İlham Əliyev 8 noyabrda həmin o mesajı verdi - Azərbaycan Ordusu...

Azərbaycan noyabrın 8-də keçirdiyi Zəfər paradı ilə dünyaya həm də çox ciddi hərbi mesajlar verdi. Bir daha qəti şəkildə göstərildi ki, ordumuz bütün regionda sülhün və təhlükəsizliyin zəmanətidir.

Ali Baş Komandan İlham Əliyevin tarixi çıxışından o nəticəni də çıxarmaq oldu ki, Azərbaycana qarşı işğal törətməyə heç bir dövlətin cəhd etməsinə imkan verilməyəcək.

Azərbaycan Ordusunun dünyanın ən güclü orduları sırasında olduğu Zəfər paradı ilə növbəti dəfə açıq şəkildə göründü. Təsadüfi deyil ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsi başlayanda Azərbaycan Ordusunda 2000 nəfərə yaxın Xüsusi Təyinatlı Qüvvələr var idi. Bu paradda isə yalnız meydanda 4000 yüksək təlimli XTQ-nin olduğu göründü. Bu, yalnız qüvvələrin bir hissəsi idi.

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı hərbi ekspert Səxavət Məmməd musavat.com-a danışıb.

Onun sözlərinə görə, 44 günlük müharibənin nəticəsi Azərbaycanı arxayın salmadı:
 

"Çoxları gözləyirdi ki, Azərbaycan Ordusu bununla yerində dayanar. Qələbədən baş fırlanması yaşayar. Ancaq Azərbaycan müharibənin nəticələrini ciddi şəkildə analiz edərək güclü yerlərini bir qədər də gücləndirdi, zəif yerlərini, daha dəqiq desək, yenilənməyə ehtiyacı olan sahələrini yeniləmək xətti tutdu.


Misal üçün, 44 günlük müharibədə Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) fəaliyyəti hər kəsə məlumdur. Ancaq Azərbaycan müharibədən dərhal sonra XTQ-nin sayını iki dəfə artırdı. Bununla da kifayətlənmədi, digər qurumların (Sərhəd Qoşunları, Daxili Qoşunlar, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti) xüsusi təyinatlılarının da sayını artırdı. Azərbaycan Ordusunun say baxımından əsasını motoatıcılar təşkil edirdi.

Azərbaycan müharibədən dərhal sonra komando briqadaları yaratmağa başladı. Antiterror əməliyyatından əvvəl Qarabağda keçirilən bəzi əməliyyatlarda komando briqadalarından istifadə edildi. Antiterror əməliyyatında da komando briqadaları döyüş təcrübəsi qazanmış oldu.

Azərbaycan 44 günlük müharibədə dronlardan mükəmməl şəkildə istifadə etdi. Rusiya-Ukrayna müharibəsində dronlar xüsusi inkişaf səviyyəsinə gəlib çatdı. Azərbaycan insansız sistem qoşunları yaratmaqla bu sahənin vacibliyini ortaya qoymuş oldu.

Azərbaycan Silahlı Qüvvələrində yenilənməyə ehtiyac olan sahələrdən biri döyüş təyyarələri idi. Düzdür, müharibə zamanı "MİQ-29", "Su-25"lərdən son dərəcə səmərəli istifadə etdik.

Ancaq sözügedən təyyarələr müasir tələblərə cavab vermirdi. Ona görə də Azərbaycan Pakistandan "JF-17"lər sifariş verdi. İddialar var ki, Azərbaycan Çindən "J-10"lar, Rusiyadan "Su-35"lər ala bilər. Müharibələrdə hava üstünlüyü çox önəmlidir. Hesab edirəm ki, Azərbaycan bu sahəni daha da təkmilləşdirməyi qarşısına məqsəd qoyub və bu yöndə addımlar atır.
 

Ermənistan müharibədən sonra Fransadan "Sezar" haubitsaları aldı. Azərbaycan adekvat olaraq ön nəslinin ən yaxşılarından olan DİTA haubitsaları aldı. Bundan əlavə, Azərbaycan NORA, "Predator Havk" raketi, "Sea Breaker" raketləri aldı. "Sea Breaker" raketləri xüsusi əhəmiyyətlidir. Bu raketkər təkcə yer hədələrini yox, su hədəflərini belə məhv edə bilir və 5-ci nəsil raketlərdir.


Digər tərəfdən, Azərbaycan 122 mm Akular (40km) idarə olunan YARS-lar alıb. Azərbaycan Türkiyədən "Bayraktar Akıncı" PUA-ları ilə yanaşı, İsraildən "Heron" dronlarını da öz arsenalına qatıb. Bundan əlavə, Azərbaycan yerli istehsal olan "Vikinq" hava hədəflərinə qarşı çoxfunksiyalı mobil döyüş kompleksini də silahlanmasına qəbul edib.

Azərbaycanın hava məkanı postsovet ölkələri arasında Rusiya və Belarusdan sonra ən yaxşı qorunan ölkədir. Ancaq Azərbaycan bununla da kifayətlənmədi. Çindən "HQ-9" hava hücumundan müdafiə sistemləri alıb. Bu onu göstərir ki, rəsmi Bakı bu sahəyə də xüsusi diqqət ayırır. Azərbaycanın bunları təkcə Ermənistan üçün etdiyini düşünmürəm. Rəsmi Bakının ordunu gücləndirməkdə məqsədi həm dünyada baş verən proseslər, həm də çətin coğrafiyada yerləşməyimizlə bağlıdır.

Nəzərə almaq lazımdır ki, regionumuzda təkcə qonşular İran, Rusiya, Türkiyənin yox, ABŞ-nin, Avropa İttifaqının, Çinin, Hindistanın da maraqları var.

Parad həm də güc nümayişi deməkdir. Azərbaycan bu paradla təkcə Ermənistana yox, regionda maraqları olan dövlətlərə mesaj verdi ki, heç kimə yem olmaq fikrində deyil. Əksinə, hər kəslə öz dilində danışmaq gücündədir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Flik Qavinin milliyə çağrılmasına QƏZƏBLƏNDİ

Flik Qavinin milliyə çağrılmasına QƏZƏBLƏNDİ

Qonşunun quraşdırdığı kamera sakinin narazılığına səbəb oldu - VİDEO

Qonşunun quraşdırdığı kamera sakinin narazılığına səbəb oldu - VİDEO

Əmək qanunvericiliyi gender bərabərliyinə tam təminat yaradır

Əmək qanunvericiliyi gender bərabərliyinə tam təminat yaradır

İqor Tudora qarşı rəsmi ittiham irəli sürüldü

İqor Tudora qarşı rəsmi ittiham irəli sürüldü

Yuxu keyfiyyətini pozan əsas səhvlər AÇIQLANDI

Yuxu keyfiyyətini pozan əsas səhvlər AÇIQLANDI

Macarıstandakı səfirliyimiz bayram günlərində təxirəsalınmaz konsulluq dəstəyi göstərəcək - FOTO

Macarıstandakı səfirliyimiz bayram günlərində təxirəsalınmaz konsulluq dəstəyi göstərəcək - FOTO

“Sabah” “Sumqayıt”a qalib gəldi - VİDEO

“Sabah” “Sumqayıt”a qalib gəldi - VİDEO

Bu gün Azərbaycanda Novruz bayramıdır

Bu gün Azərbaycanda Novruz bayramıdır

Bu gün Ramazan bayramıdır

Bu gün Ramazan bayramıdır

Rza Pəhləvi iranlıları dəstələr şəklində toplaşmağa ÇAĞIRDI

Rza Pəhləvi iranlıları dəstələr şəklində toplaşmağa ÇAĞIRDI

Bayram ərəfəsində bazarda qiymətlər necədir? - VİDEO

Bayram ərəfəsində bazarda qiymətlər necədir? - VİDEO

Ukraynalı futbolçu “Beşiktaş”a KEÇİR

Ukraynalı futbolçu “Beşiktaş”a KEÇİR

Qaxda yeniyetmələr arasında dava qanla nəticələndi

Qaxda yeniyetmələr arasında dava qanla nəticələndi

Netanyahu: “Mən sağam. Hamınız şahidsiniz” - VİDEO

Netanyahu: “Mən sağam. Hamınız şahidsiniz” - VİDEO

“Araz Naxçıvan”ın iki futbolçusu yığmaya ÇAĞIRILDI

“Araz Naxçıvan”ın iki futbolçusu yığmaya ÇAĞIRILDI

Gəncədə 34 yaşlı kişi naməlum şəraitdə XƏSARƏT ALDI

Gəncədə 34 yaşlı kişi naməlum şəraitdə XƏSARƏT ALDI

Azər Badamov: “Dövlət qulluğunda əməkhaqqı sistemi daha müasir və təkmil əsaslarla yenidən qurulur”

Azər Badamov: “Dövlət qulluğunda əməkhaqqı sistemi daha müasir və təkmil əsaslarla yenidən qurulur”

Ölkəmizin Latviyadakı səfirliyi bayram günlərində işləməyəcək - FOTO

Ölkəmizin Latviyadakı səfirliyi bayram günlərində işləməyəcək - FOTO

“ABŞ-da Ukrayna üzrə növbəti danışıqlar keçiriləcək” - Zelenski

“ABŞ-da Ukrayna üzrə növbəti danışıqlar keçiriləcək” - Zelenski

Bakı–Ələt yolunda KamAZ aşdı, uzun tıxac yarandı - VİDEO

Bakı–Ələt yolunda KamAZ aşdı, uzun tıxac yarandı - VİDEO

Sabunçuda evlərdən 25 min manatlıq oğurluq edən şəxs ƏLƏ KEÇDİ - VİDEO

Sabunçuda evlərdən 25 min manatlıq oğurluq edən şəxs ƏLƏ KEÇDİ - VİDEO

BƏƏ İrandan atılan 7 ballistik raket və 15 PUA zərərsizləşdirib

BƏƏ İrandan atılan 7 ballistik raket və 15 PUA zərərsizləşdirib

“Anderlext” bu futbolçu üçün “Qalatasaray”la danışıqlara BAŞLADI

“Anderlext” bu futbolçu üçün “Qalatasaray”la danışıqlara BAŞLADI

Hacıqabulda avtomobil aşıb, xəsarət alanlar var - FOTO/VİDEO

Hacıqabulda avtomobil aşıb, xəsarət alanlar var - FOTO/VİDEO

End of content

No more pages to load

RADİO