcud idi. PULS üzərindən buraxılan SkyStriker BLOK-4 sərbəst uçan döyüş sursatları sistemi, 122 millimetrlik “ACCULAR” idarəolunan yaylım atəşli reaktiv sistemi, 370 millimetrlik yüksəkdəqiqlikli “Predator Hawk” əməliyyat taktiki raket kompleksi bu siyahıya daxildir.

Silahlanmaya yeni qəbul edilən beşinci nəsil İCEBREAKER qanadlı raket kompleksi isə xüsusilə diqqət çəkib. “ICEBREAKER” quru və dəniz hədəflərinə qarşı yüksək effektiv, uzaqmənzilli, avtonom silah sistemidir. Bu raketlər Avtomatik Hədəf Tanıma (ATR) qabiliyyətlərinə malik inkişaf etmiş, bütün hava şəraitində işləyən elektro-optik IIR (imaging infrared) güzgü/izləyici (seeker) istifadə edir.


155 millimetrlik uzaqmənzilli DİTAözüyeriyən artilleriya sistemləri isə NATO standartlarına uyğun hərbi texnikadır. Avtomatik hədəfləmə və yükləmə sisteminə malik müasir artilleriya texnikası olan “DİTA” 39 km-ə qədər atış məsafəsinə malikdir və cəmi 2 ekipaj üzvü ilə idarə olunur.

Düşmənin qorxulu yuxusu – XTQ

Aprel döyüşləri, Vətən müharibəsi, antiterror tədbirləri – ümumilikdə ərazi bütövlüyümüzün bərpası uğrunda aparılan bütün əməliyyatlarda Xüsusi Təyinatlı Qüvvələr yüz illər boyu unudulmayacaq qəhrəmanlıqlar nümayiş etdiriblər. Ələxüsus da, Hadrut, Şuşa kimi əməliyyatlarda XTQ dünyanın ən elit birliklərindən biri olduğunu sübut edib, özü də 2000 nəfərə yaxın qüvvə ilə.


Bəli, Vətən müharibəsi başlayanda Azərbaycan ordusunda 2000 nəfərə yaxın XTQ mənsubu var idi. 2 gün əvvəlki paradda isə 4000 yüksək təlimli xüsusi təyinatlı iştirak edirdi. Bu isə ümumi XTQ mənsublarının yalnız bir hissəsidir.

Sülhün və suverenliyin təminatçısı: güclü ordu

Paradda nümayiş etdirilən peşəkar ordu hissələri, yeni nəsil silahlar – ümumilikdə Azərbaycan Ordusu yalnız hərbi gücün göstəricisi deyil — regionda sülhün və təhlükəsizliyin canlı zəmanətidir. Hazırlıq, modernizasiya və döyüş təcrübəsi Azərbaycan ordusunu həm döyüş meydanında, həm də siyasi-diplomatik müstəvidə güclü faktora çevirib.

Bir sözlə, Zəfər Günü Paradı bütün dünyaya önəmli bir reallığı nümayiş etdirdi - Azərbaycana qarşı işğal törətməyə heç bir dövlətin cəhd etməsinə imkan verilməyəcək və bu cür cəhdlər ilk andan iflasa uğrayacaq.

Bizim.Media-nın analitik qrupu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Flik Qavinin milliyə çağrılmasına QƏZƏBLƏNDİ

Flik Qavinin milliyə çağrılmasına QƏZƏBLƏNDİ

Qonşunun quraşdırdığı kamera sakinin narazılığına səbəb oldu - VİDEO

Qonşunun quraşdırdığı kamera sakinin narazılığına səbəb oldu - VİDEO

Əmək qanunvericiliyi gender bərabərliyinə tam təminat yaradır

Əmək qanunvericiliyi gender bərabərliyinə tam təminat yaradır

İqor Tudora qarşı rəsmi ittiham irəli sürüldü

İqor Tudora qarşı rəsmi ittiham irəli sürüldü

Yuxu keyfiyyətini pozan əsas səhvlər AÇIQLANDI

Yuxu keyfiyyətini pozan əsas səhvlər AÇIQLANDI

Macarıstandakı səfirliyimiz bayram günlərində təxirəsalınmaz konsulluq dəstəyi göstərəcək - FOTO

Macarıstandakı səfirliyimiz bayram günlərində təxirəsalınmaz konsulluq dəstəyi göstərəcək - FOTO

“Sabah” “Sumqayıt”a qalib gəldi - VİDEO

“Sabah” “Sumqayıt”a qalib gəldi - VİDEO

Bu gün Azərbaycanda Novruz bayramıdır

Bu gün Azərbaycanda Novruz bayramıdır

Bu gün Ramazan bayramıdır

Bu gün Ramazan bayramıdır

Rza Pəhləvi iranlıları dəstələr şəklində toplaşmağa ÇAĞIRDI

Rza Pəhləvi iranlıları dəstələr şəklində toplaşmağa ÇAĞIRDI

Bayram ərəfəsində bazarda qiymətlər necədir? - VİDEO

Bayram ərəfəsində bazarda qiymətlər necədir? - VİDEO

Ukraynalı futbolçu “Beşiktaş”a KEÇİR

Ukraynalı futbolçu “Beşiktaş”a KEÇİR

Qaxda yeniyetmələr arasında dava qanla nəticələndi

Qaxda yeniyetmələr arasında dava qanla nəticələndi

Netanyahu: “Mən sağam. Hamınız şahidsiniz” - VİDEO

Netanyahu: “Mən sağam. Hamınız şahidsiniz” - VİDEO

“Araz Naxçıvan”ın iki futbolçusu yığmaya ÇAĞIRILDI

“Araz Naxçıvan”ın iki futbolçusu yığmaya ÇAĞIRILDI

Gəncədə 34 yaşlı kişi naməlum şəraitdə XƏSARƏT ALDI

Gəncədə 34 yaşlı kişi naməlum şəraitdə XƏSARƏT ALDI

Azər Badamov: “Dövlət qulluğunda əməkhaqqı sistemi daha müasir və təkmil əsaslarla yenidən qurulur”

Azər Badamov: “Dövlət qulluğunda əməkhaqqı sistemi daha müasir və təkmil əsaslarla yenidən qurulur”

Ölkəmizin Latviyadakı səfirliyi bayram günlərində işləməyəcək - FOTO

Ölkəmizin Latviyadakı səfirliyi bayram günlərində işləməyəcək - FOTO

“ABŞ-da Ukrayna üzrə növbəti danışıqlar keçiriləcək” - Zelenski

“ABŞ-da Ukrayna üzrə növbəti danışıqlar keçiriləcək” - Zelenski

Bakı–Ələt yolunda KamAZ aşdı, uzun tıxac yarandı - VİDEO

Bakı–Ələt yolunda KamAZ aşdı, uzun tıxac yarandı - VİDEO

Sabunçuda evlərdən 25 min manatlıq oğurluq edən şəxs ƏLƏ KEÇDİ - VİDEO

Sabunçuda evlərdən 25 min manatlıq oğurluq edən şəxs ƏLƏ KEÇDİ - VİDEO

BƏƏ İrandan atılan 7 ballistik raket və 15 PUA zərərsizləşdirib

BƏƏ İrandan atılan 7 ballistik raket və 15 PUA zərərsizləşdirib

“Anderlext” bu futbolçu üçün “Qalatasaray”la danışıqlara BAŞLADI

“Anderlext” bu futbolçu üçün “Qalatasaray”la danışıqlara BAŞLADI

Hacıqabulda avtomobil aşıb, xəsarət alanlar var - FOTO/VİDEO

Hacıqabulda avtomobil aşıb, xəsarət alanlar var - FOTO/VİDEO

End of content

No more pages to load

RADİO